Ottavalar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ottavalar (Odavalar) ya da Otavalar (özlərincə: Nishnaabe ya da Daavaa; ing. Ottava, Odava) Kanada ilə ABŞ-də yaşayan və Alqonkin dilləri qrupundan Ottava dilini danışan hindu Ojibva xalqıdır.

Ottavaların qədim torpaqları Huron gölünün şimali, cənubi və şərqi sahilləri olsa da günümüzdə bu torpaqların çox az qismində yaşayırlar. Bu gün daha çox Kanadanın Ontario əyalətinin cənubu ilə ABŞ-nin Miçiqan ştatının şimalında yaşayan Ottavalar ata torpaqlarında qalarkən, ABŞ-nin Kanzas ilə Oklahoma ştatlarında yaşayanalar isə ağdərililər tərəfindən doğma torpaqlarından sürülən Ottavalardır. Avropalılarla ilk təması 1615-ci ildə olan ottavaların adları daha sonraları Kanadanın paytaxtı Ottava şəhərinə verilmişdir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]