OfficeSuite
OfficeSuite | |
---|---|
Tipi | Məhsuldarlıq proqram təminatı |
Müəllif | MobiSystems |
Yayımlanma tarixi | 2004 |
Sonuncu versiya | |
Sayt | officesuitenow.com |
OfficeSuite[4] — MobiSystems tərəfindən hazırlanmış platformalararası ofis dəsti proqramıdır.[5] Onun Android, IOS və Microsoft Windows (PC) versiyaları mövcuddur və ən çox istifadə olunan Microsoft Office fayl formatları ilə uyğunluğuna geniş PDF imkanları da əlavə edir. Proqram təminatı Google Play-də 220 milyon dəfədən çox yüklənmişdir və dünyanın ən yaxşı Android biznes proqramları arasında yer alır.[6]
OfficeSuite, Sony, Amazon, Alcatel, Sharp, Toshiba, ZTE, Huawei, Kyocera və daha bir sıra digər şirkətlərin istehsalı olan məhsullarına əvvəlcədən quraşdırılır.
Tarix
[redaktə | mənbəni redaktə et]Proqram ilk dəfə 2004-cü ildə Palm ƏS-nin tərkibində mobil proqram kimi bazara çıxarılmış, (köhnə MobiSystems proqramları olan Quick Spell, Quick Check və Quick Write proqramları da bu proqrama daxil idi), daha sonra — 2005-ci ildə isə Symbian ƏS ilə işləyən versiyası hazırlanmışdır.
2009-cu ilə qədər OfficeSuite əsasən bir oxuyucu kimi istifadə olunmuşdur. Daha sonra isə, MobiSystems şirkəti Android əsaslı ofis həlləri üçün Sony şirkətindən bir proqram tələbi almış, lakin bu iş üçün cəmi 12 həftə zaman verilmişdi.[7] Göründüyü kimi, MobiSystem şirkətinin tərtibatçıları bu işdə müvəffəqiyyət əldə etmiş və Sony 2009-cu ildə bütün Android cihazlarında yeni hazırlanmış OfficeSuite proqramını əvvəlcədən quraşdırmışdır.
Proqram 2013-cü ildə iOS-da istifadəyə verilmiş və Windows üçün ilk masa üstü müştəri versiyası isə 2016-cı ildə çıxarılmışdır.[8]
OfficeSuite Google Drive, Box, ICloud, OneDrive və daha çox bu kimi istənilən bulud provayderinə qoşulmaq imkanı ilə yanaşı, MobiSystemsin xüsusi bulud provayderi olan MobiDriveda da saxlama sahəsi təklif edir.
2018-ci ildə proqram Google tərəfindən Android Mükəmməllik Mükafatını (ing. Android Excellence Award) alan bir neçə proqramdan biri seçilmişdir.[9]
OfficeSuite komponentləri
[redaktə | mənbəni redaktə et]- OfficeSuite Documents - Mətn redaktoru
- OfficeSuite Mail - Təqvimli e-poçt
- OfficeSuite Sheets - Elektron cədvəl redaktoru
- OfficeSuite PDF - PDF oxuyucusu və redaktoru
- OfficeSuite Slides - Təqdimat (Slayd) proqramları
Lisenziya növləri
[redaktə | mənbəni redaktə et]Android (Chromebook daxil olmaqla)[10][11]
[redaktə | mənbəni redaktə et]- OfficeSuite Free (Pulsuz) versiyası - OfficeSuite Pro və ya *OfficeSuite Personal/Premium səviyyəsində təkmilləşdirilə bilər
- OfficeSuite Pro Trial (Sınaq) - Office Suite Pro səviyyəsində təkmilləşdirilə bilər
- OfficeSuite Pro - *OfficeSuite Personal/Premium səviyyəsində yüksəldilə bilər
IOS:[12]
[redaktə | mənbəni redaktə et]OfficeSuite Free (Pulsuz) - OfficeSuite Pro və ya *OfficeSuite Personal/Premium səviyyəsində təkmilləşdirilə bilər
- OfficeSuite Pro - *OfficeSuite Personal/Premium səviyyəsində yüksəldilə bilər
Windows:[13]
[redaktə | mənbəni redaktə et]- OfficeSuite Basic - pulsuz versiya
- OfficeSuite Personal (Şəxsi)
- OfficeSuite Group (Qrup)
- OfficeSuite Business
Şəxsi, Qrup və Biznes lisenziyaları üçün müxtəlif qiymətlər və planlar mövcuddur.[14]
*OfficeSuite Personal/Premium tək lisenziya ilə platformalararası istifadə təklif edir.
Proqram təminatı versiyalarının xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- OfficeSuite Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və Adobe PDF faylları ilə müvafiqdir.[15]
- OfficeSuite Pro yuxarıda göstərilənlərin hamısına müvafiqdir və eyni zamanda PDF-i çap edə, Word, Excel, ePUB-a çevirə, həmçinin faylları PDF kimi saxlaya və ya faylları parolla mühafizə edilən fayllar kimi yarada bilər. Onun edilən dəyişikliklərin müşahidə edilməsi seçimi vardır.
- OfficeSuite Personal/Premium yuxarıda göstərilənlərin hamısına müvafiqdir, lakin o, həmçinin kamera şəkilləri, PDF annotasiyaları əlavə edə, CSV kimi saxlaya və Excel-də şərti formatlaşdırma yarada bilər. O, həmçinin platformalararası funksiyalar təqdim edir və istifadəçilərə bir lisenziya alışından istifadə edərək OfficeSuite proqramını bütün üç platformada (Android, IOS və Windows) quraşdırmaq imkanı verir.
Proqram faylları redaktə edə və idarə edə, həmçinin mətn şriftini, rəngini, ölçüsünü və üslubunu formatlaya bilər və eyni zamanda ofis proqram təminatı üçün ümumi olan digər xüsusiyyətlərə malikdir.[16]
Dəstəklənən fayl formatları
[redaktə | mənbəni redaktə et]OfficeSuite bütün platformalarda Microsoft formatları ilə tam müvafiqlik təklif edir. Proqram həmçinin ümumi formatlar (müxtəlif platformalar üçün fərqli ola bilər) üçün əlavə dəstəyə və istifadəçilərə PDF kamera skanı da daxil olmaqla, PDF fayllarını açmağa, redaktə etməyə və onları ixrac etməyə imkan verən PDF moduluna malikdir.
Android üçün OfficeSuite dəstəkləri
[redaktə | mənbəni redaktə et]Faylları açın (ing. Open files): DOC, DOCX, DOCM, XLS, XLSX, XLSM, PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM, RTF, TXT, LOG, CSV, EML, ZIP, ODT, ODS, OD
Fayllar kimi saxla/necə saxla (ing. Save/Save as files): DOC, DOCX, DOCM, XLS, XLSX, XLSM, PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM, RTF, TXT, LOG, CSV, EML, ZIP, ODT, ODS, ODP
IOS üçün OfficeSuite dəstəkləkləri
[redaktə | mənbəni redaktə et]Faylları açın (ing. Open files): DOX, DOTX, DOCM, DOC, TXT, RTF, ODT (qismən dəstəkləyir), XSLX, XLTX, XLSM, XLS, CSV, PDF, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS .
Fayllar kimi saxla/necə saxla (ing. Save/Save as files): DOX, DOTX, DOCM, DOC, TXT, RTF, ODT (qismən dəstəkləyir), XSLX, XLTX, XLSM, XLS, CSV, PDF, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS.
Windows üçün OfficeSuite dəstəkləri
[redaktə | mənbəni redaktə et]Faylları açın (ing. Open files): DOX, DOTX, DOCM, DOC, TXT, RTF, ODT (qismən dəstəkləyir), XSLX, XLTX, XLSM, XLS, CSV, PDF, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS .
Fayllar kimi saxla/necə saxla (ing. Save/Save as files): DOCX, DOTX, DOCM, DOC, TXT, RTF, XLSX, XLTX, XLSM, XLS, CSV, PDF, XPS, PPTX, PPSX, POTX, PPTM, PPSM, POTM, PPT, POT, PPS
Dillər
[redaktə | mənbəni redaktə et]Android üçün OfficeSuite
[redaktə | mənbəni redaktə et]Ərəb, Benqal, Bosniya, Bolqar, Katalan, Çin (Ənənəvi), Çin (Honkonq), Çin (Sadələşdirilmiş Çin), Çin (Tayvan), Xorvat, Çex, Danimarka, Holland, İngilis, Eston, Fin, Fransız, Fransız (Kanada), Alman, Yunan (Müasir), İvrit, Hind, Macar, İtalyan, Yapon, Kannada (Hindistan), Koreya, Latviya, Litva, Makedoniya, Malay, Malayalam (Hindistan), Marathi (Hindistan), Norveç Bokmål, Pəncabi (Pəncab), İran (Fars), Polyak, Portuqal (Braziliya), Portuqal (Portuqaliya), Rumın, Rus, Serb, Slovak, Sloven, İspan (Latın Amerikası), İspan (İspaniya), İsveç, Taqaloq, Tamil (Hindistan), Teluqu (Hindistan), Tayland, Türk, Ukrayna, Vyetnam.
IOS üçün OfficeSuite
[redaktə | mənbəni redaktə et]İngilis, Fransız, Alman, Hind, İtalyan, Yapon, Rus, Sadələşdirilmiş Çin, İspan, Tay.
Windows üçün OfficeSuite (PC)
[redaktə | mənbəni redaktə et]İngilis, Fransız, Alman, Hind, İtalyan, Yapon, Rus, Sadələşdirilmiş Çin, İspan, Tay.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ OfficeSuite: Word, Sheets, PDF.
- ↑ App Store Preview.
- ↑ What's New in OfficeSuite.
- ↑ "MobiSystems". YouTube (ingilis). 2019-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ MobiSystems. "MobiSystems". MobiSystems (ingilis). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ "Discover the best apps and games with Google's Android Excellence April 2018 update". betanews.com (ingilis). 6 April 2018. 2018-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ Bloomberg TV Bulgaria, Николай Късовски е третият номиниран в Талантите в бизнеса, 2017-08-03, 2019-10-19 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-05-21
- ↑ "MobiSystems' OfficeSuite makes the jump to Windows PC". Windows Central (ingilis). 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
- ↑ "Discover the best apps and games with Google's Android Excellence April 2018 update". betanews.com (ingilis). 6 April 2018. 2018-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
- ↑ "OfficeSuite : Free Office + PDF Editor - Apps on Google Play". play.google.com (ingilis). 2019-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ "How to Install OfficeSuite on your Chromebook". support.officesuite.com (ingilis). İstifadə tarixi: 2024-05-24.
- ↑ "OfficeSuite - Office Editor on the App Store". App Store (ingilis). 2018-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ "OfficeSuite". www.officesuitenow.com (ingilis). 2018-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ Henry, Alan. "The Best Office Suite for Android". Lifehacker (ingilis). 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ "Office Suite 8 gets a massive update with desktop looks". 14 December 2014. 8 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2024.
- ↑ Matthew Miller. "Word, Excel and PowerPoint on your Kindle Fire or Nook Tablet? (Android Office app showdown)". ZDNet.