Nəhəng dəniz iblisi
Nəhəng dəniz iblisi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nəhəng dəniz iblisi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir.
Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.
Bu canlılarda sinə üzgəcləri romb şəkilli diskkə bənzər bədən quruluşu formalaşdırır ki, onunda eni uzunluğunu keçir. Sinə üzgəclərinin ön hissəsi baş üzgəclərini əmələ gətirir.
Mantalar əsasən zooplanktonlarla qidalanır. Onlar suyu filtr edərək bunu həyata kreçirirlər. Tikanquyruqkimilərə daxil olan digər skatlar kimi ballaları diri doğulur. Embrion ana bətnində yumurta sarısı və qistotrafla (daxili süd) qidalanır. Boğazlıq dövrü bir il davam edir. Mantalar bir çox hallarda parazitlərdən xilas olmaq məqsədi ilə mərcan riflərtinə üz tuturlar. Onların ətrafında tez-tez parazitlərlə qidalanan balıqllara rastlamaq mümkündür. Bəzən balinalar kimi, bilinməyən səbəblərdən suya üzərindən atlayırlar. Əsasən ətraf mühitin kirlənməsi və istəməyən ovlamadan əziyyət çəkirlər. Ekoturizm əməmiyyəli canlıdır. Beynəlxalq sularda Bonn konvensiyasına əsasən qorunur. Qapalı məkanlarda saxlamaq mümkün olsa belə bunun üçün böyük həmcli rezeruvarlar lazımdır[2][3].
Təsnifat
[redaktə | mənbəni redaktə et]Növ ilk dəfə 1792-ci ildə alman zooloqu İohan Balbaum tərəfindən Raja birostris adı ilə relmə daxil edilmişdir. Bəzi müəlliflər belə düşünür ki, ilk dəfə növü Johan Domdorf təsvir etmişdir. Beləki İ. Bal baumun təsvirində ikili ad olmamışdır. Lakin sonradan bunun bir mətbəə səhvi olması təstiqlənmişdir[4]. "Manta" cinsinin təsnifat tarixi, nə zamansa yaşayan qığırdaqlı balıqlar arasında ən etibarsız və qarışıq olanıdır. İki əsr ərzində 10 cins və 25 növ sinonimi olmuşdur. Binominal nomenklaturada Manta birostris olaraq təstiqlənir. Əvvəllər növ monotip cinsə daxil idi. 2009-cu ildən isə cinsə iki növ daxildir: Manta birostris və Manta alfredi. Növlərin ayird edilməsi aşağıdakı əlamətlər əsasında aparılmışdır։ disklərdə ləkələrin forma və yeri, ağızın rəngi və diskin aşağı səthi, bir sıra morfometrik və meristik xüsusiyyətlər, dişlərin forma və düzülüşü, yetkinlik zamanı olan ölçülər və ümumi ölçü[5]. Hər iki növə aid olan ağ və qara rəng formalarına rastlanılır[3]. Mantaları bəzən Mabullarla səhv salırlar[3].
Areal və yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Mantalar geniş (fraqment formalı yayılma) şəkildə tropik, subtriopik və mülayim qurşağın Sakit, Atlantik və Hind okeanı sularında yayılmışdır (35° şimal enliyi ilə 35°Cənub enliyi arasında). Şimal yarımkürəsində onların arealı Kalifiorniyanın cənubundan, nadir hallarda Nyu-Cersi və San-Diyeqo sahillərindən keşir. Adətən Ədən, Benqal körfəzləri, Qırmızı dəniz, Sakit okeanın şimal-qərb sahilləri Atlantik okeanda Azor adaları onların arealının şimal sərhəddini təşkil edir. Cənub yarımkürrəsində isə Peru, Uruqvay, Cıənubi Afrika və Yeni Zelandiya sahillərindən keçir[2][6].
Qidalanma, çoxalma və parazitlərdən təmizlənmək məqsədi ilə Nəhəng dəniz iblislərin dəstələr əmələ gətirirlər. Bu dəstələrdə fərdlərin sayı Manta alfredi növünə nisbətdə az olur. Ən azı 30 başdan ibarət olurlar. Nəhəng dəniz iblislərinin görünməsi mövsümdən asılıdır və əsasən Şimilan, Tayland, Şimal adaları, Yeni Zelandiya, Ekvador, Holboş, Meksika və Braziliyanın Laje de Santos Dəniz Milli parkında müşahidə edilirlər[3].
Bu canlılar əsasən dünya okeanının Epipelegial təbəqəsində yaşayırlar. Miqrasiyalarının uzunluğu bəzən 1100 km çatır amma nadir hallarda bir okeandan digərinə keçirlər. Sərbəst şəkildə 1000 m[3][7] dərinliyə enə bilirlər. Yaz və payız ayıları sahil sularını, qışda isə açıq dənizləri üstün tuturlar[8].
Təsviri
[redaktə | mənbəni redaktə et]Mantaların sinə üzgəcləri başları ilə birlikdə romb şəkilli disk əmələ gətirir. Hansı ki, eni uzunluğunu 2 dəfə üstələyir[6]. Ən iri fərdlərdə bu 9 m[2], ortalama isə 4,5 m[9] təşkil edir. Bu canlılarda maksimal olaraq çəki 3 ton olaraq qeydə alınmışdır[2]. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir.
Sinə üzgəclərinin ön hissəsi baş üzgəci adlanır. Baş üzgəcləri əsasından iki dəfə iri olur. Quyruq diskə nisbətdə qısa olur[6].
Mantalarda eyni altsinifə daxil olduğu digər növlərdən fərqli olaraq ağızları daha enli olur. Xüsusəndə onların eynən bənzərləri olan mabullardan ağıəz ölçülərinə görə kəskin fərqlənirlər[10]. Ağız başın frontal küncündə yerləşir. Gözlər başın yan tərəflərində, 5 cüt qəlsəmə yarığı isə hərəsində 5 olmaqla sağ və sol nahiyələrdə, balığın alt hissəsində yerləşir. Quyruğun başladığı hissədə kiçik bel üzgəci vardır. Diş cərgələri ancaq alt çənədə yerləşir. Mabullardan fərqli olaraq quyruqlarında tikan yioxdur[10].
Üzgəclərinin üzəri tünd boz, tünd qəhvəyi və ya qara, qarın nahiyəsi isə parlaq rəngdə olur. Üzgəcləri üzərində olan ağ ləkələr əsasən qarmaqvari formaya malik olur. Bəzi fərdlər qarın nahiyyəsi istisna olmaqla tam qara rəngdə olur. Quyruğun əvvəlində kiçik bir çıxıntı olur.[11]. Hər bir fərd unikal bədən rənglərinə sahib olur. Bu səbəbdən istənilən fərdi fərqləndirmək mümkün olduğundan onların şəkilləri çəkilərək ümumi bazaya yüklənir[12]
Nəhəng dəniz şeytanları arasında fərqlər[10][11]
[redaktə | mənbəni redaktə et]Xüsusiyyətlər | Manta birostris | Manta alfredi |
---|---|---|
Diskin orta eni | 4–5 m | 3—3,5 m |
Bel üzgəçinin sonucundan toppuzun olması | Bəli | Xeyir |
Diskin ventral səthində tünd ləkələr | Daha çox qarın nahiyyəsinin kənarlarında nöqtələr | Zolaqlar |
Ağzın daxili kənarlarının və baş üzgəclərinin rəngi | Əsasən tünd | Əsasən solğun |
Diskin dorsal səthində parlaq rənglər | Baş üzgəclərində qırmaq şəklində güzgü naxışları "T" formalı fon əmələ gətirir | İşarələrin forması müxtəlifdir, onların sərhədləri tez-tez bulanır, "Y" formalı fon əmələ gətuirir |
Biologiya
[redaktə | mənbəni redaktə et]Mantalar əsasən sinə üzgəcləri ilə üzürlər. Bu səbəbdən oların üzməsi sanki uçmağı xatırladıır. Aşıq dənizlərdə adətən sabit sürətlə düz istiqamətdə üzürlər. Sahil sularında isə ya suyun səthinə yaxın üzür ya da davamlı dövrü şəkildə hərəkət edirlər. Onları tək və qruplar halında görmək mümkündür. Qruplar 30 baş fərddən başlayır[3]. Onları adətən digər balıqlar, dəniz quşları və dəniz məməliləri[8] müşayyət edir.
Qidalanma tipi filtirləmədir. Süzmə aparatları bənövşəyi-qəhvəvi rəngdə olur. Zooplanktonlar və balıq kürüləri ilə qidalanırlar. Qidalarını görmə sistemi və qoxu orqanları hesabına müəyyən edə bilirlər[13]. Bir manta tərəfindən yeyilən həftəlik qidanın həcmini onun bədən kütləsinin 13 % bərabərdir. Qidasının əldə etmək məqsədi ilə onun ətrafında üzür və onu su ilə birlikdə ağzınma ötürür sonra isə filtirləmə yolu ilə suytu xaric edir[8]. Baş üzgəcləri adətən spiralvari şəkildə burulur və qidalanma zamanı isə çevrilir. Onlar vastəsi ilə skatlar qidanı ağıza ötürür[6]. Qidanıın İstisa olaraq böyük konsentrasiyası zamanı köpək balıqları kimi qida dəliliyinə düşə bilirlər[14].
Əsasən Copepoda altsinfinə daxil olan parazitlərdən əziyyət çəkirlər: Anthosoma crassum, Entepherus laminipes[15] və Eudactylina diabolophila[16]. Xarici parazitlərdən xilas olmaq üçün mantalar təmizçi balıq və krevetlərin köməyindən yararalanırlar. Bu daha çox qabarma zamanı müşahidə edilir[17]. İri ölçülərinə görə onların təbiətdə düşmənləri olduqca azdır. Onlara əsasən iri köpək balıqları hücum edə bilir[6]: Pələng köpəkbalığı, Nəhəng çəkicbaş köpəkbalığı və öküz köpəkbalığı, Orka və Kiçik orkalar[18].
Çoxalması
[redaktə | mənbəni redaktə et]Diri bala doğurlar. Yetkinliyi erkəklər diskin eni 4, dişilərdə isə 5 m olduqda, 5-+6 yaşlarında çatırlar. Cütləşmə dövrü dekabrdan aprelə qədər davam edir. Bu zaman onlarda özünəməxsus hərəkərklər müşahidə edilir. Ən əvvəldə erkək və ya bir necə erkək dişini təqib edir. Bu əsasən 20-30 dəqiqə çəkir. Sonra erkək dişini sinə üzgəclərindənm yaxalayır və çevirir. Cütləşmə suyun üst qatlarımnda baş verir. Cütləşmə 60-90 saniyə müddətində davam edir. Bir dişinin bir və ya iki yumurtası döllənə bilir. embrion yumurta sarısı və daha sonra isə daxili südlə qidalanır. Embrionun inkişafı 1 il davam edir. Dişi adətən bir və ya iki bala doğur. Onların uzunluğu 1,1 до 1,3 m, çəkiləri isə 9,1 - 12,7 kq arasında dəyişir. Doğuş dayaz su sahələrində baş verir, burada yeni doğulanlar bir neçə ilini keçirirlər[6].
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Manta skatı". animalbox.ru — Dünya heyvanları ensiklopediyası. 2012-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.
- Описание и фотографии манты на сайте Zoopicture (Yoxlanılıb 17 yanvar 2013)
- Manta Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine
- Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Manta birostris" FishBase saytında. April 2006 version. (Yoxlanılıb 14 yanvar 2013)
- Nəhəng dəniz iblisi Вид Ümümdünya registrində dəniz növü (World Register of Marine Species)
- "Manta birostris". The IUCN Red List of Threatened Species (ingilis).
- Nancy Passarelli , Piercy A. "Manta". Florida Museum of Natural History. 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11. (Yoxlanılıb 14 yanvar 2013)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ 1 2 3 4 Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Manta birostris" FishBase saytında. April 2006 version. (Yoxlanılıb 14 yanvar 2013)
- ↑ 1 2 3 4 5 6 "Manta birostris". The IUCN Red List of Threatened Species (ingilis).
- ↑ Catalog of fishes Kaliforniya elmlər akademiyasının saytı Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine (Yoxlanılıb 19 yanvar 2013)
- ↑ Marshall A. D., Compagno L.J.V., Bennet M.B. Redescription of the genus Manta with resurrection of Manta alfredi (Krefft, 1868) (Chondrichthyes; Myliobatoidei; Mobulidae) (англ.) // Zootaxa : journal. — 2009. — No. 2301. — P. 1—28. — ISSN 1175–5334.
- ↑ 1 2 3 4 5 6 Nancy Passarelli , Piercy A. "Manta". Florida Museum of Natural History. 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11. (Yoxlanılıb 14 yanvar 2013)
- ↑ "Support inclusion of the Giant Manta (M. birostris) in CMS Appendix I & II as proposed by the Government of Ecuador (I/5)" (PDF). sharkadvocates.org. 2013-06-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-01-11.
- ↑ 1 2 3 Ebert, D. A. Sharks, Rays, and Chimaeras of California. — Калифорния: University of California Press, 2003. — P. 230—233. — ISBN 0-520-23484-7.
- ↑ "Mantas at a Glance". Manta Trust. 2013-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-09.
- ↑ 1 2 3 Guy Stevens. "Field guide to the identification of Mobulid rays (Mobulidae)" (PDF). Manta Trust. 2011. 2016-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-09.
- ↑ 1 2 Описание внешних различий между видами с фотографиями "Manta ray update. It's official, there are now two manta ray species in Hawaii!". 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24. на сайте Рыбы Гавайских островов
- ↑ Marshall A. D. Biology and Population Ecology of Manta birostris in Southern Mozambique : PhD Thesis. — Queensland: The University of Queensland, 2008. — P. 306.
- ↑ Ari Csilla, Correia João P. Role of sensory cues on food searching behavior of a captiveManta birostris(Chondrichtyes,Mobulidae) // Zoo Biology. — 2008. — Июль (т. 27, № 4). — С. 294—304. — ISSN 0733-3188. — DOI:10.1002/zoo.20189
- ↑ Weeks Scarla, Magno-Canto Marites, Jaine Fabrice, Brodie Jon, Richardson Anthony. Unique Sequence of Events Triggers Manta Ray Feeding Frenzy in the Southern Great Barrier Reef, Australia // Remote Sensing. — 2015. — Vol. 7. — P. 3138—3152. — ISSN 2072-4292. — DOI:10.3390/rs70303138.
- ↑ Dippenaar, S. M. & Jordaan, B. P. New host and geographical records of siphonostomatoid copepods associated with elasmobranchs off the KwaZulu-Natal coast, South Africa // Onderstepoort Journal of Veterinary Research. — 2007. — Vol. 74, № (2). — P. 169—175.
- ↑ Deets, G. B. Copepod-Chondrichthyan coevolution: A cladistic consideration. — Ph.D thesis. — University of British Columbia.
- ↑ Jaine Fabrice R. A., Couturier Lydie I. E., Weeks Scarla J., Townsend Kathy A., Bennett Michael B., Fiora Kym, Richardson Anthony J. When Giants Turn Up: Sighting Trends, Environmental Influences and Habitat Use of the Manta Ray Manta alfredi at a Coral Reef // PLoS ONE. — 2012. — 3 октября (т. 7, № 10). — С. e46170. — ISSN 1932-6203
- ↑ Marshall, A. D. and Bennett, M. B. The frequency and effect of shark-inflicted bite injuries to the reef manta ray (Manta alfredi) // African Journal of Marine Science. — 2010. — Vol. 32. — P. 573—580.