MiQ-21

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
MiQ-21
Tipi qırıcı-çox məqsədli
Hazırlayan MiG
İstehsalçı SSRİ/Rusiya
Dizayner Mikoyan-Quryeviç Konstruktor Bürosu
İlk uçuş 14 İyun, 1956
İstismara verilmə tarixi 1959
İstimarının bitmə tarixi davam edir
İstismarçılar
Buraxılış sayı 8000+
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MiQ-21 (rus. Микоян и Гуревич МиГ-21) (NATO kod adı: “Fishbed”) — SSRİ-də Mikoyan Guryeviç KB tərəfindən düzəldilən və istehsal olunan supersonik (səsdən sürətli) qırıcı təyyarədir. Təyyarənin məşhur rus telli musiqi alətinə oxşadığına görə pilotlar ona “balalayka” ləqəbi vermişdilər. İlk versiyaları ikinci nəsil qırıcı təyyarə olaraq bilinsə də sonrakı versiyaları üçüncü nəsil qırıcı təyyarələr kimi qəbul edildi. MiG-21 dörd qitədə əllidən çox ölkənin üzərindən uçmuşdur və ilk uçuşundan 50 ildən çox keçməsinə baxmayaraq hələ də bəzi ölkələrdə istifadə olunur. Bu döyüş təyyarəsi modern aviasiya tarixində ən çox istehsal olunan supersonik təyyarə, Koreya müharibəsindən bəri ən çox istehsal olunan döyüş təyyarəsi və 1959-cu ildən 1985-ci ilə kimi bütün versiyalarında ən çox istehsal olunan döyüş təyyarəsi rekordunu hələ də özündə saxlayır. MiG-21-in bütün versiyalarından təqribən 11.000 ədəd istehsal olunmuşdur.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1
  • Uzunluq: 15.76 m (51 ft 8.47 in
  • Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in)
  • Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in)
  • Hündürlük: 4.1 m (13 ft 5.41 in)
  • Qanadların sahəsi: 23.0 m² (247.3 ft2)
  • Boş halda ağırlığı: 4,871 kg (10,738 lb)
  • Dolu halda ağırlığı: 7,100 kg (15,650 lb)
  • Mühərrik: 1 × Tumanskiy R11F-300, normal itələmə gücü 37.27 kN (8,380 lbf), afterburner-ilə itələmə gücü 56.27 kN (12,650 lbf)
  • Maksimum sürət: 2,175 km/s (1,350 mph) Mach 2.05
  • Uçuş məsafəsi: 1,580 km (981 mil)
  • Uçuş hündürlüyü: 19,000 m (62,335 ft)
Miq-21-in istifadə edə biləcəyi Kh-31 hava-yer tipli raket

Silah təchizatı

[redaktə | mənbəni redaktə et]
  • 1 ədəd 23 mm-lik QŞ-23 aviatop
  • K-13,K-5,R-60,R-77,R-73,R-27 Hava-hava tipli raketlər
  • Kh-25,Kh-31,S-24 Hava-yer tipli raketlər
  • KAB-500KR Televizor idarəli bomba

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
Mikoyan-Gurevich MiG-21 təyyarələrinin istifadəsini hal-hazırda davam etdirən ölkələr mavi, keçmiş istifadəçiləri isə qırmızı rəngdə göstərilmişdir. Chengdu J-7 istifadəçiləri göstərilməmişdir.
Bir Bolqarıstan MiG-21 təyyarəsi. Graf Ignatievo adına aviabazada eniş edərkən.
MiG-21 UMD (Xorvatiya Hava Qüvvələri).
İkiadamlıq MiG-21UM '9292' (3-cü Taktiki Filo; Polşa Hava Qüvvələri).
MiG-21bis qırıcı təyyarəsi. 'Quyruq N.17161' (101-ci Qırıcı Filosu; 204-cü Aviabaza; Serbiya Hava Qüvvələri).

Sivil istifadəçilər

[redaktə | mənbəni redaktə et]

Bəzi təyyarələr hal-hazırda bəzi kolleksiyaçılar tərəfindən satın alınaraq döyüş quşu (warbird) olaraq uçurulurlar. Hətta ABŞ-də bəzi idxalatçılar r və digər ölkələrdən MiG-21, MiG-15 ve MiG-17 təyyarələrini satın alaraq bunları mülki insanlara təxminən 45,000 dollara satırlar.

  1. Chant C. The World's Air Forces. Chartwell Books, 1979. S. 11. ISBN 978-0-89009-269-9
  2. Frawley G. The International Directory of Military Aircraft 1996/97. Aerospace Publications, 1996. ISBN 1-875671-20-X
  3. World Air Forces 2014. 2014.
  4. World Air Forces 2008. 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]