Metanol
Metanol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CH3OH |
Molyar kütlə | 32,04 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,7918 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -97 °S |
Qaynama nöqtəsi | 64,7 °S |
Öz-özünə yanma temperaturu | 440 °C |
Buxarın təzyiqi | 13.020 ± 1 Pa, 96 ± 1 mm Hg[1] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 15,5 ± 0,1[2][3] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 67-56-1 |
PubChem | 887 |
RTECS | PC1400000 |
ChEBI | 17790 |
BMT nömrəsi | 1230 |
ChemSpider | 864 |
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar.
Alınması
[redaktə | mənbəni redaktə et]Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
- CO + 2H2→CH3OH
- CH2O + H2→CH3OH
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Metanol və ya metil spirti CH3OH rəngsiz, asan sıxıcı maye olub, 64.65¿0C qaynama, -97.90C kristallaşma temperaturuna və 0.792 t/m3 sıxlığa malikdir. Bərk halda iki kristallik formada olur ki, mənfi 115.750C-də biri o birisinə keçir.
Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]- Metanolun oksidləşməsi nəticəsində formaldehid alınır:
CH3OH+CuO→CH2O+Cu+H2O
- Metanolun yanma reaksiyası:
2CH3OH+3O2→2CO2+4H2O
- Sadə və mürəkkəb efirlərin alınması:
CH3OH+C2H5OH→CH3OC2H5+H2O
- Metanolun oksidləşməsi ilə qarışqa turşusu alınır:
- Metanolun oksosintez reaksiyası zamanı sirkə turşusu alınır:
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Metanolun benzinə əlavə edilməsi yanacağın tam yanması nəticəsində zərərli tullantıları azalda bilər. Bununla yanaşı, dünya sənayesində metanol artıq əminliklə müxtəlif sahələrdə geniş məhsul çeşidi istehsalında əvəzsiz xammal kimi mühüm yer tutub. Bu, mebel sənayesində istifadə edilən laminat, süni dəri və toxuculuq məmulatları üçün sintetik liflərin və hətta sirkə turşusunun istehsalı sahələridir. Metanoldan dizel yanacağının ekoloji cəhətdən təmiz əvəzedicisi olan dimetilefir maddəsi alınır. Dimetilefirdən şəhər nəqliyyatında istifadə etmək xüsusilə sərfəlidir.
Toksikliyi
[redaktə | mənbəni redaktə et]Metanol çox zəhərlidir. Onun 10 qramını içən adam kor ola bilər, artıq miqdarı isə ölmə səbəb ola bilər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Yeni ekoloji təhlükəsiz proseslər. Səlimova N.Ə., Şahpələngova B.Ş. Baki, ADNA, 2008, s. 110
- Большая советская энциклопедия. 1975. Т 16. с. 161.
- ↑ http://www.cdc.gov/niosh/npg/npgd0397.html.
- ↑ Ballinger P., Long F. A. Acid Ionization Constants of Alcohols. II. Acidities of Some Substituted Methanols and Related Compounds 1,2 (ing.). // J. Am. Chem. Soc. / P. J. Stang ACS, 1960. Vol. 82, Iss. 4. P. 795–798. ISSN 0002-7863; 1520-5126; 1943-2984 doi:10.1021/JA01489A008
- ↑ https://www.lachimie.org/docs/org/ch8_alcools_phenols_thiols.pdf. S. 11.