MediaViki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
MediaViki
Loqonun şəkli
Tipi Viki proqram təminatı
Tərtibatçı Vikimedia Fondu
Repozitoriya gerrit.wikimedia.org/g/m…
Proqramlaşdırma dili PHP[3], JavaScript
Əməliyyat sistemi kross-platforma[4]
İnterfeysin dili Afar dili[5], Arbereş dialekti[5], Abxaz dili[5], Açe dili[5], Ərəb dilinin İraq dialekti[5], Aşağı Adıqca[5], Afrikaans[5], Altay dili[5], amhar dili[5], Araqon dili[5], Köhnə ingilis dili[5], Levant Ərəbcəsi[5], ərəb dili[5], Arami dili[5], Mapuçe dili[5], Ərəb dilinin Əlcəzair dialekti[5], Ərəb dilinin Misir dialekti[5], Assam dili[5], Asturiya dili[5], Avar dili[5], Kotava[5], Aymara dili[5], Azərbaycan dili[5], Başqırd dili[5], Bavariya dialekti[5], Belarus dili[5], bolqar dili[5], Bislama[5], Bancar dili[5], Bambara dili[5], Benqal dili[5], Tibet dili[5], Bişnupriya-manipuri[5], Bəxtiyari dialekti[5], Breton dili[5], Brahui dili[5], Bosniya dili[5], Bugi dili[5], Buryat dili[5]
Yayımlanma tarixi 25 yanvar 2002
Platforma kross-platforma[4]
Sonuncu versiya
Sayt mediawiki.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MediaWiki proqramıVikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmidir. Alman tələbəsi Manqus Manke tərəfindən xüsusi olaraq Vikipediya üçün yazılmışdır. Əvvəl Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır. "MediaWiki" sözü multimedia və wiki sözlərindən yaranmışdır. "MediaWiki" sözünü "WikiMedia" sözü ilə qarışdırmaq olmaz.

CMS MediaWiki üçün proqram təminatları

[redaktə | mənbəni redaktə et]

CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək İnternet məkanında veb-səhifələr yaradılır. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur. CMS MediaWiki sistemi üçün nəzərdə tutulan proqram təminatları:

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün Ocaml dilindən istifadə olunur ki, bunun üçün də serverə LaTeX, Dvips və İmageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız MediaWiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.

CMS MediaWiki proqramının əsas təyinatı

[redaktə | mənbəni redaktə et]

CMS MediaWiki proqramının əsas təyinatı veb-səhifələrin idarə olunmasıdır. MediaWiki veb-saytlarla yanaşı şəkil və multimediya faylları ilə də işləyir. Proqram böyük serverlər qrupu üçün nəzərdə tutulmuşdur. Həddən artıq çox istifadəçilərilər və böyük viki-saytlarda MediaWiki keşləmə əməliyyatını dəstəkləyir və Squid proksi-serverdən istifadə edir.

Qeyd: Keşləmə, tələb olunma ehtimalı daha çox olan informasiyaların sürətlərinin çıxarılması və xüsusi qovluqlarda yaddaşda saxlanması deməkdir.

Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistem GNU lisenziyası əsasında Wikimedia Foundation Inc. (http://wikimediafoundation.org) qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlayır.

MediaWiki sisteminin üstünlüyü və mənfi amillər

[redaktə | mənbəni redaktə et]

Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Lakin, sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:

  • veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmaması;
  • MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və bu istinadların bir hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
  • istifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın olması və sistemliliyin pozulma hallarına rast gəlinməsi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]