Mayevisa
Mayevisa | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 916 m |
Uzunluğu |
|
Eni | 25 km |
Hündür nöqtəsi | Stolise dağı |
Yerləşməsi | |
44°31′ şm. e. 18°53′ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mayevisa — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən elə də hündür olmayan dağ silsiləsi və tarixi region. Şimalda Posavina və Semberiya, cənubda Spreça çayının yatağı ilə əhatələnir.
Silsilənin ən hündür zirvəsi Stolise dağıdır (916 m). Zirvə Tuzla şəhərindən 16 km şərqdə yerləşir. Bu dağın zirvəsində televiziya teleqülləsi vardı. Bosniya müharibəsi zamanı qüllə dağıdılmışdır. Digər zirvələrin hündürlüyü isə 800 - 900 metr arasında dəyişir. Silsilənin böyük hissəsi Bosniya və Herseqonina Federasiyası ərazisindədir. Az bir qism isə Serb Respublikası ərazisində yerləşir. Mayevisa dağlarının böyük bir qismi meşə ilə örtülüdür.
Əsas silsilə şimal-qərbdən cənub-şərqə doğru uzanır (Srebrenikdən Zvornik istiqamətdə). Əsas zirvələri: Oresnisa (815 m), Opakovisa (690 m), Stobliç (721 m), Tabakovove-Strane (572 m), Kisel (673 m), Qavraniç (720 m), Qreda (803 m), Mecednik (842 m), Busiya (845 m), Draqanovas (779 m), Konis (903 m), Stolise (916 m), Mala-Yelisa (879 m), Velika-Elitsa (878 m)[1]. Qərbdə və şərqdə sıralar Drin və Tine çaylarının vadilərinə düşən düzənsiz bir struktur əmələ gətirir. Bölgənin suxurları Eosen, Oligosen ,Miosen, Pliosen, Trias, Yura, Təbaşir dövrü çöküntüləri və magmatik çöküntülərdən ibarətdir. Mayevisa silsiləsinə yaxın ərazilərdə kömür və neft yataqları vardır[2]. Silsilə ərazisindən Sava, Drina və Spreça çaylarının su ayrıcısı keçir.
Yerli folklor
[redaktə | mənbəni redaktə et]Mayevica dağlarında yaşayan serblərin öz adətləri vardır. Məsələn: bulud yaxınlaşdıqda, evin qarşısında bir masa qoyur və onda otururdular. Bir gil qaba az miqdarda duz,iki xaç və taxta qaşıq qoyarmaqla buludu qovduqlarını zənn edirdilər[3]. Yerli əhalinin həmçinin gələcəyi görməklə bağlı müztəlif adətləri də vardır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2017-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
- ↑ Иван Михайлович Губкин, Киселев С. П. Мировые нефтяные месторождения Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine. М. — Л., 1934
- ↑ Славянский и балканский фольклор Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine. Изд-во «Наука», 1981