Lokal anestetik
Naviqasiyaya keç
Axtarışa keç
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur.[1][2][3]
Quruluşu
[redaktə | mənbəni redaktə et]Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir:
- Hidrofil hissə – karbon radikalları olan hissə
- Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu
- Lipofil hissə – aromatik qrup
Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.[1]
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Lipofil hissənin aromatik qruplarına görə
[redaktə | mənbəni redaktə et]- Benzoy turşusu olanlar
- Paraaminobenzoy turşusu olanlar
- Anilin törəmələri
- Lidokain (Lidokain)
- Etidokain (Duranest)
- Mepivakain (Karbokain)
- Bupivakain (Markain)
- Metaminobenzoy turşusu olanlar
Tərkibindəki rabitənin növünə görə
[redaktə | mənbəni redaktə et]- Efir rabitəsi olanlar
- Kokain
- Dikain
- Prokain
- Amid rabitəsi olanlar
- Digər kimyəvi qruplardan olanlar
- Benzokain (Anestezin, etilaminbenzoat)
- Butilaminobenzoat
- Butesin pikrat
- Siklometikain sulfat
- Ortoform
- Kapsaisin
İstifadəsinə görə
[redaktə | mənbəni redaktə et]- Səthi və ya terminal anesteziyada istifadə olunan preparatlar
- Lidokain
- Dikain
- Dibukain
- Kokain
- Mepivakain
- Benzokain
- Piromekain
- İnfiltrasion və ya regional anesteziyada istifadə olunan preparatlar
- Lidokain
- Bupivakain hidroxlorid
- Levobupivakain
- Mepivakain
- Etidokain
- Prilokain
- Kartikain
- Prokain
- Xlorprokain
- Onurğa beyni anesteziyasında (spinal, intratekal anesteziya) istifadə olunan preparatlar
- Lidokain
- Levobupivakain
- Dibukain
- Kartikain
- Prokain[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Qəniyev, Musa. Farmakologiya (dərslik) (az.). 2 cilddə, I hissə (X nəşr). Bakı: TƏBİB. 2019. 156–182.
- ↑ "Types of Anaesthesia". www.nhs.uk. 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
- ↑ "Local anaesthesia". www.nhs.uk. 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |