52°09′36″ şm. e. 4°29′24″ ş. u.HGYO

Leyden

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leyden
Leiden
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
52°09′36″ şm. e. 4°29′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 0 m
Əhalisi
Əhalisi
  • 124.093 nəf. (1 yanvar 2021)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +31 71
Poçt indeksi 2300–2334
Digər
gemeente.leiden.nl
Xəritəni göstər/gizlə
Leyden xəritədə
Leyden
Leyden
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər.[4]

Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur.[4]

329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər.[4]

Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir.[4]

Elm və təhsil

[redaktə | mənbəni redaktə et]

Leyden elm və təhsil şəhəri kimi tanınır.[4] Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.[4]

Leyden şəhərində ölkənin ən qədim ali təhsil ocağı olan Leyden Universiteti yerləşir.[4]

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. register of public bodies.
  3. Kerncijfers wijken en buurten 2021. 2021.
  4. 1 2 3 4 5 6 7 Lamiyə Əliyeva, Dünya universitetləri: Leyden Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 07.01.2011, № 01.  (az.)