Labrusk üzümü
Labrusk üzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Labrusk üzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vitis labrusca (lat. Vitis labrusca) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.Əsasən "izabella" üzüm sortu kimi tanınır.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Şimali Amerikada bitir.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Gövdəsinin diametri 20-30 sm, dirəklə yüksəyə qalxan, sıx örtüklər əmələ gətirən ikievli lianadır. Tükcüklü zoğların bığcıqları 2-3 çəngəlvari, yaxşı inkişaf etmişdir. Qırışlı, iri, yumurtavari və ya yumru formalı yarpaqları (25 sm-dək) bütöv və ya 3 hissəlidir, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi tükcüklüdür. Çiçək qurupunun uzunluğu 8 sm-dək, qısa, qalın ayaqda dişicik çiçəkləri daha möhkəm, erkəkcikli daha yumşaqdır. Kiçik meyvə salxımlarında 20 giləmeyvə olur. Şarşəkilli giləmeyvələri qara-al qırmızı, bəzən qırmızımtıl-qonur, çəhrayı, sarımtıl-yaşıl, çox az hallarda ağ rəngli, diametri 15–20 mm-dir. Üstdən sıx çöküntü ilə örtülmüşdür. Musnus ətirlidir. Toxumları iri, qısa dimdikdir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Nəmişli yerlərdə, çay vadilərində, qumlu torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Böyük Qafqazda,Talışda təbii halda rast gəlinir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Bu növ çox vaxt sıx, gözəl yarpaqlarına görə dekorativ məqsədlərlə istifadə edilir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 203.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.