Koreya təqvimi
Koreya təqvimi — ənənəvi lunisolar təqvim. Digər Şərqi Asiya ölkələrinin ənənəvi təqvimləri kimi, Koreya Təqvimi əsasən Çin təqvimindən əldə edilir.[1][2] Tarixlər Koreyanın meridianlarından (Cənubi Koreya üçün müasir dövrdə 135-ci meridian şərqindən), eləcə də bayram və bayramların Koreya mədəniyyətinə əsaslanaraq hesablanır.
Qreqorian təqvimi 1896-cı ildə rəsmən qəbul edilmişdi, lakin yaşlı nəsillər üçün ənənəvi bayramlar və yaş hesabları hələ də köhnə təqvimə əsaslanır.[3] Bu gün Koreyanın ən böyük bayramı Seollal, ənənəvi Koreya Yeni ilinin ilk günüdür. Digər əhəmiyyətli festivallara həmçinin Boreumdaal (ilk tam ay), Dano (bahar şənliyi) və Chuseok (məhsul ayı festivalı) və Samjinnal (bahar-açılış festivalı) kimi istinad edilən Daeboreum daxildir. Digər kiçik festivallara isə Yudu (yay festivalı) və Chilseok (musson festivalı) daxildir.
Tarix
[redaktə | mənbəni redaktə et]Koreya təqvimi Çin təqvimindən əldə edilir. Ənənəvi təqvim 270 ilə 963 arasında Koreya dövrü adları ilə təyin edilmiş, sonra Koreya və Çin dövrünə aid adları 1894-cü ilə qədər bir neçə dəfə istifadə edilmişdir. 1894 və 1895-ci illərdə isə ay təqvimi, 2031-ci ildə meydana çıxmış Joseonun yaranmasından hesablanmağa başlandı.
Həftənin günləri
[redaktə | mənbəni redaktə et]Qeyd edək ki, ənənəvi Koreya təqvimində "həftəiçi" konsepsiyası yoxdur: Bunlar müasir təqvimdən alıntıdır:
Azərbaycanca | Hangul | Hanja | Tələffüzü | Planetar |
---|---|---|---|---|
Bazar ertəsi | 월요일 | 月曜日 | voryoil | Ay |
Çərşənbə axşamı | 화요일 | 火曜日 | hvayoil | Mars |
Çərşənbə | 수요일 | 水曜日 | suyoil | Merkuri |
Cümə axşamı | 목요일 | 木曜日 | mogyoil | Yupiter |
Cümə | 금요일 | 金曜日 | geumyoil | Venera |
Şənbə | 토요일 | 土曜日 | toyoil | Saturn |
Bazar | 일요일 | 日曜日 | iryoil | Günəş |
Aylar
[redaktə | mənbəni redaktə et]Müasir koreya dilində hər iki - ənənəvi ay təqvimi və Qərb təqvimlərinin ayları Çin-Koreya rəqəmlərini "ay" mənasında "Sino-Koreya" sözü ilə əvəz etməklə adlandırılır. Bundan əlavə, ilk, on birinci və on ikinci aylarda ənənəvi Çin ay adlarına bənzər digər Koreya adları var.[4] Lakin, ikinci ay üçün Xìngyuè ("ərik ayı") kimi digər ənənəvi Çin ay adları Koreyada istifadə edilmir.
Müasir adı | Milli adı | Qeydlər | ||||
---|---|---|---|---|---|---|
Tərcüməsi | Hangul | RR | Tərcüməsi | Hangul | RR | |
Ay 1 | 1월 (일월) | Ilwol | Pələng ayı | 호랑이달 | Horangidal | |
Əsas ay | 정월 (正月) | Jeong-wol | Çin dilindən alınma söz: Zhēngyuè | |||
Ay 2 | 2월 (이월) | Iwol | Dovşan ayı | 토끼달 | Tokkidal | |
Ay 3 | 3월 (삼월) | Samwol | Əjdaha ayı | 용달 | Yongdal | |
Ay 4 | 4월 (사월) | Sawol | İlan ayı | 뱀달 | Baemdal | |
Ay 5 | 5월 (오월) | Owol | At ayı | 말달 | Maldal | |
Ay 6 | 6월 (유월) | Yuwol | Qoyun ayı | 양달 | Yangdal | |
Ay 7 | 7월 (칠월) | Chilwol | Meymun ayı | 원숭이달 | Wonseung-idal | |
Ay 8 | 8월 (팔월) | Palwol | Xoruz ayı | 닭달 | Dakdal | |
Ay 9 | 9월 (구월) | Guwol | İt ayı | 개달 | Gaedal | |
Ay 10 | 10월 (시월) | Siwol | Donuz ayı | 돼지달 | Dwaejidal | |
Ay 11 | 11월 (십일월) | Sibilwol | Siçan ayı | 쥐달 | Jwidal | |
Qış Günü ayı | 동짓달 | Dongjitdal | Dōngyuè, - "Qış ayı" (Çincə ilə çox oxşar) | |||
Ay 12 | 12월 (십이월) | Sibiwol | Öküz ayı | 소달 | Sodal | |
섣달 | Seotdal | Làyuè, - "Qorunma ayı" (Çincə ilə oxşar) |
Ənənəvi bayramlar
[redaktə | mənbəni redaktə et]Koreya ay təqviminə əsasən, ildə 14 dəfə keçirilən xüsusi bayramlar vardır:
Festivalın adı | Əhəmiyyəti | Hadisələr | Tarix (ay təqvimi ilə) | Xüsusi ərzaqlar |
---|---|---|---|---|
Seollal | Ay təqvimində yeni il | Dədə-babaların qəbirləri ziyarət edilir, qohum-qonşunun yeni ili təbrik edilir. | İlk ayın ilk günü | dilimlənmiş düyü tortu və ya ballı tort. |
Daeboreum | İlk tam ay | Ay salamlanır, pis ruhları qovmaq məqsədilə ocaqlar qalanır. | İlk ayın 15-ci günü | fındıqlı düyü, yerfındığı, qoz, fındıq və şabalıd şərabı. |
Meoseumnal | Xidmətçi bayramı | Ev təmizləmə,balıqçıların dini bayramı təşkil edilir. | 2-ci ayın ilk günü | ananas soslu düyü tortu. |
Samjinnal | Köçmüş qaranquşların geri dönməsi | Ayaq döyüşü, falçılıq təşkil olunur. | 3-cü ayın 3-cü günü | azalea şərabı, azalea düyü tortu. |
Hansik | Tarla sezonunun başlaması | Böyüklərin, dədə-babaların qəbirləri ziyarət edilir. | Qış gündönü-
mündən 105 gün sonra |
sadəcə soyuq yeməklər: mugwort tortu, mugwort şorbası və s. |
Chopail | Büddənin ad günü | Lotus işıqları festivalı | 4-cü ayın 8-ci günü | düyü tortu, güllü düyü tortu. |
Dano | Yaz festivalı | Saçlar süsən suyu ilə yuyulur, güləş | 5-ci ayın 5-ci günü | bitkili düyü tortu. |
Yudu | Su salamlanması günü | Pis şansı yola salmaq məqsədi ilə, su salamlanır və saçlar salamlanan suda yuyulur. | 6-cı ayın 15-ci günü | beş ədəd rəngli noodle və pişmiş düyü tortu. |
Chilseok | Xalq deyiminə görə Gyeonwoo və Jiknyeo bu günü tanış olub. | Toxuculuq bacarıqları təqdim edilir. | 7-ci ayın 7-ci günü | ağ tort, külkas şorbası. |
Baekjung | Büddəyə ibadət günü | Büddəyə ibadət edilər. | 7-ci ayın 15-ci günü | qarışıq düyü tortu. |
Chuseok | Yığım gestivalı. | Dədə-babaların məzarları ziyarət edilər, ilk düyünün yığımını bayram edərlər. | 8-ci ayın 15-ci günü | Külkas şorbası, şabalıd və ananas souslu düyü tortu. |
Jungyangjeol | Köçəyən qaranquşlar günü. | Payız ayı şeir və şəkillərlə qarşılanır. | 9-cu ayın 9-cu günü | balıq yumurtası, ballı turunc çayı. |
Dongji | Qış gündönümü. | Pis ruhları qovmaq məqsədilə ayin təşkil edilər. | Günəş təqviminə əsasən 22 Dekabr | qırmızı lobya şorbası. |
Seotdal Geumeum | Yeni il axşamı. | Bütün gecə qapılar açıq qalaraq, dədə-babaların ruhları evə girilər. | 12-ci ayın (Son ayın) son günü | tərəvəzli qarışıq düyü. |
Bunlardan başqa, hər bölgəyə görə dəyişən xüsusi ay təqvimi bayramları da vardır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sohn, Ho-min. Korean Language in Culture and Society. University of Hawaii Press. 2006. 86. ISBN 978-0-8248-2694-9. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
...Korean calendars Calendars were adopted from China...
- ↑ Reingold, Edward. Calendrical Calculations. Cambridge University Press. 2008. 269. ISBN 978-0-521-88540-9. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
... Korea used the Chinese calendar for ...
- ↑ Korean Holidays Arxiv surəti 13 iyul 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-07-13 at the Wayback Machine
- ↑ Sohn, Ho-min. Korean Terms for Calendar and Horary Signs, Holidays and Seasons // Korean Language and Culture in Society. University of Hawaii Press. 2006. səh. 91–92. ISBN 978-0-8248-2694-9. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.