Kendal Cenner
Kendall Jenner | |
---|---|
ing. Kendall Jenner | |
Doğum adı | Kendall Nicole Jenner |
Doğum tarixi | 3 noyabr 1995[1][2] (29 yaş) |
Doğum yeri | |
Partnyorları |
|
Anası | Kris Cenner |
Fəaliyyəti | sosial fiqur[d], aktrisa, model[d] |
Fəaliyyət illəri | 2007-ci ildən |
Təhsili |
|
Boyu | 179 cm |
IMDb | ID2832525 |
Vikianbarda əlaqəli mediafayllar |
Kendall Nikol Jenner (ing. Kendall Nicole Jenner; 3 noyabr 1995[1][2], Los-Anceles, Kaliforniya) amerikalı model və aktrisa.[6] E! telekanalında yayımlanan Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır.[7] Həmçinin Kim Kardaşyanın ögey bacısıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Brüs Cenner və Kris Cennerin qızıdır. Kayli Cenner adında doğma bacıdı və ana tərəfindən Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı da vardır. Kendal məşhur amerikalı gənc televiziya şəxsiyyəti və mankendir. Həmişə şou-biznesdə danışılan və dünya dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır. Kim Kardaşyanın anasının ikinci evliliyindən olan bacılarından Kendal, ögey bacısı ilə birlikdə “Keeping Up with the Kardashians” adındakı televiziya proqramı ilə etdiyi modellik və təşəbbüskarlıq işləri ilə adını eşitdirmişdir. Kendalın uşaqlığı Calabasas, Los-Ancelesdə keçdi. Burada Sierra Canyon Məktəbində təhsil aldı və 2014-cü ildə məzun oldu.[8]
Karyerası
[redaktə | mənbəni redaktə et]Kendal 13 yaşında moda dünyasına qatıldı. İlk olaraq bacısı Kayli ilə Paper Magazine jurnalının "Gözəl İnsanlar" başlığı altında yer aldı.[9] 14 yaşında Wilhelmina Models modellik agentliyi ilə müqavilə imzalayaraq modellik karyerasına başladı.[10] OK! Tenn Vouge, Seventeen jurnalları üçün çəkilişlərə başladı. 2011-ci ildə bacısı Kayli ilə birlikdə Seventeen jurnalı tərəfindən "Stil Elçiləri" olaraq seçilmişdilər. 2011-ci ildə Kendal, Miss Vogue baş səhifəsində yer alan ikinci model oldu. 2012-ci ildə isə Teen Vogue jurnalında baş səhifədə yer almışdır. Kendal və bacısı Kayli moda dizaynı dünyasına qatıldılar. Kendall & Kylie adında geyim markası yaratdılar.[11] Ardınca Steve Madden - Madden Girl markası üçün aksesuar və ayaqqabı dizayn etdilər. 2014-cü ilin yazında Kendall Nyu-Yprk Moda Həftəsində Mark Jakobs, Donna Karan, Diani von Furstenberq, Tommi Hilfiqer,[12] Parisdə; Sonia Rykiel, Balmain, Givenchy, Chanel,[13] Milanoda; Fendi, Ports 1961, Bottega Veneta, Pucci, Dolce & Gabbana markalarının moda şoularında yer aldı. The Society Manangement, Elite Paris və Elite London kimi agentliklərdə işləyən Kendal W Magazine, V Magazine, Vogue Paris və Interview Magazine jurnallarında şəkil çəkilişləri həyata keçirdi.
2015-ci ildə Harper's Bazaar, GQ və Marie Claire İndoneziya jurnallarının baş səhifəsində yer alan Kendal Calvin Klein markasının yeni üzü seçildi. İyun ayında Türkiyəyə gələn Kendal Antalyada Dosso Dossi Fashion Show-da podiuma çıxdı.[14][15] Burada beş fərqli geyimlə beş dəfə podiumda çıxış etdi.[16][17][18]
Cenner Forbesin ən çox qazanan modellər siyahısında 2018-ci ilin ən varlı modeli seçildi.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Ad | Rol |
---|---|---|
2007 - indi | Keeping Up with the Kardashians | Özü |
2008 | E! True Hollywood Story | Özü |
2009 | Kourtney and Khloé Take Miami | Özü |
2011 | Kourtney and Kim Take New York | Özü |
Khloé & Lamar | Özü | |
2012 | America's Next Top Model Cycle 18 | Özü |
Hawaii Five-0 | AJ | |
2014 | Ridiculousness | Özü |
MuchMusic Video Mükafatları | Özü | |
The High Fructose Adventures of Annoying Orange | Çiyələk | |
2015 | I Am Cait | Özü |
Nominasiyaları və mükafaları
[redaktə | mənbəni redaktə et]İl | Tədbir | Kateqoriya | Nəticə |
---|---|---|---|
2013 | Teen Choice Mükafatları | Reality TV Yıldız seçimi: Bayan | Qazandı |
2014 | Genç Hollywood Mükafatları | Sən çox bəzənmisən | Nominasiya |
Teen Choice Mükafatları | Qadın Hottie | Nominasiya | |
Stil İkonu | Nominasiya | ||
Reality TV personaj seçimi: Qadın | Nominasiya | ||
2015 | Models.com MDX Model ilin Mükafatları 2014 | Qadın Ulduz | Qazandı |
Teen Choice Mükafatları | Model seçimi | Qazandı | |
InStyle Sosial Media Mükafatları | Rok ulduzu | Nominasiya | |
Modern gənc kraliça | Nominasiya | ||
IADAS: The Lovie Awards | Internet Video: Trend Video | Qazandı | |
Models.com MDX Model Of The Year Awards 2015 | Sosial media starı: Qadın (münsif seçimi) | Nominasiya | |
Sosial media starı: Qadın (izləyici seçimi) | Qazandı | ||
İlin modeli: Qadın (izləyici seçimi) | Nominasiya |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Kendall Jenner // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Kendall Jenner // Roglo. 1997.
- ↑ 1 2 https://people.com/tv/kendall-jenner-blake-griffin-everything-we-know-about-their-relationship/.
- ↑ 1 2 https://www.harpersbazaar.com/celebrity/latest/a42113565/harry-styles-kendall-jenner-full-relationship-timeline/.
- ↑ 1 2 https://people.com/tv/kendall-and-asap-rocky-timeline/.
- ↑ Gray, Lorna. "Kendall Jenner explains the importance behind her middle name 'Nicole'". Cosmopolitan. April 12, 2016. April 14, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 12, 2016.
- ↑ "Arxivlənmiş surət". 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
- ↑ "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
- ↑ https://web.archive.org/web/20150924064256/http://www.papermag.com/2010/03/beautiful_people_2010_kendall_kylie_jenner.php
- ↑ "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
- ↑ https://web.archive.org/web/20130714073219/http://finance.yahoo.com/news/pacsun-launches-premier-kendall-kylie-110000610.html
- ↑ https://web.archive.org/web/20150926234708/http://www.ryanseacrest.com/2014/09/08/kendall-jenner-walks-for-tommy-hilfiger-dvf-at-new-york-fashion-week/
- ↑ https://web.archive.org/web/20150618123924/http://www.reveal.co.uk/fashion/news/a600184/kendall-jenner-joins-cara-delevingne-on-chanel-catwalk-in-paris.html
- ↑ https://web.archive.org/web/20160201120405/http://www.posta.com.tr/magazin/GaleriHaber/Kendall-Jenner-Antalya-da-podyuma-cikti.htm?ArticleID=285993
- ↑ "Arxivlənmiş surət". 2016-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
- ↑ https://web.archive.org/web/20160201090648/http://www.haberler.com/20-dosso-dossi-fashion-show-kendall-jenner-basin-7402098-haberi/Dosso
- ↑ "Arxivlənmiş surət". 2016-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
- ↑ "Arxivlənmiş surət". 2015-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.