Jan Batist de Lamaz
Jan Batist de Lamaz | |
---|---|
fr. Jean-Baptiste de la Maze | |
İsfahan Yezuit missiyasının rəhbəri | |
1676 – 1683 | |
Əvvəlki | Klod İqnat Mersier |
Sonrakı | Keşiş Rua |
Şamaxı Yezuit missiyasının rəhbəri | |
1688 – 1709 | |
Əvvəlki | Keşiş Potye |
Sonrakı | Fransisk Savier Şampion |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fransa |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri |
Jan Batist de Lamaz (fr. Jean-Baptiste de la Maze) — Fransız yezuit din xadimi, İsfahanda və Şamaxıda fəaliyyətdə olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]21 fevral 1624-cü ildə Fransanın Paris şəhərində doğulmuşdur. 16 yaşında yezuit ordeninə daxil olub, 8 dekabr 1658-ci ildə dini and içmişdi. 1652-ci ildən bəri Fransada qrammatika, fəlsəfə və humanitar elmlər dərsi dedikdən sonra 1662-ci ildə Şərqə doğru katolik təriqətini yaymağa gəlmişdi.[1] 2 il Suriyada qaldıqdan sonra, 1664-cü ildə Səfəvilər dövlətinə gəlmişdi.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1664-cü ildə Klod İqnat Mersier ilə İsfahandakı Yeni Culfa məhəlləsinə gəlmişdi.[2] 1674-cü ildə Mersierin ölümündən sonra 1676-cı ildə Yezuit missiyasınn rəhbəri təyin olunmuşdu. Onun burdakı əsas işi qriqorian erməniləri katolik məzhəbinə gətirməkdən ibarət idi. Farsca[3], türkcə[4] və ermənicə[2] bilirdi.
1688-ci ildə Şamaxıya Şah Süleyman Səfəvinin icazəsi ilə gəlmiş və fəaliyyətinə burda davam etmişdir. Öz xatiratında Şirvan regionu haqda məlumatlar vermiş, Şamaxıda yəhudilərin, ermənilərin, rusların və hətta 200 nəfərdən ibarət və şəhərin ən varlıları olan hindu tacirlərinin öz məbədlərinin olduğunu qeyd etmişdi.[5] Şamaxıdakı 22 illik fəaliyyəti dövründə kilsədəki ayinlərini Azərbaycan türkcəsində aparırdı.[6] Çox keçmədən Şamaxıya daha iki yezuit keşiş gəldi - həkim Fransisk Savier Şampion və Jak Vilyotte[7]. 1693-1694-cü illərdə yazdığı məktublarda qeyd etdiyinə görə Gəncə və İrəvandakı missiyalarla sıx əlaqədə idi. Keşişlərin ən böyük problemi tək olmaqları idi. Yerevandakı keşişlərin tək vəfat etməyindən təsirlənən Lamaz da xəstələnib vəsiyyətini çatdırmadan öləcəyindən qorxurdu.[8] 1698-ci ildə Zubarek adlı bir erməni ilə Polşaya səyahət etmişdi.
Ölümü
[redaktə | mənbəni redaktə et]4 mart 1709-cu ildə Şamaxıda vəfat etmişdi. Yerinə başqa bir fransız - Fransisk Savier Şampion təyin edilmişdi. Xatiratında Bakıdakı zəfəran və neft sənayesindən, əhalinin rüşvətxor məmurlar tərəfindən zülmə uğramasından, çətin iqtisadi vəziyyətdən bəhs etmişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Archives des Jesuites de Paris, Perse, nr. 30, “Jean Baptiste de la Maze.”
- ↑ 1 2 "Jesuits in Safavid Persia - Encyclopedia Iranica". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ Villote, Voyages d’un missionnaire, səh. 92-96
- ↑ Petis de la Croix, Extrait du journal, səh. 127
- ↑ Jan Batist de La Maz - “Mémoire de la province de Sirvan” səh. 28
- ↑ Jan Batist de La Maz - “Mémoire de la province de Sirvan” səh. 40
- ↑ [https://web.archive.org/web/20201204082806/https://books.google.az/books/about/Voyages_d_un_missionnaire_de_la_Compagni.html?id=3-kDK1h_Hc4C&redir_esc=y Arxivləşdirilib 2020-12-04 at the Wayback Machine Voyages d'un missionnaire de la Compagnie de Jésus [Jacques Villotte], en Turquie, en Perse, en Arménie, en Arabie, et en Barbarie [rédigés par le P. Nicolas Frizon]]
- ↑ Archivum Romanum Societatis Iesu (ARSI), Rome Gall. 97II, 225, De la Maze