II Xosrov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Xosrov
خسرو پرویز
II Xosrovun adına kəsilmiş qızıl sikkə
II Xosrovun adına kəsilmiş qızıl sikkə
590 (I hakimiyyət) – 591/25 fevral, 628 (II hakimiyyət)
(ləqəbi: Pərviz (Parvēz))
ƏvvəlkiIV Hörmüz (sələf)
Bəhram Çubin (qəsbkar)
Vistəhm (rəqib hökmdar)
SonrakıII Qubad
Şəxsi məlumatlar
Doğum tarixi təxm. 570
Doğum yeri Ktesifon, Sasanilər imperiyası
Vəfat tarixi
Vəfat yeri Ktesifon, Sasanilər imperiyası
Vəfat səbəbi öldürülüb.
Dəfn yeri Ktesifon
Milliyyəti fars
Fəaliyyəti qubernator, monarx, hərbi lider[d]
Atası IV Hörmüz
Anası Vistəhmin bacısı
Həyat yoldaşları Şirin, Məryəm Şəkər
Uşaqları Mərdanşah, II Qubad, Azərmidoxt, Boranduxt, Cavanşir, V Xosrov Fərruxzad, Şəhriyar və başqaları.
Dini atəşpərəst
Hərbi xidmət
Mənsubiyyəti Sasanilər dövləti
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Xusrav Parvēz, خسرو پرویز Xosrov Parviz; 570, Ktesifon28 fevral 628, Ktesifon, Sasanilər dövləti) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sonuncu böyük şahı.[1] O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram ÇubinVistəhm kimi üsyançılarla mübarizədə keçmişdir.

Firdovsinin yazdığı “Şahnamə” və Nizami Gəncəvinin (1141-1209) yazdığı “Xosrov və Şirin” əsərlərində Xosrovun həyatının daha romantik olan uydurma versiyası işlənmişdir ki, bununla da Xosrov farsdilli ədəbiyyatın (sonradan həm də türkdilli ədəbiyyatın) əsas qəhrəmanlarından biri olmuşdur. “Xosrov və Şirin” əhvalatında sonradan Sasani məlaikəsi olmuş Şahzadə Şirin və II Xosrovun məhəbbət macərası, uzun mübarizə və çətinliklərdən sonra qovuşmaları təsvir edilmişdir.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

II Xosrov təxminən 570-ci illərdə dünyaya gəlmişdir; atası IV Hörmüz, anası isə Parfiyanın yeddi böyük sülaləsindən biri olan İspahbudan sülaləsindən olan qadındır; həyatının ilk dövrlərində qardaşları Vinduyə və Vistəhmin ciddi təsiri olmuşdur.[1]

Şəxsiyyəti və bacarıqları

[redaktə | mənbəni redaktə et]

Tarixçi Təbəri II Xosrovu belə təsvir edir:

" “Bir çox fars hökmdarlarından fərqli olaraq, igidlik, hikmət və tədbirilik, hərbi qüdrət və qələbə, zənginlik və yaxşı gələcək onun nəsibi olmuşdu və buna görə də o, qalib anlamını verən Pərviz ləqəbi daşıyırdı.”[2] "

Əfsanəyə görə, Xosrov Pərvizin içində 3000 konkubina saxlanılan şəbistanı olmuşdur.[2]

Taxta gəlməsi

[redaktə | mənbəni redaktə et]

Xosrov, əmiləri Vistəhm və Viduyə tərəfindən törədilmiş saray çevrilişi nəticəsində atası IV Hörmüzün kor edilərək hakimiyyətdən uzaqlaşdırılmasından sonra hakimiyyətə gətirilmişdir.[3][4] Həmin dövrdə Mehrani spəhbodu Bəhram Çubin də Ktesifonu ələ keçirməyə çalışırdı. Bəhramın Ktesifonu ələ keçirməsinin qarşısını ala bilməyən Xosrov və qardaşları şəhəri tərk edərək qaçmağa məcbur oldular.

571-ci ildə Bizansla başlamış müharibə hələ davam edirdi. Buna görə də, II Xosrov Suriyaya qaçır, burdan isə Konstantinopola gedərək Bizans imperatoru II Mavriki (582-602) ilə görüşür. İmperator II Xosrova taxtını geri qaytarmaqda kömək etməyə razılıq verir. Əvəzində Xosrov taxta gəldikdən sonra Amid, Harran, DaraMiyafarigin ərazilərində Bizansın hakimiyyətini tanımağı öhdəsinə götürür. Bundan əlavə, Sasanilər Ermənistanİberiyanın işlərinə qarışmamağa, Bizansın Lazistan ərazisinə iddia etməməyə razılıq verməli idi.[5]

Əsas zadəganlar vilayət hakimləri, şəhər hakimləri, hərbi rəhbərlər və eləsə də Sasani hərbi zadəganlarının böyük bir qismi II Xosrovu Sasani şahənşahı kimi qəbul etdi. Bundan sonra, 591-ci ildə Xosrov Bizans ordusu ilə birgə Ktesifona qayıdır, Balarton döyüşündə VI Bəhramı məğlub edir və taxtı ələ keçirir. Bəhram Çubin ölkənin şərqinə qaçaraq Bəlx[6] və ya Fərqanə[7] ərazisində məskunlaşır.

Lakin, bir neçə il sonra Bəhram II Xosrov tərəfindən göndərilmiş assasin tərəfindən öldürülür. Bundan sonra Bizansla sülh əldə edilir. Yardımına görə, imperator Mavriki Şərqi Ermənistanın böyük bir hissəsini, Qərbi İberiyanı əldə etdi, həmçinin farslara əvvəl ödənilərn vergilər ləğv edildi.[1]

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Vistəhm üsyanı

[redaktə | mənbəni redaktə et]

Hakimiyyətə gəldikdən sonra Xosrov əmilərinin ikisinə də vəzifə verdi: Vinduyə xəzinədar və baş vəzir oldu, Vistəhm isə İspəhbudan nəslinin vətəni olan, TabasaranXorasanı əhatə edən Şərq əyalətinin spahbedi oldu.[3][8] Lakin, tezliklə Xosrov öz fikrini dəyişdi: atasının öldürülməsi haqqında düşünərək, özünü belə bir hadisədən sığortalamaq üçün əmilərini öldürtmək qərarına gəldi. Ənənəvi olaraq Sasani monarxları hansısa zadəganların onlardan daha güclü olmasına imkan vermirdilər və Xosrovun belə bir qərar verməsində əmisi Vinduyənin həddən artıq güclənməsi də öz rolunu oynamışdır. Qardaşının yanına, Şərq əyalətinə qaçmağa çalışan Vinduyə tutularaq edam etdirilir.[3][9] Bundan sonra Vistəhm açıq üsyana başlayır. Dinəvərinin verdiyi məlumata görə, o, Parfiya (Arşaki) nəslindən olduğunu əsas gətirərək, Sasani taxtına iddia irəli sürür: "Sizin hakimiyyətə məndən daha çox haqqınız yoxdur. Əksinə, İskəndərlə döyüşən Daranın oğlu Daradan gələn soyuma görə mən daha çox layiqəm o taxta. Siz Sasanilər hiyləylə bizim [Arşakilərin] üzərində hakimiyyətə nail olmusuz və uzurpasiya edərək, bizim haqqımızı qəsb etmisiniz. Sənin əcdadın Sasan çobandan başqa bir şey olmamışdır.”

Bəhram Çubin kimi, Vistəhmin də üsyanı tezliklə özünə çoxlu tərəfdaşlar tapa bilir və geniş əraziyə yayılır. Vistəhmin Bəhramın bacısı Qordiyə ilə evlənməsindən sonra, yerli zadəganlar və Bəhramın ordusunun qalıqları da ona qoşuldu. Tezliklə Vistəhm Sasanilər imperiyasının Şərqdə Amudərya (Oksus) çayından Qərbdə Ərdəbilə qədər olan geniş bir ərazisinə nəzarət edirdi. Şərqə hücum edən Vistəhm, Transoksiana, Şauq və Pariovk ərazilərinin hakimi olan üç eftalit şahzadəsini ələ keçirdi.[3][10]

Ümumilikdə Vistəhmin hansı tarixdə üsyan qaldırması dəqiq bilinmir. Sikkələrdən əladə edilmiş məlumata əsasən demək olar ki, onun üsyanı yeddi il ərzində davam etmişdir. Ümumi qəbul edilmiş tarix 590-596-cı illər olsa da, C.D.Hovard-Conston və P. Purşəriəti kimi bəzi tədqiqatçılar üsyanın Vahevuni erməni üsyanına təkan verdiyini əsas gətirərək 594/5-ci illərə çəkirlər.[11]

Vistəhm qərbdə Midiya ərazisini təhdid etməyə başladıqda, Xosrov ona qarşı bir neçə ordu birləşməsi göndərsə də, yekun nəticəyə nail ola bilmir: Vistəhmin rəhbərlik etdiyi üsyançılar Gilanın dağlıq ərazilərinə sığınırlar, bu arada erməni hökmdar ordusunun bir neçə sərkərdəsi də üsyan edərək, Vistəhmə qoşulur. Nəhayət, Xosrov erməni mərzban Smbat Baqratunini üsyançıların üstünə göndərir və o, Qumis yaxınlığında Vistəhmlə toqquşur. Döyüş zamanı Xosrovun xahişi ilə (bəzi mənbələrə görə, Qordiyənin xahişi ilə) Vistəhm Pariovkdan olan eftalit şahzadəsi tərəfindən öldürülür. Buna baxmayaraq, Vistəhmin üsyançıları Qumis yaxınlığında şah ordusuna üstün gələ bilir, Xosrov üsyanı tamamilə yatıra bilmək üçün növbəti il Smabtın başçılığı ilə daha bir ordu göndərməli olur.[3][12]

II Xosrovun hakimiyyəti dövründə musiqi

[redaktə | mənbəni redaktə et]

II Xosrovun hakimiyyəti, musiqinin qızıl dövrü idi. II Xosrovdan əvvəl hakimiyyətdə olmuş I Xosrov, Bəhram Gur, həmçinin I Ərdəşir kimi hökmdarlar da musiqiyə böyük maraq göstərmişdilər. II Xosrovun hakimiyyəti dövründə Barbəd, Bəmşad, SərkəşNikisa kimi məşhur musiqiçilər yaşamışlar.

II Xosrov Şirin adlı xristianla evlənmiş və onu ölkənin məlaikəsi elan etmişdi. Şirin Xosrovdan olan övladı Mərdanşahı taxta gətirməyə çalışırdı. Xosrovun xristianlıqla əlaqələri mürəkkəb idi: onun arvadı Şirin və maliyyə naziri Yəzdin xristian idi.[13] Onun hakimiyyəti dövründə monofizitnestorian xristianlar arasında mübahisələr gedirdi. II Xosrov monofizitliyə üstünlük verərək, bütün xristian təbəələrinin bu məzhəbə itaət etməsini buyurmuşdu və ola bilsin ki, bu qərarı verməkdə ona monofizit olan Şirin və saray həkimi Sincarlı Qabriel təsir göstərmişdi. Onun xristianlara qarşı müsbət münasibəti zərdüşti kahinlər arasında nüfuzunun aşağı olmasına gətirib çıxarmışdı.

Ləxmilər krallığında hakimiyyətin ləğvi

[redaktə | mənbəni redaktə et]

600-cü ildə Xosrovun qızı ilə evlənmək istəyərək fars qadınlarını təhqir etdiyinə görə Hiyrədə hakimiyyət sürən Ləxmilər sülaləsinin son hökmdarı III Əl Numan ibn əl-Mundir edam etdirildi.[14] Bundan sonra Ləxmilərin hökm sürdüyü ərazi mərkəzi hakimiyyətə tabe edildi, sülaləyə isə son qoyuldu. Nəticədə bu Aşağı İraqda müharibənin başlamasına və İslam xəlifələrinin Sasanilər imperiyası üzərinə hücumlarına əsas verdi.[15]

Sasani-Bizans müharibəsi

[redaktə | mənbəni redaktə et]
Sasani və Bizans imperiyalarının sərhədləri.

Hakimiyyətinin başlanğıcında II Xosrovun Bizansa qarşı münasibəti yaxşı idi. Lakin 602-ci ildə imperator Mavrikinin sərkərdələrindən biri Foka (602-610) tərəfindən öldürülərək, Bizans taxtının uzurpasiyya edilməsindən sonra Xosrov Bizansa qarşı müharibəyə başladı: bəhanə Mavrikinin öldürülməsi olsa da, əsas məqsəd mümkün qədər çox Bizans ərazisini işğal etmək idi.[1] Sərkərdəsi Fərruxan Şəhrvaraz və digər məşhur sərkərdələrlə birgə hərəkət edən Xosrov, 604-cü ildə qısa müddət ərzində DaraEdessanı tutdu, daha sonra isə Mavrikinin hakimiyyəti dövründə Bizansa verilmiş əraziləri qaytardı, bununla da Sasani-Bizans sərhəddləri 591-ci ildəki vəziyyətinə qaytarıldı. İtirilmiş əraziləri qaytardıqdan sonra, Xosrov özü döyüş meydanından çəkildi və orduya komandanlığı sərkərdələri Şəhrvaraz və Şahin Vəhmənzadəgana tapşırdı. Bundan sonra ikiyə bölünən Sasani ordusu SuriyaKiçik Asiyada irəliləyərək 608-ci ildə Xalkedonda birləşdi.

610-cu ildə erməni[16] İrakli üsyan edərək imperator Fokanı öldürdü və özünü yeni Bizans imperatoru elan etdi. Bundan sonra o, diplomatlar göndərərək sülh əldə etmək üçün danışıqlara başlayır. Lakin, Xosrov onların təklifini rədd edərək deyir: “Bu krallıq mənə məxsusdur və mən Mavrikinin oğlu Feodosini taxta gətirməliyəm. [İrakliyə gəlincə], o bizim razılığımız olmadan hakimiyyəti ələ keçirib, indi izə öz qızılımız ilə bizi ələ almağa çalışır. Lakin, onun əlləri mənim əlimdə olmayınca, mən dayanmayacam.” Bundan sonra Xosrov diplomatları edam etdirmişdi.[17]

613-614-cü illərdə sərkərdə Şəhrvaraz DəməşqYerusəlimi mühasirəyə alaraq ələ keçirdi, bundan sonra Əsl Xaçın triumfu başladı. Bir neçə dəfə Bizans ordusunun müqavimətini qıran Şahin Anadoluya daxil oldu; 618-ci ildə Misirdə qələbə çaldı. Bizans ordusu artıq müqavimət göstərmək gücündə deyildi, çünki, bir tərəfdən daxili çəkişmələr ordunu zəiflətmiş, digər tərəfdən imperiyanın Qərb sərhədlərini təhdid edən avarlarslavyan tayfaları Dunay çayı sahillərinə qədər irəliləmişdilər.

Ağ hunların işğalı

[redaktə | mənbəni redaktə et]

606-607-ci illərdə Mərkəzi İran ərazisindəki Spahan satraplığına basqın etmiş ağ hunların dəf edilməsi üçün Xosrov IV Smbat Baqratunini Pers Ermənistanından İrana dəvət etdi. Sasani şahzadəsi Datoyeanın köməkliyi ilə Smbat ağ hunları İran ərazisindən çıxardı, daha sonra isə onların Xorasanın şərqində yerləşən yurdlarına hücum etdi.[18] Xosrov ona “Xosrov Şun” (Xosrovun şənliyi və ya məmnunluğu)[18] fəxri adını verdi, oğlu II Varaztirots Baqratuni isə “Cavitean Xosrov” (Əbədi Xosrov)[18][19] fəxri adını daşımağa başladı. Sebeos bu hadisələri belə təsvir edir:

" “O, əmr etdi ki, böyük bir fil bəzədilsin və meydana gətirilsin. Buyurdu ki, həmin [Smbatın oğlu] Varaztirots (Cavitean xosrov adlandırılan) [filin] üstündə əyləşdirilsin. O, həm də əhaliyə qızıl paylanmasını tapşırdı. O, [Smbat üçün] hrovartak (fərman) yazaraq böyük məmnunluq və hörmətlə onu meydana dəvət etdi. [Smbat] [Xosrovun] hakimiyyətinin 28-ci ilində [618-619] dünyasını dəyişdi.”[20] "

Bizans işğalı və mübarizə

[redaktə | mənbəni redaktə et]

622-ci ildə Bizans imperatoru İrakli güclü ordu ilə meydana çıxdı. 624-cü ildə o Şimali Atropatena ərazisinə soxuldu və burada Fərrux Hörmüz və Xosrova qarşı üsyan etmiş Rüstəm Fərruxzad tərəfindən qarşılandı.[21] Bundan sonra Atropatena şəhərlərini talan edən İrakli Qazaka şəhərindəki məşhur Azərgüşnasp məbədini də dağıtdı.

Bir neçə il sonra, 626-cı ildə Lazistanı (Kolxida) tutdu. Elə həmin il Bosfor sahilində yerləşən Xalkedona qədər irəliləyən Şəhrbaraz avarların da dəstəyi ilə Konstantinopolu tutmağa cəhd etdi. Lakin bu manevr uğurlu alınmır, hücum dəf edilir, 628-ci ildə fars ordusu Anadoluya doğru geri çəkildi.

627-ci ildə xəzərlərin Qafqaz Albaniyasına yürüşündən istifadə edən İrakli Anadoluda Sasani ordusunu Nineva döyüşündə məğlub edərək, irəliləməyə başladı və Ktesifona yaxınlaşdı. II Xosrov sevimli sarayını tərk edərək, müşayətsiz Dəstgerdə (Bağdad yaxınlığı) çəkildi. Lakin qısa müddət sonra İrakli Dəstgerdi də tutdu və taladı.

Devirilməsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Dəstgerdin işğalından sonra aralarında İspəhbudan nəslindən Fərrux Hörmüzd və onun oğlanları Rüstəm və Fərruxzadın da olduğu Sasanilər imperiyasının zadəgan ailələrindən olan şəxslər tərəfindən II Xosrovun oğlu Qubadın önə çəkilməsinə başlandı. Mehrani sülaləsini Şəhrbaraz, erməniləri II Varaztirots Baqratuni, Kanaraqları isə Kanadbak təmsil edirdi.[22] 25 Fevralda Aspad Güşnaspın müşayət etdiyi Qubad Ktesofonu ələ keçirir və II Xosrov taxtdan salınaraq həbsə atılır. Özünü Sasanilər imperiyasının şahı elan edən II Qubad, aralarında II Xosrovun sevimli oğlu Mərdanşahın da olduğu bütün qardaşlarını edam etdirir. Üç gün sonra isə Qubad Mihr Hörmüzdə atasını öldürməyi tapşırır (bəzi mənbələrdə II Xosrovun oxla vurularaq, yavaş-yavaş öldürüldüyü qeyd edilir[23]).

Daha sonra zadəganların dəstəklədiyi II Qubad Bizans imperatoru I İrakli ilə sülh razılaşması əldə edir, Bizans bütün itirdiyi torpaqları geri qaytarır, üstəlik 614-cü ildə Yerusəlimdən götürülmüş Əsl xaç və digər müqəddəs əşyalar da geri qaytarılır.[24][25] Bundan sonra İrakli triumfla Konstantinopola qayıdır.

Məhəmmədin II Xosrova məktubu

[redaktə | mənbəni redaktə et]

II Xosrov ( ərəb. كسرى‎; [Kisra]) həm də İslam mənbələrində xatırlanır. Məhəmmədin elçisi Abdullah ibn Hudafa əs-Səhmi ilə ona məktub göndərdiyi və İslama dəvət etdiyi bildirilir.[26][27] Müraciətin mətni müsəlman tarixçiləri tərəfindən bu cür təqdim edilir:

" “Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın elçisi Məhəmməddən İranın böyük Kəsrasına. Salam olsun Allaha və onun peyğəmbəri Məhəmmədə inananlara, Allahdan başqa tanrı yoxdur, Məhəmməd onun qulu və peyğəmbəridir. Allahın əmri ilə, mən səni ona inanmağa dəvət edirəm. O, məni göndərib ki, bütün insanları xəbərdar edim və inanmayanları inama dəvət edim. İslamı qəbul elə ki, təhlükəsizlikdə olasan. Əgər İslamı qəbul etməkdən imtina etsən, o zaman, maqların günahlarına görə cavab verməli olacaqsan.”
[27][28]
"

II Xosrov Məhəmmədin məktubunu cırır[29]Yəməndəki vassalı Badhana əmr edir ki, Hicaza iki adam göndərərək Məhəmmədi tutub onun yanına göndərsin. Mədinəyə qayıdan elçi Abdullah Məhəmmədə Xosrovun onun məktubunu necə cırmasını danışır və Məhəmməd Abdullaha II Xosrovun məhv olacağını vəd edir.

II Xosrov Sasani şahı IV Hörmüzün İspəhbudan sülaləsindən olan Vistəhm və Vinduyənin adı naməlum olan bacısından dünyaya gəlmiş oğlu idi. Xosrovun İspəhbudan sülaləsindən Mah-Adur Güşnasp və Narrsi adlı iki əmiuşağı olmuşdur.[30] II Xosrovun Hörmüzan adlı ögey qardaşı da olmuşdur ki, ərəblərin Sasani torpaqlarına yürüşü zamanı o, ərəblərə qarşı döyüşmüşdür.[6]

II Xosrov üç dəfə evlənmişdi: birinci dəfə, Qubad adlı oğlunun anası Bizans imperatoru Mavrikinin qızı Məryəmlə. İkinci dəfə Cavanşir adlı oğlunun anası və Bəhram Çubinin bacısı Qodiya ilə. Üçüncü dəfə Mərdanşahın anası Şirin ilə.[1] Bunlardan başqa Xosrovun başqa qadınlardan Boranduxt, Azarmidoxt, Şəhriyar və V Fərruxzad Xosrov adlı oğlanları da olmuşdur. Şəhriyar istisna olmaqla bütün bu övladlar 628-632-ci illər vətəndaş müharibəsi zamanı Sasani monarxları olmuşdular. II Xosrovun Qubad adlı qardaşı və Mirhran adlı bacısı da olmuşdur. Mirhran Sasani spahbedi Şəhrbarazla evlənmiş, daha sonra isə onların Şapur-i Şəhrvaraz adlı övladı dünyaya gəlmişdir.[31] Qubad isə adı naməlum olan bir qızla evlənmiş və onun III Xosrov adlı övladı olmuşdur.

 
 
 
 
 
 
 
 
 
 
 
I Xosrov
(531-579)
 
 
 
 
 
 
Şapur
(† 580-lər)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
IV Hörmüz
(579-590)
 
Naməlum
 
 
 
 
 
Vistəhm
(590/1–596 və ya 594/5–600)
 
 
Vinduyə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II Xosrov
(590-628)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qubad
 
Mirhran
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II Qubad
(628)
 
 
 
 
Azərmiduxt
(630-631)
 
 
 
 
Mərdanşah
(† 628)
 
 
 
 
Cavanşir
 
 
 
 
III Xosrov
(630)
 
Şapur-i Şəhrvaraz
(630)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boranduxt
(629-630, 631-632)
 
 
 
V Fərruxzad Xosrov
(631)
 
 
 
Şəhriyar
(† 628)
 
 
 
Naməlum
 
 
 
 
 
 
 
 
 


İncəsənətdə

[redaktə | mənbəni redaktə et]

I İrakli və II Xosrov arasında baş vermiş döyüş erkən intibah dövrü rəssamı Pyero della Françeska tərəfindən Arezzodakı San Françeska bazilikasında Əsl Xaçın tarixi freskasında dairəvi rəsmlərdən biri kimi təsvir edilmişdir.

  1. 1 2 3 4 5 James Howard-Johnston, "ḴOSROW II" Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine, Encyclopaedia Iranica, (March 15, 2010).
  2. 1 2 Təbəri, Peyğəmbərlərin və hökmdarların tarixi, vol. 2
  3. 1 2 3 4 5 Shapur Shahbazi (1989), BESṬĀM O BENDŌY Arxivləşdirilib 2013-09-22 at the Wayback Machine
  4. Pourshariati (2008), pp. 127–128, 131–132
  5. Dinəvəri, Akhbâr al-tiwâl, pp. 91-92;
  6. 1 2 "HORMOZĀN, A. Shapur Shahbazi, Encyclopaedia Iranica". 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-25.
  7. Gumilev L.N. Bahram Chubin, pp. 229 - 230
  8. Pourshariati (2008), pp. 131–132
  9. Pourshariati (2008), pp. 132, 134
  10. Pourshariati (2008), pp. 132–133, 135
  11. Pourshariati (2008), pp. 133–134
  12. Pourshariati (2008), pp. 136–137
  13. Peter Brown: The Rise of Western Christendom. 2. erweiterte Auflage. Oxford 2003, S. 283.
  14. Landau-Tasseron, Ella. "ḎŪ QĀR". ENCYCLOPÆDIA IRANICA. 29 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2014.
  15. Richard Nelson Frye, The History of Ancient Iran, p 330.
  16. Treadgold 1997, p. 287.
  17. Sebeos, chapter 24
  18. 1 2 3 Martindale, Jones & Morris (1992), pp. 1363–1364
  19. Pourshariati (2008), pp. 153–154
  20. "Abolala Soudavar - Looking through The Two Eyes of the Earth: A Reassessment of Sasanian Rock Reliefs, Iranian Studies, volume 45, number 1, January 2012" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-05-25.
  21. Pourshariati (2008), pp. 152-153
  22. Pourshariati (2008), p. 173
  23. Norwich, 1997. səh. 94
  24. Oman, 1893. səh. 212
  25. Kaegi, 2003. səh. 178, 189–190
  26. al-Mubarakpuri (2002) p. 417
  27. 1 2 "Arxivlənmiş surət". 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-25.
  28. Tabaqat-i Kubra, vol. I, page 360; Tarikh-i Tabari, vol. II, pp. 295, 296; Tarikh-i Kamil, vol. II, page 81 and Biharul Anwar, vol. XX, page 389
  29. Kisra, M. Morony, The Encyclopaedia of Islam, Vol. V, ed.C.E. Bosworth, E.van Donzel, B. Lewis and C. Pellat, (E.J.Brill, 1980), 185.[1] Arxivləşdirilib 2014-10-30 at the Wayback Machine
  30. Pourshariati (2008), p. 179
  31. Pourshariati (2008), p. 205