Şahnamə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şahnamə

Şahnamə (fars. شاهنامه‎)- böyük İran-fars şairi Əbülqasım Firdovsinin məşhur əsəridir. Bu əsər qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən məşhur əsəri sayılır. Şahnamə poeması bütün dünyada şöhrət qazanmış və bir çox dillərə tərcümə edilmişdir.

Şahnamə İran şahları, onların həyatını şeir formasinda əks etdirir. Şahnamə altmış min beytdən ibarətdir. Bu əsərin ilk nüsxəsi Moskvada çap olunub.

Şahnamə İranşünaslıq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan müharibələrindən də söz açılır.

Firdovsi Şahnamədə nəinki özünü dahi söz ustadı kimi göstərir, həmçinin dövrünün siyasi və ictimai problemlərinə də toxunur.

İran ziyalılarından bəziləri (o cümlədən Əhməd Şamlu), Firdovsinin bu əsərdə qadınlara qarşı tutduğu mövqeni tənqid etmişlər.

  • Firdovsi Əbdülqasim Həsən ibn Əli Tusi. Şahnamə Mətn /Əbülqasim Firdovsi; Tərcümə edən, ön sözün və izahlarin i: M. Əlizadə; Red.: B. Azəroğlu, M. Sultanov, A. Sarovlu.- B.: Öndər, 2004.- 432 s.