II Karloman (Fransa kralı)
II Karloman | |
---|---|
fr. Carloman II | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 866 |
Vəfat tarixi | 6 dekabr 884[1] və ya 12 dekabr 884[2] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | II Kəkələyən Lüdovik |
Ailəsi | Karolinqlər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
II Karloman (lat. Carlomannus, fr. Carloman; 866 – 6 dekabr 884[1] və ya 12 dekabr 884[2], Le-Andeli[d] və ya Lion) — 879–884-cü illərdə Qərbi Frank krallığının hökmdarı. O, 882-ci ilə qədər qardaşı III Lüdoviklə birgə hökmdar olmuş, Burqundiya və Akvitaniyanı idarə etmişdir. Karolinqlər sülaləsindəndir. II Kəkələyən Lüdovik və Burqundiyalı Ansqardanın oğlu olmuşdur.
Kəkələyən Lüdovikin ölümündən sonra bəzi frank zadəganları III Lüdovikin yeganə kral seçilməsini müdafiə etmişdilər, lakin nəticədə hər iki qardaş padşah elan olunmuşdur. Onların hər ikisi 879-cu ilin sentyabrında taclandırılmışdılar.[3] Buna baxmayaraq, onların qanuniliyinə bəzi şübhələr yaranmışdı, lakin həmin ilin noyabrında vikinqlər üzərində qələbələrindən sonra bu şübhələr yox olmuşdular. 880-ci ilin martında qardaşlar atalarının səltənətini bölmüşdülər. Karloman cənubda Burqundiya və Akvitaniyanı qəbul etmişdir.[4] III Lüdovik vəfat etdikdən sonra Qərbi Frank krallığının qalan hissəsini qardaşına buraxmışdır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.tombes-sepultures.com/crbst_1773.html.
- ↑ 1 2 Carloman II de França // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ McKitterick, Rosamond. The New Cambridge Medieval History. 2. 1995. 137. ISBN 9780521362924. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
- ↑ Kisholm, Hyu, redaktorCarloman s.v. Carloman (d. 884) // Britannika Ensiklopediyası. 5 (XI). Cambridge University Press. 1911. səh. 343.
- ↑ Mueller-Vollmer, Tristan; Wolf, Kirsten, redaktorlar Chronology: 881 // Vikings: An Encyclopedia of Conflict, Invasions, and Raids. ABC-CLIO. 2022.