Huma quşu
Huma quşu (fars. هما) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş.
Mənşəyi
[redaktə | mənbəni redaktə et]Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir.
Etiqadlar
[redaktə | mənbəni redaktə et]Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur. Döyüşkənliyin rəmzidir. Humay isə Çepni sözündəki döyüşçü mənasını daşıyan xüsusiyyətləri daşımır. Huma quşu dövlətin meydana gəlməsini simvolizə edir. Bəzi şərhlərdə isə Humanın da Fenikslər kimi özünü bir neçə əsrdən bir yenidən doğulmaq üçün küllərini yandırması və ondan sonra yenidən doğulduğu ifadə edilir.
Dövlət quşu
[redaktə | mənbəni redaktə et]Osmanlı tarixində bilinən "Humayun" ifadəsinin "Umay" ("Humay") adı ilə əlaqəli olduğu düşünülür. Hakimiyyətin göylərdən gəldiyinə və Tanrı tərəfindən verildiyinə dair köhnə mifoloji inancın izləri, dövlət quşu olan "Huma" haqqında insanlar arasında yayılan söz-söhbətlərdə qorunub saxlanılmışdır. Çox geniş yayılmış etiqada görə "Dövlət quşu" və ya "Şahlıq quşu" adlanan "Huma" quşunun kölgəsinin bir şəxsin başına düşməsi ilə, o insanın gələcəkdə dünyada çox xoşbəxt bir insan olacağına, başına btac qoyulacağına və hakim olacağına işarə olaraq qəbul edilirdi. Bu inanc Azərbaycan hekayələrində və əfsanələrindədir. Bu əfsanə və hekayələrə görə dövlət quşu bəzən insanın özü tərəfindən uçurulur, həmçinin dövlət quşu kimin çiynində oturarsa həmin şəxs gələcəkdə padşah seçilir. Onun bəxtiyarlıq və xoşbəxtlik simvoluna çevrilməsi də bənzər bir hadisədir.
Ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]Buna başqa sözlə cənnət quşu, səadət quşu, huma və ya humay ("humayun" sözü də buradandır) deyilir.
Məcazi mənada xoşbəxtlik, səadət, müvəffəqiyyət rəmzidir. Böyük Okean adalarında və Yəməndə yaşayan, zahirən bayquşa oxşasa da, iri və gözəl gözləri olan, parlaq tükü ilə ondan fərqlənən, uca dağlarda yaşayan vəhşi quşdur. Xalq təsəvvüründə və ədəbiyyatında olan əqidəyə görə çox yüksəkdən uçan bu quşun kölgəsi kimin üzərinə düşərsə və ya özü kimin başına qonarsa, onu padşah seçərmişlər. Elə ona görə də o, dövlət və səadət quşu adlandırılmışdır.
"Başına dövlət quşu qonmuş" atalar sözüdür.
Ə.Vəliyevin "Budağın xatirələri" əsərində deyilir: "Dünyada gözəllikdən ülvi, müqəddəs heç nə yoxdur. Qadın gözəlliyi isə dövlət quşu kimi bir şeydir, az-az bəxtəvərin başına qonur".
İlham pərisi də gülümsəyərək,
Özüm də bilmirəm hayandan uçdu,
Dövlət quşu kimi başıma düşdü.
Müasir ədəbi-bədii dilimizdə bu ifadənin müxtəlif variantları yaranmaqdadır.
S.Vəliyevin "Düyünlər" romanında deyilir: "Ancaq... ancaq... Səadət quşu Şirvan düzünə qonanda – bu yerlərin bəxti açılanda, tale Vasifin üzünə gülmədi".
Anarın "Şəhərin yay günləri" pyesində Dilarə Qiyasa deyir: "Tale elə gətirib ki, bir neçə vaxta şahlıq quşu qonub təpəvə".
İran AİR
[redaktə | mənbəni redaktə et]İran Air (İran İslam Respublikası Hava Yolları) şirkətinin fars dilində olan abreviaturası HOMA və ya HUMA olub və loqosunda Huma quşundan istifadə olunur. Huma quşu bu loqoda qrifon kimi yozulmuşdur.