Həmrəylik
Həmrəylik, solidarizm və ya solidarlıq — bir cəmiyyəti təşkil edən qruplar və ya siniflər arasında psixoloji birlik hissi yaradan emosiyaların, düşüncələrin və ümumi maraqların qarşılıqlı olaraq əlaqəsidir. Həmrəylik, sinfi əməkdaşlığı müdafiə edir və Sinfi mübarizəni rədd edir.[1][2][3] Kollektivizmdən fərqli olaraq həmrəylik fərdləri rədd etmir və fərdləri cəmiyyətin əsası kimi görür.[4] İnsanların cəmiyyət daxilində olan sosial münasibətlərindən istifadə edərək onların bir-biri ilə bağlı olduğu fikrini müdafiə edir. Bu termindən sosial elmlərdə, xüsusilə də sosiologiya və psixologiyada geniş bir formada istifadə olunur.[5][6]

Həmrəylik Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 6 əsasından 4-cü olanıdır.[7] Hər il dekabr ayının 20-si Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. Ümumdünya Bioetika və İnsan Hüquqları Bəyannaməsinin də 13-cü maddəsi həmrəyliyə həsr olunmuşdur.[8][9]

Həmrəyliyin yaranma yolları cəmiyyətdən cəmiyyətə görə dəyişikliklər nümayiş etdirir. İbtidai cəmiyyətlər qan qohumluğu və qohumluq münasibətləri əlaqələri üzərində formalaşdırıldığı halda, daha inkişaf etmiş və mürəkkəb cəmiyyətlərdə isə sosial həmrəylik bir çox fərqli mənbələrə malik ola bilər.[10]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "solidarity". 27 yanvar 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2018 – The Free Dictionary vasitəsilə.
- ↑ TDK sözlüğü, dayanışma maddesi Arxivləşdirilib 2015-11-18 at the Wayback Machine.
- ↑ Merriam Webster, http://www.merriam-webster.com/dictionary/solidarity Arxivləşdirilib 2019-05-08 at the Wayback Machine.
- ↑ Boston, 677 Huntington Avenue; Ma 02115 +1495‑1000. "Social Solidarity, Human Rights, and Collective Action: Considerations in the Implementation of the National Health Insurance in South Africa". Health and Human Rights Journal (ingilis). 2 oktyabr 2018. 7 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2021.
- ↑ Fitzpatrick, Tony; Kwon, Huck-ju; Manning, Nick; James Midgley, Gillian Pascall. International Encyclopedia of Social Policy (ingilis). Routledge. 4 July 2013. səh. 1866. ISBN 978-1-136-61003-5.
- ↑ Adamiak, Stanisław; Chojnacka, Ewa; Walczak, Damian. "Social Security in Poland – cultural, historical and economical issues". Copernican Journal of Finance & Accounting. 2 (2). 1 December 2013: 11–26. doi:10.12775/cjfa.2013.013. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2019.
- ↑ Union, the European. "Charter of Fundamental Rights of the European Union - Wikisource, the free online library". en.wikisource.org (İngilizce). 26 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ "Universal Declaration on Bioethics and Human Rights". 17 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2023.
- ↑ "Universal Declaration on Bioethics and Human Rights". 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
- ↑ Prainsack, Barbara; Buyx, Alena. "Solidarity in Contemporary Bioethics—towards a New Approach". Bioethics. 26 (7). 2012: 343–350. doi:10.1111/j.1467-8519.2012.01987.x. PMID 22827315.
Əlavə ədəbiyyat siyahısı
[redaktə | vikimətni redaktə et]- Ankerl, Guy. Towards a Social Contract on a World-wide Scale. International Institute for Labour Studies. 1980. ISBN 92-9014-165-4.
- Davies, Ben; Savulescu, Julian. "Solidarity and Responsibility in Health Care". Public Health Ethics. Oxford University Press (OUP). 12 (2). 1 July 2019: 133–144. doi:10.1093/phe/phz008. ISSN 1754-9981. PMC 6655468. PMID 31384302.
- Kołtan, Jacek, What Solidarity of the Future? // Kołtan, Jacek (redaktor), Solidarity and the Crisis of Trust, Gdansk: European Solidarity Centre, 2016, 133–143
- Taylor, Ashley, Solidarity: Obligations and Expressions (PDF), Just World Institute, May 2013, 2020-08-07 tarixində orijinalından (PDF) arxivləşdirilib
- Tzimas, Themistoklis. "Solidarity as a Principle of International Law: Its Application in Consensual Intervention". Groningen Journal of International Law. 6 (2). 2018.