Ghost in the Shell 2: Innocence
Ghost in the Shell 2: Innocence (ing. Zirehdəki xəyalət 2: Günahsızlıq) və ya Yaponiyada tanınan adı ilə Innocence (yap. イノセンス; Inosensu; ing. Günahsızlıq) — Ghost in the Shell animesinin 2004-cü ildə buraxılan sikvelı.
Məzmun
[redaktə | mənbəni redaktə et]Animenin məzmunu Ghost in the Shell manqasının Robot Rondo fəsilin ilə Phantom Fund fəsilinin elementləri əsasında yazılıb.
2032-ci il. Mayor Kusanagi internetin içində itirilib. Bato ilə Toqusa isə İctimai Təhlükəsizlik Bürosunun 9-cu şöbəsində işləməyə davam edirlər. Şöbə ginodların (kukla kimi seks robotların) nasaz işlərin nəticəsində baş verən bir sıra ölümü istintaq etməyə çağırılıb.
Prikvel romanı
[redaktə | mənbəni redaktə et]Yasaki Yamada yazdığı Innocence: After the Long Goodbye (イノセンス After the Long Goodbye?) romanı animenin prikvelıdır. O, Batonun perspektivindən yazılıb və onun filmdəki hadisələrdən əvvəl Qarburiel (Qabu) itinin axtarması haqqında bəhs edir. Roman Tokuma Shoten tərəfindən 2004-cü ilin fevralın 29-da nəşr olunub.[1]
İstehsal
[redaktə | mənbəni redaktə et]İstehsal zamanı rejissor Oşii verdiyi ilk qərarı Motoki Kusanagini animenin baş personajı eləməmək və əvəzinə, məzmunu onu axtarmaqdan eləmək idi. Beləliklə Oşii bu işini orijinaldan fərqləndirmək istəyirdi.[2]
İlham tapmaq üçün Oşii dünya ətrafında gəzib. Məsələn, kuklaların görünüşü Nyu Yorkdaki Beynəlxalq Fotoqrafiya Mərkəzində Hans Bellmerın kuklaların görünüşü əsasında yaradıb.[3] Animedə bir sıra sitat var. Məsələn, Dekart, buddist sutralar, İncil, Konfutsi, Gələcək ərəfə (1886) və Locus Solus (1914) romanları, Qoqol, Con Milton, Riçard Dokinz, yapon ədəbiyyatı və s. mənbələrdən gələn sitatları animedə tapmaq olar.[4] Oşiinin sözlərinə görə, o bunu Jan-Lük Qodardan ilhamlanıb, eləməyə qərar vermiş. Onun öz sözlərinə görə, bu kinoya "müəyyən zəginlik verir, çünki görünən hərşey deyil".[5]
Oşii ultra 3D CGI animasiyası (2001-ci ildə buraxılan Final Fantasy və Şrekdə kimi) ilə tanış idi və onu bütün anime boyu iştətmək üçün yətərincə böyük büdcəsi var idi. Halbuki, o 2D personajları ilə 3D arxa planı birləşdirməyə qərar verb.[6]
Buraxılış
[redaktə | mənbəni redaktə et]Innocence Yaponiyada 2004-cü ilin martın 6-da, ABŞ-də isə Ghost in the Shell 2: Innocence adı altında həmin ilin sentyabrın 17-də buraxılıb.[7] Əvvəl, layihənin adı sadəcə Ghost in the Shell 2 olmalı idi. Oşiinin sözlərinə görə, Studio Ghibli prodüseri, Toşio Sudzuki onun heyətinə gələn zamanı, adını Innocence eləyiblər. Oşii izah edib ki, bu qərarı birinci animesinin Yaponiyada uğurlu olmadığına görə veriblər. Halbuki, Yaponiyadan kənar, onun uğurlu olduğuna görə, ikinci hissəsi bir sıra yerlərdə Ghost in the Shell 2: Innocence adı altında buraxılıb.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "イノセンス After the Long Goodbye" (Japanese). Tokuma Shoten. 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-25.
- ↑ "Interview: Mamoru Oshii". Play. No. 34. October 2004. səh. 28-29. İstifadə tarixi: August 2, 2019.
- ↑ "Interview: Mamoru Oshii". IGN. 2004-09-16. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-05.
- ↑ Orbauh, Sharalyn. 5. The Cult Film as Affected Technology: Anime and Oshii Mamoru's Inocence // J. P. Telotte, Gerald Duchovnay (redaktor). Science Fiction Double Feature: The Science Fiction Film as Cult Text. Liverpool University Press. 2015. səh. 87. ISBN 978-1781381830.
- ↑ "Dolls, Offsprings, and Automata. Analyzing the Posthuman Experience in Ghost in the Shell 2: Innocence by Luiza-Maria Filimon, p. 53". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-01.
- ↑ "pp. 92-93". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.
- ↑ "The 'Ghost' Rises Again by Fred Patten (2004)". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.
- ↑ Brian Ruh. Stray Dog of Anime: The Films of Mamoru Oshii. Second edition. Palgrave Macmillan. 2013.