Ghost in the Shell (anime filmi)
Ghost in the Shell | |
![]() Yapon posterı | |
Janr | psixologiya, kiberpank, döyüş |
---|---|
Anime | |
Ghost in the Shell | |
Rejissor | Mamoru Oşii |
Prodüsser | Yoşimasa Mizuo, Ken Matsumoto, Ken İyadomi |
Bəstəkar | Kenci Kavai |
Studiya | Kodanşa, Bandai Visual, Manga Entertainment, Production I.G |
Lisenziya | Şöçiku |
Vaxt | 82 dəqiqə |
«Ghost in the Shell» (攻殻機動隊, Kokaku Kidotay?, ing. Ghost in the Shell) — Masamune Şinonun eyniadlı manqasının adaptasiyasısı olan tammetrajlı anime-film. Rejissor — Mamoru Oşii, ssenari müəllifi — Kazunori İto, personajların dizaynerı — Hiroyuki Okiura, bəstəkar — Kenci Kavai. Film Production I.G studiyasında çəkilib. 2004-cü ildı Innocence adlı sikvel çıxdı.
Məzmun
[redaktə | vikimətni redaktə et]Hekayə antiutopik gələcəydə baş tutur[1]. 2029-cu ildə kiber-texnologiyaların və kompüter şəbəkələrinin yayınmasıyla implantatlardan geniş istifadə olunur. Lakin bu texnologiyalar "kiber beyinlərin" qırılması və onlarla bağlı digər problemləri də özləri ilə gətirdilər.
Neçə vaxtdır axtarılan Puppet Master adlı haker siyasətə qarışmağa başlayır və 9 bölmə bu işi araşdırmaq və Puppet Masteri tapmaq tapşırığlarını alır. Araşdırma zamanı insanı insan edən və insan və maşın arasında fərqin cüzi olan bu dünyada Puppet Masterin kim olduğu kimi suallar ortaya çıxır.
Rəsmi olaraq[2] «kabus» termini «Ghost in the Shell» kainatında intuisiya, şuur, ruh və şəxsiyyətin birgə anlayışıdır.
Mükafatlar və nominasiyalar
[redaktə | vikimətni redaktə et]- 1996 — Sitces film festivalında ən yaxşı film nominasiyası
- 1996 — Yokohama kinofestivalında ən yaxşı ssenari mükafatı
- 1997 — Fantasporto kinofestivalında xüsusi qeydetmə
- 1997 — Jerarmer kinofestivalında xüsusi qeydetmə
Saundtrek
[redaktə | vikimətni redaktə et]Saundtrekin müəllifi məşhur yapon bəstəkar Kenci Kavaidir.
Ghost in the Shell OST:
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "M01 Chant I - Making of Cyborg" | 4:31 |
2. | "M02 Ghosthack" | 5:16 |
3. | "EXM Puppetmaster" | 4:23 |
4. | "M04 Virtual Crime" | 2:44 |
5. | "M05 Chant II - Ghost City" | 3:37 |
6. | "M06 Access" | 3:18 |
7. | "M07 Nightstalker" | 1:47 |
8. | "M08 Floating Museum" | 5:07 |
9. | "M09 Ghostdive" | 5:55 |
10. | "M10 Chant III - Reincarnation" | 5:47 |
11. | "See You Everyday" (Bonus track) | 3:26 |
Təsiri və tənqid
[redaktə | vikimətni redaktə et]Film «Matrix» trilogiyası və Ceyms Kemeronun «Qaranlıq mələyi» filmlərinə təsir göstərdi[1].
Liviya Monnet filmin çəkiliş üslubu və tərzinin «Ülgücün üzəri ilə qaçanı» xatırlatdığını bildirib[1].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Choo, Kukhee. Visual Evolution across the Pacific: The Influence of Anime and Video Games on US Film Media // Post Script . 28 (журнал) (ingilis). № 2. 2009.
- ↑ Bu "GitS SAC — Special — A Prior Notice"-də açıqlanır
Keçidlər
[redaktə | vikimətni redaktə et]- Filmin rəsmi saytı Arxivləşdirilib 2011-11-03 at the Wayback Machine (ing.).
- Production I.G rəsmi saytı (ing.).
- Ghost in the Shell AllMovie saytında
- Yaponca filmlər
- 1995-ci ilin anime filmləri
- Zirehdəki xəyalət anime və manqaları
- Bandai Visual
- 1990-cı illərin elmi fantastika filmləri
- Yaponiyanın elmi fantastika filmləri
- Kiberpank anime və manqaları
- Mamoru Oşiinin filmləri
- Madman Entertainment animeləri
- Production I.G
- Production Reed
- Shochiku filmləri
- Manqalara əsaslanan cizgi filmləri