Gürcüstanın xarici siyasəti
Müstəqillik qazandıqdan sonra Gürcüstanın xarici siyasəti NATO və Aİ-yə üzv olmağa yönəlib. Gürcüstan həm də Ermənistanla Rusiya arasında, Azərbaycanla Avropa arasında tranzit ölkə rolunu oynayır. 2013-cü ildən etibarən Türkiyə və Azərbaycan Gürcüstanın aparıcı ticarət tərəfdaşlarıdır. Rusiya ilə münasibətlər 2008-ci ildə kəsilmiş və gərgin olaraq qalmaqdadır.
Ümumi xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Gürcüstanın xarici siyasətinin əhəmiyyəti əsasən tranzit ölkə kimi onun əlverişli mövqeyi ilə bağlıdır. Azərbaycan karbohidrogenlərinin Türkiyəyə və AB-nə tranziti məhz Gürcüstandan keçir. Azərbaycanla münaqişə səbəbinə görə Ermənistan da Rusiya və Avropa ilə xarici ticarətini Gürcüstan üzərindən aparmaq məcburiyyətindədir. Nəhayət, AB-dən Çinə tranzit malları Rusiyadan yan keçməklə Gürcüstandan keçir. Gürcüstanın xarici siyasətinə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması problemi ilə əlaqəli Rusiya ilə gərgin münasibətləri güclü təsir göstərir. Bu səbəbdən Gürcüstan sərhədlərin qorunmasının lehinə olan Ukrayna ilə yanaşı, Azərbaycanla da isti münasibətlər saxlayır. Gürcüstan da onlarla birlikdə GUAM-ın regional blokuna daxil edilib. Həmçinin, Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan bütün ölkələrlə diplomatik münasibətlərini kəsir. Gürcüstan BMT və Avropa Şurasının üzvüdür. O, MDB-dən çıxan ilk dövlətdir.
Türkiyə və Azərbaycanla münasibətlər
[redaktə | mənbəni redaktə et]İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur[1].
1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ — 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:
- Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi
- Qafqazda nisbi siyasi sabitliyin yaranması
- Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi
- Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəmərini işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.
Son zamanlar Gürcüstanın bəzi ictimai-siyasi dairələrində Azərbaycanın ərazisi olan şimal-qərb bölgəsinə, həmçinin David Qareci monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir.[2]
16 dekabr 1991-ci ildə Türkiyə Gürcüstanın müstəqilliyini tanımışdır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanmış, bundan sonra paytaxtlarda səfirliklər açılmışdır. Osmanlı İmperiyasının keçmişdə Gürcüstanı işğal etməsinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Türkiyəni iqtisadi və diplomatik tərəfdaş kimi tanımışdır. Gürcülər Türkiyə ilə sərhədin açılmasından istifadə edərək ən yaxın kapitalist qonşusu ilə güclü ticarət fəaliyyətini inkişaf etdirməyə başladılar. 1992-ci ildə Gürcüstan mərkəzi ofisi Türkiyədə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılır. 1992-ci ilin dekabrında Türkiyə buğda və digər malların satın alınması üçün Gürcüstana 50 milyon dollar kredit verdi və bu ölkədəki özəl investisiyaları stimullaşdırmağa başladı. 1990-cı illərin əvvəllərində Gürcüstan Türkiyə ilə ölkələr arasında mövcud dövlət sərhədinin tanınması da daxil olmaqla bir neçə diplomatik müqavilə imzaladı[3]. Türkiyənin Batumidə, Gürcüstanın isə İstanbul və Trabzon şəhərlərində baş konsulluqları var. 2007-ci ildən bəri, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və bu ölkənin iqtisadiyyatına lider yatırım edən ölkələrdən biridir. 31 may 2011-ci ildə Gürcüstan və Türkiyə, 10 dekabr 2011-ci il tarixində qüvvəyə minmiş bir protokol imzalamışlar. Bu ölkələrin vətəndaşlarının daxili pasportlarından istifadə edərək dövlət sərhədini keçməsini təmin edir[4].
Türkiyə hakimiyyəti Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək bu münaqişələrin sülh yolu ilə həll olunacağına ümid etdiyini dilə gətirir. Türkiyə Gürcüstanın NATO və Avropa İttifaqına qoşulma səylərini də dəstəkləyir. Dövlətlərarası münasibətlərdəki digər bir vacib məsələ, Axısqa türklərinin öz yurdlarına qayıtmasıdır. Türk səlahiyyətliləri bu məsələni yaxından izləyir və geri dönmə prosesindəki bütün maneələrin Gürcüstanın 1999-cu ildə Avropa Şurasının üzvü olaraq götürdüyü öhdəliklərə uyğun olaraq aradan qaldırılacağına ümid bəsləyirlər.
2017-ci ildə ölkələr rəsmi diplomatik münasibətlərin qurulmasından 25 il keçirmişlər[5].
Rusiya ilə münasibətlər
[redaktə | mənbəni redaktə et]Rusiya ilə Gürcüstan münasibətləri Abxaziya və Cənubi Osetiya probleminə görə gərginləşir. 2008-ci ildə, beş günlük müharibədən qısa müddət sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı.[6] Buna cavab olaraq Gürcüstan Rusiya ilə diplomatik münasibətləri kəsdi və MDB-dən çıxdı. Xarici iqtisadi baxımdan, Gürcüstan müstəqilliyinin ilk illərində Rusiya, xüsusən də Gürcüstan şərabları və mineral suyunun əsas alıcısı olmaqla, Gürcüstanın xarici ticarətində lider mövqe tuturdu. Lakin 2006-cı ildə Rospotrebnadzor Gürcüstandan Rusiya Federasiyasına şərab və şərab materiallarının idxalını qadağan etdi. Qadağa, Rus keyfiyyət tələblərinə cavab vermədiyi üçün Borjomi və Nabeglavi mineral sularının tədarükünü də əhatə edirdi. Buna cavab olaraq, Gürcüstan nümayəndə heyəti Rusiyanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqların davam etdirilməsinin qarşısını aldı. Həmçinin, Gürcüstan xüsusi xidmət orqanları casusluqda şübhəli bilinərək Zaqafqaziyada Rusiya Qüvvələri Qrupunda xidmət edən bir neçə rus hərbçisini saxladılar (tezliklə sərbəst buraxıldılar). Gürcüstanın Rusiya enerji təchizatından asılılığı da tədricən azaldı. 2006-cı ilə qədər Rusiya Gürcüstana yeganə təbii qaz tədarükçüsü idi, lakin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi bu vəziyyəti dəyişdi. 2006-cı ildə İnquri Su Elektrik Stansiyasında təmir işlərinin və yenidənqurmanın başa çatması ilə əlaqədar olaraq yayda Rusiyadan elektrik idxalını dayandırmaq mümkün oldu. İkitərəfli əməkdaşlığın zəifləməsinə Rusiya hərbi bazalarının Batumi və Axalkalakidən çıxarılması kömək etdi. 2010-cu ildən etibarən Gürcüstan-Rusiya münasibətləri yaxşılaşmağa başladı. 2010-cu il oktyabrın 11-də Gürcüstan Prezidenti Mixail Saakaşvili Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Dağıstan, Kabardino-Balkariya, Qaraçayda qeydiyyatdan keçmiş Rusiya vətəndaşları tərəfindən sərhədi keçərkən 90 günlük vizasız rejimin işə salınması haqqında fərman imzaladı.[7] Rusiya Xarici İşlər Nazirliyi, Gürcüstan hakimiyyətinin Şimali Qafqazda yaşayan Rusiya vətəndaşları üçün birtərəfli qaydada vizasız rejim tətbiq etməsini elan etməyini təxribat kimi qiymətləndirdi.[8] 2014-cü ildə Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulduqda münasibətlər yenidən pisləşdi.
ABŞ ilə əlaqələr
[redaktə | mənbəni redaktə et]Gürcüstan–ABŞ münasibətləri Gürcüstan Respublikası və ABŞ arasında olan mövcud ikitərəfli münasibətlərdir. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 2004–2008-ci illərdə Gürcüstan NATO-ya üzv olmaq istəyir, lakin güclü rus meyilli müxalifəti qarşısında müvəffəq ola bilmir[9]. 2012-ci ilin fevralında ABŞ və Gürcüstanın Azad Ticarət Sazişi üzərində işə başlayacağı bildirir. Bu reallaşacağı təqdirdə Gürcüstan ABŞ ilə bu cür müqaviləyə imza atan yeganə Avropa ölkəsi halına gələcək[10]. Gürcüstanı ziyarət edən Amerika vətəndaşlarına hazırda giriş üçün viza tələb edilmir. Vətəndaşlar ölkənin giriş nöqtələrində 90 günlük turizm vizası alaraq daxil ola bilirlər[11][12].
2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, gürcülərin 51 %-i ABŞ rəhbərliyini dəstyəkləyir, 15% isə dəstəkləmir.
1991-ci ildə Gürcüstan SSRİ dağıldıqdan sonra müstəqillik qazanan Gürcüstan 1992-ci ildən Amerika Birləşmiş Ştatları ilə arasında diplomatik əlaqələr qurur. ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır. Üstəlik Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. ABŞ həm də Gürcüstanda olan münaqişələrə dair Cenevrə Beynəlxalq Müzakirələrin üzvü olan bir ölkədir.
2009-cu ildə ölkələr Strateji Tərəfdaşlıq Xartiyası imzalamış və bunun çərçivəsində ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyası qurulmuşdur. Komissiya Xartiyada müəyyənləşdirilmiş prioritet sahələr üzrə dörd tərəfli işçi qrupuna bölünmüşdür: demokratiya, müdafiə və təhlükəsizlik, iqtisadi işlər və mədəni mübadilə. Hər il yüksək səviyyəli Amerika və Gürcüstan siyasətçiləri işçi qrup şəkilində görüşlər keçirir. Bu görüşlərdə qiymətləndirmələr aparılır və yeni hədəflər təyin edilir.
İqtisadi əlaqələr
[redaktə | mənbəni redaktə et]Ölkələr ikitərəfli investisiya müqaviləsi ilə yanaşı ikitərəfli ticarət müqaviləsi imzalamışlar. Gürcüstan "Generalized System of Preferences program" proqramı çərçivəsində ABŞ-yə rüsumsuz bir çox mal ixrac edə bilər. 2006-cı ildən 2011-ci ilədək Amerika Millennium Challenge Corporation korparaqsiyası Gürcüstanda sahibkarlığın inkişafına kömək edir. 2006-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 369 milyon ABŞ dolları təşkil etmişdir[13]
Gürcüstan və Nikaraqua
[redaktə | mənbəni redaktə et]Gürcüstan-Nikaraqua münasibətləri 19 sentyabr 1994-cü ildə qurulub. 29 noyabr 2008-ci ildə Gürcüstan Xarici İşlər Nazirliyi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin bu dövlət tərəfindən tanınması ilə əlaqədar olaraq Nikaraqua ilə diplomatik əlaqələrə xitam verdiyini açıqladı.[14]
Gürcüstan və NATO
[redaktə | mənbəni redaktə et]Gürcüstan bu təşkilata daxil olmaq üçün NATO ilə danışıqlar aparır. 1994-cü ildən etibarən Sülh Naminə Tərəfdaşlıq proqramı həyata keçirildi, bunun sayəsində Gürcüstan 120 tədbirdə (əsasən hərbi təlimlərdə) iştirak etdi. 2008-ci ildə keçirilən referendumda Gürcüstan vətəndaşlarının əksəriyyəti ölkənin NATO-ya üzvlüyünə səs verib. Buna baxmayaraq,Abxaziya və Cənubi Osetiya probleminin həll olunmaması səbəbindən Gürcüstanın 2016-cı ildən etibarən Şimali Atlantika İttifaqına daxil olmasının konkret tarixi haqqında danışmaq hələ tezdir. 20 avqust 2008-ci ildə Belçika Federal Xarici Xidmətinin rəhbəri Karel de Quxt, NATO ilə Gürcüstan arasında gələcək əməkdaşlıqla əlaqədar olaraq, NATO-ya üzvlüyün qəbul edilməsinin "bəzən özünü çox nəzarət edilməyən hərəkətlərlə göstərən riskli ölkə olduğunu" söylədi.[15]
Gürcüstan və Avropa Birliyi
[redaktə | mənbəni redaktə et]Gürcüstan uzun müddətdir ki, AB-nə üzv olmaq istəyir. 2014-cü ildə Gürcüstanla Sabitləşmə və Assosiasiya Sazişi bağlandı, həmin il Gürcüstan Avropa Gəmiçiliyinin Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 40-cı üzvü oldu.[16]
8 mart 2017-ci il tarixində Gürcüstan ilə AB arasında Gürcüstan vətəndaşlarına turizm, iş və mədəni məqsədlər üçün İngiltərə və İrlandiya istisna olmaqla AB ölkələrinə səfər etməsinə icazə verən vizasız rejim tətbiq edildi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- ↑ Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine Şamil Rəhmanzadə, Bakı-2008
- ↑ "Georgia — Turkey". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
- ↑ "Архивированная копия". 2017-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "25th anniversary of Georgia-Turkey diplomatic relations | Rustavi2". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
- ↑ "18 августа завершается формальный процесс выхода Грузии из СНГ". Archived from the original on 2011-01-04. İstifadə tarixi: 2021-10-05.
- ↑ "Грузия устанавливает безвизовый режим жителям северокавказских республик // Civil Georgia, Тбилиси / 11 окт. 2008". 2011-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
- ↑ "МИД России считает отмену Грузией виз для жителей Северного Кавказа провокацией". Новости. Интернет-СМИ «Кавказский Узел». 2010-10-14. 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-05.
- ↑ Andrei P. Tsygankov, "The Russia-NATO mistrust: Ethnophobia and the double expansion to contain 'the Russian Bear'." Communist and Post-Communist Studies 46.1 (2013): 179–188.
- ↑ Mason, Jeff. "Obama says U.S., Georgia exploring free trade pact". Reuters. 30 January 2012. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 April 2016.
- ↑ "Georgia". 5 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2016.
- ↑ "Visa Information". Timatic. 9 March 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 March 2014.
- ↑ "United States and Georgia Sign Trade and Investment Framework Agreement | United States Trade Representative". 2017-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
- ↑ "Грузия прекратила дипломатические отношения с Никарагуа". 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
- ↑ Принимать в НАТО страну, которая иногда не очень себя контролирует, рискованно: МИД Бельгии Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine // Regnum, 20 августа 2008
- ↑ Бахтуридзе З. З. Внешняя политика Грузии в контексте развития международных отношений на постсоветском пространстве. Диссертация на соискание учёной степени доктора политических наук. — СПб., 2016. — С. 312. Режим доступа: https://disser.spbu.ru/disser/dissertatsii-dopushchennye-k-zashchite-i-svedeniya-o-zashchite/details/12/791.html Arxivləşdirilib 2016-04-16 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nino Burcanadzenin intervyusu (rus.)