Günəşdən usanmışlar (film, 1994)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Günəşdən usanmışlar
rus. Утомлённые солнцем[1]
Janr dram filmi, müharibə filmi
Əsas mövzu Böyük Təmizlik[1]
Rejissor
Prodüserlər
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
  • Eduard Artemyev[d]
Distribütor Sony Pictures Classics[d]
İlk baxış tarixi 1994, 28 dekabr 1995[4]
Müddət 145 dəq.
Ölkələr
Dillər fransız dili, rus dili
Rəng rəngli
IMDb ID0111579
Mükafatları Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatı

Günəşdən usanmışlar (rus. Утомлённые солнцем — Utomlyonnye solntsem) — Nikita Mixalkovun rəhbərliyi ilə 1994-cü ildə ekrana gələn film. Filmin ssenarisini Rüstəm İbrahimbəyov yazıb. Film 1994-cü ildə "Ən Yaxşı Xarici Film" nominasiyasında qalib gələrək, Oskar mükafatına layiq görülmüşdür.

Bu film 1994-cü ildə çəkilmişdir. Psixoloji dramatik filmdir. Filmin rejissoru Nikita Mixalkov olmuşdur. Baş rolda rejissorun özü çəkilmişdir.

Filmdə 1936-cı ildə Sovetlər Birliyində Stalinin dövründən bəhs olunur. Filmin qəhrəmanı idealist döyüşlərdə iştirak edən Sergey Kotov idi. O geniş ailəsi ilə: həyat yoldaşı Marusya, 8 yaşında qızı Nadya və digər ailə üzvləri ilə dostları ilə bağ evində yaşayırlar. Adətən bu bağ evində aristoklatlar yaşayırdılar. Sergey Kotov Stalinə qəlbən inanmış, ölkənin gələcəyinin çox parlaq olacağına ümid edirdi. O, Stalinlə səmimi idi. Lakin o, Stalin rejiminin qaranlıq tərəfini görməmişdi. Bir gün Mitya adında bir şəxs çıxıb gedir. Mitya keçmişdə Kotovun həyat yoldaşının nişanlısı olmuşdur. Mitya geri qayıdır və ailənin içinə daxil olur, özünü onlara sevdirir. Əslində Mitya Sergey Kotovu tutmaq üçün gəlmişdir. Kotovun isə bunda xəbəri yoxdur. Mitya isə Kotova nifrət edir. Lakin sonradan Sergey Kotov Mityanin necə bir insan olduğunu anlayır. Filmin sonunda Mitya maşında Sergey Kotovu döyür və öldürür. Daha sonra Mitya yaşadıqlarına dözə bilməyib biləyini kəsərək intihar edir.

Bu filmdə bir neçə insanın tarixi taleyi birləşir. Buradakı qəhrəmanlar bir-birinin cəlladı və qurbanıdır. Onların yaşadığı həyat xoşbəxt görünsə də əslində müqəvvadır. Filmin sonunda Sergey Kotovun öz günahını boynuna alması 1936-cı ildə öldürülməsi Sovet vaxtında olunan represiyaya bir simvolik hadisə kimi yanaşmadır. Həyat yoldaşı Mariyanın tutulması və ölməsi qızı Nadyanın isə sağ qalıb Qazaxıstanda musiqi müəllimi işləməsi ekranda titr vasitəsi ilə tamaşaçıya çatdırılır.

Filmdə gərçək ata-qız münasibəti onların bir-birinə olan münasibəti tamaşaçının ürəyinə yol tapır. Burada olan hadisələr ancaq günorta çağı baş verir. Filmin sonunda Stalinin böyük şəkli görsənir.