Gümüşü buludlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Gümüşü buludlar-Seraski 1885-ci il

İlk müşahidə

[redaktə | vikimətni redaktə et]

1885-ci ilin yayında məşhur rus astronomu Seraski ilk dəfə tutqun toran göyün üzündə qeyri-adi, əvvəllər heç bir zaman təsadüf edilməyən, yarım-şəffaf, parlaq, parlaq işıq verən gümüşü-ma-vi rəngli buludlar görmüşdür. Çox keçmədən astronomlar müəyyən etdilər ki, gümüşü buludlar göyün üzündə həmişə görünməyib, yalnız yay aylarında, həm də üzərlərinə üfüqün arxasına keçən günəşin şüaları düşən müddətdə görünür.[1]

Son zamanlar müəyyən edilmişdir ki, gümüşü buludlar yerdən 82 km yuxarıda və atmosferin da-ha yüksək qatında olur. Sürəti bəzən saatda bir neçə yüz kilometrə çata bilir. Gümüşü buludlar qütb şəfəqinin əmələ gətirdiyi səviyyənin aşağı sərhəddində də yaranır. Atmosferin yuxarı qatları (aşağı qatlar kimi) əsasən oksigen və azotdan ibarətdir. Gündüz günəşin ultrabənövşəyi şüalarının təsiri altında oksigenin molekulu atomlara parçalanır. Su molekulunu əmələ gətirmək üçün oksigenin bir atomunun 2 hidrogen atomu ilə birləşməsi lazımdır. Atmosferin yuxarı qatlarında hidrogen olmadığı üçün hidrogen atomları, günəşdən atmosferə tünd ləkələrlə əlaqədar olan coşqun fəaliyyəti dövründə düşür. Yuxarıda göstərdiyimiz yüksəklikdə su izah edi-lən formada əmələ gəir. Bu fikir gümüşü buludların məhz günəşin üzərində ləkələr əmələ gəldikdə baş verməsi ilə əlaqələndirilirdi. Günəş ləkələrinin içərisində böyük sürətlə gələn elektronların itir-diyi yükü hidrogen atomları yer atmosferinə çatdırır və maqnit qüvvə xətləri ətrafında elektronlar kimi ona daxil olur. 80 km hündürlükdə hidrogen atomlarının sürəti azalır və oksigen atomları ilə əlaqəyə girərək su molekullarını əmələ gətirir. Su molekullarının qarşılıqlı təsiri gümüşü buludları yaradan buz kristalları yığımının əmələ gəlməsinə səbəb olur.[2]

Gümüşü buludların əmələ gəlmə səbəbi

[redaktə | vikimətni redaktə et]

Gümüşü buludların əmələ gəlməsi belə də izah edilir. Gümüşü buludların qalxması üçün lazım olan alçaq temperatur 80–83 km hündürlükdəki nazik hava qatında olur. Bu qatdan yuxarı və aşağı-da temperatur nisbətən yüksək olduğuna görə həmin qatlar gümüşü buludlar üçün münasib deyil-dir. Bu hal gümüşü buludların buz kristallarından ibarət olmasına dair əsas sübut hesab edilə bilər.[3]

Bulud, Buludlarda optik hadisələr

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

gümüşü buludlar

  1. С. П. Хромов Метеорология и климатология. Ленинград. 1968,
  2. Матвеев Л. Т. Основы общей метеорологии. Физика атмосферы. Л. 1965.
  3. Q. K. Gül "Meteorologiya və iqlimşünaslıq" BAKI-1960