Esterqom Macarıstanın qədim şəhərlərindən biridir. 10-ci əsrdən 13-ci əsrin ortasına qədər, Arpad sülaləsindən Kral IV. Bela dövründə Macarıstanın paytaxtı idi. Şəhər 1529-ci ildə Sultan Süleymanın həyata keçirdiyi I Vyana səfəri zamanı müvəqqəti olaraq, 1543-ci ildə həyata keçirilən blokada nəticəsində isə qəti olaraq osmanlı suverenliyinə geçmişdir. İşğaldan sonra Osmanlı imperiyasının şimal-qərb sərhədindəki mövqeyi etibarilə əhəmiyyətli sancaq mərkəzlərindən biri olmuşdur. 1595-ci ildə almanlar tərəfindən işğal edilən şəhər, Sokolluzade Lələ Mehmet Paşa tərəfindən yenidən Osmanlı torpaqlarına qatılmış və 1683-ci ildə alman işğalına qədər Osmanlı ərazisi olaraq qalmışdır.
Hal-hazırda Macarıstandakı Roma Katolik Kilsəsinin baş yepiskopunun taxtı burada yerləşir.