Eretriya məktəbi
Eretriya məktəbi — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlandırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada fəaliyyətini davam etdirmişdir.
Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu məktəbin filosoflarının dünyagörüşü Meqara məktəbinin nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi eretriyaçılar da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız ağılla dərk edib, ona yönəlmək olar.[1]
Məktəbin yaradıcıları Elidalı Fedon (yun. Φαίδων, m. ö. IV yüzillik) və Eretriyalı Menedem (yun. Μενέδημος, təxminən m. ö. 345 – 261) olmuşdurlar. Platonun məşhur dialoqlarının biri olan "Fedon" Elidalı Fedonun adını daşıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraqmentlərdən başqa heç bir məlumat zamanımıza çatmamışdır.[1]
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 115-116. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 115-116. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Новая философская энциклопедия: в 4 т./ Ин-т философии РАН; Нац. обществ.-науч. фонд; Предс. научно-ред. совета В. С. Стёпин. — М.: Мысль, 2010.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Элидо-Эритрейская школа // Античная философия: Энциклопедический словарь Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.