Diogen
Diogen | |
---|---|
q.yun. Διογένης ὁ Σινωπεύς | |
Doğum tarixi | təq. e.ə. 400[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 323[1] |
Vəfat yeri |
|
İstiqaməti | Kinik məktəbi[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400[1], Sinop[2] – təq. e.ə. 323[1], qədim Korinf[d], Peloponnes[2]) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Diogenes barəsində əsasən Diogenes Laertius xəbər vermişdir[3].
Həyatı və fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Sinoplu Diogenes özünü açıq şəkildə ictimai əxlaqa qarşı qoyan adam olmuşdur. Buna da epataj deyilir. Onu epataj üslubunun ilk fəlsəfi nümayəndəsi saymaq mümkündür. Məsələn, günlərin birində Diogenes meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogenes onlara demişdir: "Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız".
Bir kərə çəlləkdə oturan Diogenesin yanına Makedoniyalı İskəndər gəlib demişdir ki, "məndən dilədiyin bir şey varmı?". Diogenes isə cavabında: "Sən mənim isindiyim günəşin önünü kəsdin; ona görə istəyim odur ki, qarşımdan çəkiləsən".
Bundan başqa Diogenes bir çox cəmiyyət tərəfindən qınanılan hərəkətləri hamının qabağında edirdi. Öz fikirlərini insanlara çatdırmaq və onların diqqətini cəlb etmək üçün Diogenes hətta onların qarşısına çılpaq da çıxırdı, ictimai əxlaqı pozan bir sıra başqa hərəkətlər də edirdi. Bununla da öz azadlığını sərgiləyirdi. O deyirdi ki, kişilərlə qadınların münasibətləri azad olmalıdır. Diogenesin fikrincə əxlaq nisbi anlayışdır. O, bu hərəkətləri ziyan vermək üçün deyil, insanların diqqətini müxtəlif problemlərə cəlb etmək üçün edirdi.
O, həm də hər şeyi üzə deyən kobud insan olmuşdur. Ona görə Platon ona "Dəli Sokrat" demişdi. Diogenes dünyadan ayrılaraq abid həyatı keçirdirdi. O hətta, evini tərk edib çəlləkdə yaşamış və orada olarkən dünya haqqında fikirlərə qapanmışdır. Diogenes zənginliyə nifrət edib və köhnə geyimlərdə gəzirdi. Həmçinin o, evlənməyə qarşı idi.
Diogenesə görə xeyrə yönəlmək ictimai qanunlara riayət etməkdən üstündür. O, dövləti və dini də inkar edərək onları bəzi demaqoq insanların uydurması hesab edirdi.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 5 Visuotinė lietuvių enciklopedija (lit.).
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 224–248.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 103-104. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Антология кинизма. / Под ред. И. М. Нахова. М.: Наука, 1984.
- Desmond, William D. 2008. Cynics. Acumen / University of California Press.
- Navia, Luis E. (2005). Diogenes The Cynic: The War Against The World. Amherst, N. Y: Humanity Books.
- Sloterdijk, Peter (1987). Critique of Cynical Reason. Translation by Michael Eldred; foreword by Andreas Huyssen. Minneapolis: University of Minnesota Press.
- Диоген Лаэртский. "О жизни, учениях и изречениях знаменитых философов". М.: Мысль, 1986.
- Кисиль В. Я., Рибери В. В. Галерея античных философов; в 2-х томах. М., 2002.