Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius[ing.] tərəfindən kəşf edilib.[1] İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb.[2] Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur.
Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı. 1938-ci ildən başlayaraq, Eniqma maşınlarına əlavə mürəkkəb hissələr dəfələrlə əlavə olunduğuna görə şifrələrin açılması daha da çətinləşdi və əlavə qurğular və kadrlara ehtiyac yarandı.
1939-cu ilin 26–27 iyulunda[3] Varşavada Polyaklar özlərinin Eniqma-kodsındırma texnikası və avadanlıqları, o cümlədən, kriptolocik bomba, Zıqalskiy vərəqləri ilə Fransa və Britaniya hərbi kəşfiyyat nümayəndələrinin qarşısında təşəbbüslə çıxış ediblər. Bu nümayiş sonralar Britaniyanın bu işi davam etdirməsi üçün əsas bazis rolunu oynayıb. Müharibə zamanı Britaniyalı kriptoqrafiyaçılar Eniqmada şifrələnən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tətəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib.
Bununla belə, təcrübə göstərirdi ki, Eniqmada bəzi kriptoqrafik çatışmazlıqlar mövcuddur. Bu Alman prosedur nöqsanları, operatorların səhvləri, şifrləmə prosedurlarında sistemli şəkildə dəyişikliklərin tətbiq olunmaması ilə bağlı idi. Müharibə zamanı qurğunun və əsas siyahıların müttəfiqlər tərəfindən ələ keçirilməsi kriptoqrafların bu şifrələri sındırması sahəsinə də öz təsiri göstərdi. Bütün bunlar müttəfiq ölkələrdən olan kriptoqrafların uğur qazanmasına və hadisələrin gedişinin müttəfiqlərin xeyrinə dəyişməsinə imkan yaratdı.[4][5]
Digər Eniqma maşınları
[redaktə | mənbəni redaktə et]Müharibə sırasında və sonrasında istifadə edilmiş olan digər Eniqma maşınları.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Singh, Simon. The Code Book: The Science of Secrecy from Ancient Egypt to Quantum Cryptography. Knopf Doubleday Publishing Group. 26 yanvar 2011. ISBN 978-0-307-78784-2. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.
- ↑ Lord, Bob. "1937 Enigma Manual by: Jasper Rosal – English Translation". 1998–2010. 16 October 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 May 2016.
- ↑ Ralph Erskine: The Poles Reveal their Secrets – Alastair Dennistons's Account of the July 1939 Meeting at Pyry. Cryptologia. Rose-Hulman Institute of Technology. Taylor & Francis, Philadelphia PA 30.2006,4, səh. 294.
- ↑ Kahn, 1991
- ↑ Stripp, 1993
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]- Stripp, Alan, Hinsley, F. H.; Stripp, Alan (redaktorlar ), "The Enigma Machine: Its Mechanism and Use", Codebreakers: The Inside Story of Bletchley Park, 1993
- Kahn, David, Seizing the Enigma: The Race to Break the German U-Boats Codes, 1939–1943, 1991, ISBN 0-395-42739-8
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- BBC News Magazine, 4 iyul 2014
- DMOZ-da Eniqma maşını
- Kenngruppenheft Arxivləşdirilib 2013-04-26 at the Wayback Machine
- Almaniya Hərbi Dəniz Qüvvələrinin şifrələrinin sındırılması
- Online Eniqma maşını simulyatoru
- Eniqma simulyasiyası
- Universal Enigma simulyator
- Açıq Eniqma Simulyator – Java simulyatoru, o cümlədən 13 müxtəlif Eniqma maşını