Elxot
Elxot | |
---|---|
Елхот | |
43°20′ şm. e. 44°12′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1838 |
Mərkəzin hündürlüyü | 305 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86735 |
Poçt indeksi | 363600 |
Vikianbarda əlaqəli mediafayllar |
Elxot (oset. Елхот) — Rusiya Federasiyası, Şimali Osetiyanın Kirov rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kirov rayonunun və Elxot kənd sovetliyinin mərkəzidir. Elxot kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Kənd Vladikavkazdan 55 km şimal-qərbdə, Terek çayının sağ sahilində yerləşir. Elxot qapısında, Kabarda-Balkariya Respublikası ilə sərhəddə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: şərqdə Komsomolskoye, cənub-şərqdə Karcin, qərbdə Zmeyskaya və şimalda Planovskoye.
Kənd yaşayış məntəqəsinin sahəsi - 33.68 km². Bunun 15,02 km² ərazisi yaşayış məntəqəsinin sahəsi, 18,66 km² ərazisi isə kənd təsərrüfatı və digər torpaqlar üçündür.
Kənddə orta hündürlük dəniz səviyyəsindən 315 metr yüksəkdir. Kəndin cənubundan Kabardino-Sunja silsiləsi yüksəlir.
Tarix
[redaktə | mənbəni redaktə et]1838-ci ildə Terek çayının sağ sahilində, Elxot qapısının girişində bir osetin kəndi qurulur. Daha sonra Zamankul kəndinin qarşı tərəfində, düzənlikdə Elxot adlı müsəlman kəndi meydana gəlir.
1839-cu ildə Qafqaz korpusunun komandiri general Qolovin hərb nazirinə reaportundan: «Keçən il 1838-ci ildə Terekin sağ sahilində Elxot adlı bir müsəlman ostein kəndi quruldu. Bura Beslan (Tulatovo), Zilqi, Batako, Brut, Zamankul, Kardcin müsəlman kəndlərindən 88 ailə məskunlaşmışdır»[2]. Sonrakı illərdə kəndin məskunlaşılması davam etdi. Sakinlər əsasən kənd təsərrüfatı, heyvandarlıq və ticarətlə məşğul olurdular. XIX əsrin əvvəllərində kənddə 3 məscid var idi.
Əhali
[redaktə | mənbəni redaktə et]- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
osetinlər | 11 871 | 94,0 % |
ruslar | 564 | 4,5 % |
digərləri | 191 | 1,5 % |
ümumi | 12 626 | 100 % |
Görməli yerlər
[redaktə | mənbəni redaktə et]Hərb Tarixi Muzeyi
Naməlum Əsgərin abidə məzarı
Müqəddəs Qeorqe Pobedonos abidəsi
«Elxotov qapısının müdafiəçilərinə» abidə. Burada 1942-ci ilin dekabrında nasist qoşunlarının hücumu dayandırıldı. 1975-ci ildə qoyulan abidə Elxot kəndinin cənub-şərqində, Qafqaz şossesinin kənarında yerləşir. Müəlliflər: heykəltaraş B. A. Totiev, memar Z. Q. Kazbekov.
Böyük Vətən müharibəsi illərində ölən Elxotov sahinlərinin şərəfinə abidə. İkinci Dünya Müharibəsi zamanı Elxot kəndindən 614 sakin həlak olmuşdur. Onların xatirəsinə 1970-ci ildə sakinlərin vəsaiti hesabına kəndin mərkəzində kənd kosvetliyinin həyətində abidə ucaldılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Forum FALERISTIKA.info • Просмотр темы — Населенные пункты — Северная Осетия". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
- ↑ "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.