Cinayət
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir.
Çezare Bekkariya hələ 1764-cü ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır.
Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir.
İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur. Mübahisə öncə cinayətə maddi, yaxud formal, ya da qarışıq, yəni maddi və formal anlayışları ehtiva edən anlayışın verilməsi ilə bağlı olmuşdur. Müəlliflər belə yekdil fikrə gəlmişlər ki, cinayətə cinayət qanununda maddi tərif verilməlidir.
Xeyli dərəcədə ideologiya ilə bağlı olsa da, cinayətin daha uğurlu maddi tərifi sovet cinayət hüququnda verilmişdir.
RSFSR Cinayət hüququ üzrə 1919-cu ildə qəbul edilən rəhbər başlanğıcların 6-cı maddəsidə yeridilir ki, cinayət hakim ictimai münasibətlər sistemi üçün sosial təhlükəli olan əməldir. Bu ideya sonradan Azərbaycan Respublikasının 1922-ci ildə qəbul edilən Cinayət Məcəlləsində cinayətə verilən maddi tərif tam siyasi məzmuna malik idi. Məcəllənin 6-cı maddəsində deyilirdi: "Kommunizmə keçid dövründə fəhlə-kəndli hakimiyyəti tərəfindən müəyyən edilən Sovet quruluşunun əsaslarını və hüquq qaydalarını təhlükə altına alan hər hansı ictimai təhlükəli hərəkət və ya hərəkətsizlik cinayət sayılır".
Burada cinayətin sosial təbiətini açmaq, onun ictimai münasibətlər üçün, mövcud ictimai qaydalar üçün təhlükəli olmasını göstərmək tərifin müsbət cəhəti kimi qeyd edilməlidir. Tərifdə cinayətin sosial mahiyyətinin qeyd edilməsi cinayətin yeni maddi anlayışını yaradırdı.
Beləliklə, ilk Cinayət Məcəlləsində cinayətin sinfi təbiəti xüsusilə vurğulanırdı. Xüsusilə 30-cu illərdən başlayaraq "SSRİ-də sosializm qələbə çaldıqca sinfi ziddiyyətlər kəskinləşir" kimi yanlış müddəanın irəli sürülməsi, bu illərdə qəbul edilən cinayət qanunlarını xüsusilə sərtləşdirmiş, bəzi kateqoriyadan olan cinayətləri törədən şəxslərin "xalqın düşməni" elan edilməsi kimi mövqeyin cinayət qanununda təsbit edilməsinə gətirib çıxarmışdır. Bu da cinayətin anlayışına sinfi mövqedən qiymət verməkdən başqa bir şey deyildir.
Cinayət əlamətləri
[redaktə | mənbəni redaktə et]1926–1935-ci illərdə müttəfiq respublikalarda qəbul edilən cinayət məcəllələrində bu tərif çox cüzi dəyişikliklə saxlanıldı. Tezliklə aydın oldu ki, cinayətin anlayışında keçid dövrünü göstərmək, cinayətin ancaq keçid dövründə mövcud olacağını qəti şəkildə təsdiq etmək elmi-məntiqi əsası olmayan yanlış mövqe idi. Təsadüfi deyildir ki, 1958-ci ildə qəbul edilən "SSR İttifaqı və müfəttiq respublikaların cinayət qanunvericiliyin əsasları" cinayətin cəmiyyət üçün sosial təhlükəli əməl olması kimi əlaməti saxlamaqla, qeyd edilən "Keçid dövrü" və "sinfilik" kimi əlamətlərdən imtina etdi.
Bununla belə, 1958-ci il "SSR İttifaqı və müfəttiq respublikaların cinayət qanunvericiliyinin Əsasları"nda cinayətin qəsd etdiyi obyektə sinfi mövqedən qiymət verilirdi. Əməlin ictimai təhlükəliliyi onun SSRİ-nin ictimai quruluşuna, siyasi və iqtisadi sisteminə, sosialist mülkiyyətinə, şəxsiyyətə, vətəndaşların siyasi, əmək, əmlak və başqa hüquq və azadlıqlarına, sosialist hüquq qaydalarına etdiyi qəsdlə əlaqələndirilirdi. Belə analoji tərif Azərbaycan Respublikasının 1960-cı il Cinayət Məcəlləsinin 7-ci maddəsində verilirdi. Burada da əməlin ictimai təhlükəliliyi onun qəsd etdiyi obyektlərə görə müəyyən edilirdi.
Həm Əsaslarda, həm də Əsasları rəhbər tutmaqla hazırlanan respublikanın 1960-cı il Cinayət Məcəlləsində cinayətə "ictimai təhlükəlilik" və "qeyri-hüquqilik" əlaməti əsasında tərif verilirdi.
Azərbaycan Respublikasının 1999-cu il dekabrın 30-da qəbul edilən Cinayət Məcəlləsi cinayətin anlayışına dair 1960-cı il Cinayət Məcəlləsinin müddəalarını daha da inkişaf etdirmişdi. Əgər öncə qüvvədə olan Cinayət Məcəlləsinin 7-ci maddəsində cinayətin "ictimai təhlükəlilik" və "qeyri-hüquqilik" kimi iki əlaməti birbaşa göstərilirdisə, qüvvədə olan Cinayət Məcəlləsinin cinayətin anlayışını müəyyən edən 14-cü maddəsində cinayətin: ictimai-təhlükəli olan; təqsirli törədilən; cinayət məcəlləsində nəzərdə tutulan; cəza hədəsi ilə qadağan edilən dörd əlaməti təsbit edilmişdir. Yeni cinayət qanunda həm də qorunan ictimai cinayətlərin dairəsi bir daha konkretləşdirilir.
İctimai təhlükəlilik əməlin ictimai münasibətlərə ziyan yetirən xüsusiyyətidir. Bu əlamət cinayətin sosial mahiyyətini ifadə edir, bu və ya başqa əməlin nə üçün cinayət hesab edilməsi sualına cavab verir. İctimai təhlükəlilik obyektiv xüsusiyyətdir, qanunvericinin şüurundan və iradəsindən asılı olmayaraq cəmiyyətin həyatına ziyan yetirir. Məhz bu əlamətə əsasən qanunverici orqan əməlin cinayətlər qrupuna daxil edilməsilə bağlı qərar qəbul edir.
Azərbaycan Respublikasının 1960-cı il Cinayət Məcəlləsinin 7-ci maddəsi yuxarıda qeyd edildiyi kimi cinayətin anlayışına subyektiv əlamətləri- təqsir, motiv və məqsədi daxil etmirdi. Belə mülahizə mövcud idi ki, cinayətin ictimai təhlekəliliyini obyektiv və subyektiv ünsürlər vəhdətdə müəyyən edir. Lakin bununla belə Məcəllənin 3-cü madəsinin "… ictimai təhlükəli əməli qəsdən və ya ehtiyatsızlıqdan etmiş olan şəxs"in cinayət məsuliyyətinin yaranmasına dair göstərişinin qanunçuluq baxımından müstəsna dərəcədə əhəmiyyətli olsa da, həm də ziddiyyət yaradırdı. Əvvəla, təqsirdən kənarda ictimai təhlükəli olan əməlin mövcudluğu qeyd edilirdi. İkinci, təqsir və ictimai təhlükəlilik kimi elementlər müstəqil olaraq cinayətin subyektiv və obyektiv xüsusiyyəti kimi müəyyən edilirdi.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 14-cü maddəsində cinayətinmüəyyən edilən anlayışında təqsir və ictimai təıhlükəlilik cinayətin müstəqil subyektiv və obyektiv xüsusiyyəti kimi nəzərdə tutulur. Bir halda qanunvericilik ictimai təhlükəliliyi obyektiv ziyan yetirən hərəkət (hərəkətsizlik) kimi xarakterizə edir, başqa halda daha ümumi obyektiv-subyektiv kateqoriya kimi müəyyən edir.(CM-in 15-ci, 74-cü maddələri).
Cinayət qanunvericiliyi ictimai təhlükəliliyin keyfiyyət və kəmiyyət tərəfini fərqləndirir. CM-in cəza təyininin ümumi prinsiplərini nəzərdə tutan 58.3-cü maddəsində deyilir ki, məhkəmə cəza təyin edərkən "… cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır…" Burada cinayətin xarakteri əməlin təhlükəliliyinin keyfiyyət təhlükəlili dərəcəsi isə onun kəmiyyət göstəricisi hesab edilir.
Ictimai təhlükəliliyin keyfiyyət tərəfini qəsddən ziyan çəkən ictimai münasibətlərin xarakteri müəyyən edir. Eyni obyektə qəsd edən müxtəlif cinayətlər eyni tipli ictimai təhlükəliliyə malikdirlər. Sağlamlığa qəsd edən cinayətlərə bir tip sosial təhlükəlilik, mülkiyyət aleyhinə edilən cinayətlərə isə başqa tip ictimai təhlükəlilik xarakterikdir.
Cinayətin ictimai təhlükəlili dərəcəsi yetirilən ziyanın dərəcəsində, qəsdin xüsusiyyətindən(cinayətə hazırlıq, cinayətə cəhd, cinayətin təkbaşına, yaxud iştirakçılıqla törədilməsi, cinayətin subyektinin xüsusiyyəti) və s. asılıdır.
Xarakterinə görə müxtəlif olan, məsələn, qəsdən sağlamlığa az ağır zərər vurma(CM-in 127-ci maddəsi) və səhlənkarlıq(CM-in 314-cü maddəsi) kimi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, eyni xarakterli, lakin müxtəlif növdən olan, məsələn, oğurluq(CM-in 177-ci maddəsi) və soyğunçulq (CM-in 180-ci maddəsi) kimi cinayətlərin təhlükəlilik dərəcəsini, bu cinayətlərə görə məsuliyyət müəyyən edən normaların sanksiyalarını müqayisə etməklə fərqləndirmək olar. Qeyd edilən hallarda, qanunverici orqan tərəfindən uyğun sanksiyaların köməyi ilə cinayətlərin xarakterinə və ictimai təhlükəliliyinə qiymət verilmişdir.
Cinayətə sosioloji baxış
[redaktə | mənbəni redaktə et]Cəmiyyəti hər tərəfli tədqiq edən bir elm olan sosiologiya elminin ən çox tədqiq etdiyi sahələrdən biri də cinayət sahəsidir. Neçə yüzilliklər boyu müxtəlif nəzəriyyələr cinayətin səbəbini açıqlamağa çalışmış, və məqsədlərinə nail olmuşlar. Məhz onların işlərinin sayəsində bizlər indi cinayətlərin hansı səbəblərdən baş verdiyini, cəmiyyətdəki təsirini və onun növlərini daha yaxşı dərk edirik. İlkin sosioloji nəzəriyyələr 18 və 19-cu əsrlərdə meydana gəlmişdir. Klassik nəzəriyyənin görkəmli nümayəndəsi olan və adı yuxarıda da qeyd edilən *Cesare Beccaria olmuşdur. Onun ardınca həmyerlisi Lombroso *Cesare Lombroso, kim ki bioloji positivist nəzəriyyəsinin nümayəndəsidir, fərqli bir iddia ilə çıxış etmişdir. O idda etmişdir ki, insan bioloji səbəblərə görə cinayət törədir. Cinayətə meyillilik onların genetikasındadır. Lombroso bir az da irəli gedərək demişdir ki, cinayətkarların bədən quruluşları da fərqli olur. Məsəlçün, onların qolları anormal dərəcədə uzun, qulaqları böyük və asimmetrik üz quruluşları olur. Cinayətkarlara qarşı davranışa gəlincə isə, Lombroso və onun həmkarları təklif etmişlər ki, cinayətkarlar reabilitasiya və müalicədən keçirilsinlər, çünki yalnız bu üsulla onların bədənindəki cinayətə meyillilik yaradan elementlər aradan götürülə bilər. Bu müalicə üsullarında kemoterapiya, estetik əməliyyat və bəzi nəzaretedici maddələrin bədənə yeridilməsi daxildir.