34°00′ şm. e. 76°30′ ş. u.HGYO

Cammu və Kəşmir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ştat
Cammu və Kəşmir
ing. Jammu and Kashmir
Bayraq Gerb
Bayraq Gerb

34°00′ şm. e. 76°30′ ş. u.HGYO


Ölkə Hindistan
İnzibati mərkəz Cammu (qış), Srinaqar (yay)
Ən böyük şəhəri Srinaqar
Tarixi və coğrafiyası
Yaradılıb 26 oktyabr 1947
Ləğv edilib 30 oktyabr 2019
Sahəsi 222,236 km²
Hündürlük
327 m
Saat qurşağı
Əhalisi
Əhalisi 12,541,302 nəfər (2011)
Əhalinin sıxlığı 56 nəfər/km²
Rəqəmsal identifikatorlar
ISO kodu IN-JK
Rəsmi sayt
Cammu və Kəşmir xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cammu və KəşmirHindistanın şimalında ştat.[1]

Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq, Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq, isə Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər.

Sahəsi 222,2 min km2 -dir.[1]

Əhalisi 12,5 milyon nəfərdir(2011), tərkibi əsasən, kəşmirlilərdən ibarətdir.[1]

İnzibati mərkəzi Srinaqar (qış paytaxtı – Cammu) şəhəridir. Ərazisini Qaraqorum və Qərbi Himalayın dağ silsilələri kəsir. Buzlaqlar var. Dağ yamacları iynəyarpaqlı və enliyarpaqlı meşələrlə örtülüdür. İqlimi subtropik, mussondur. Mühüm çayları Hind (qolu Kilkitlə) və Celamdır. Cammu və Kəşmirin bir hissəsi Pakistan hökuməti tərəfindən idarə olunur.[1]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Ştatın iqtisadiyyatı kənd təsərrüfatına və turizmə (Şilimar bağları, hinduist ziyarətgahları) əsaslanır. İpəkçilik, balıq ovçuluğu, ixrac üçün kənd təsərrüfatı məhsullarının (meyvə, tərəvəz, dənli bitkilər, zəfəran) və kustar məmulatların (xalçaşal) istehsalı, ağac emalı (kriket toxmaqlarının hazırlanması), bağçılıq inkişaf etmişdir.[1]

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 Cammu və Kəşmir// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 179. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]