Balkan şamı
Balkan şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Balkan şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Balkan şamı (lat. Pinus peuce) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Arealı
[redaktə | vikimətni redaktə et]Balkan yarımadasının dağ rayonlarında təbii halda bitir.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir. Qısa saplaqlarda tək və ya bir neçə ədədi birlikdə yerləşir, uzunluğu 8-10 sm, qalınlığı 2,5-4 sm-dir. Toxumlarının rəngi qonur, uzunluğu 5–7 mm-dir. Qanadının uzunluğu 15 mm-ə qədərdir, 10-12 yaşında meyvə verir. Uzunsov silindirik, açıq-qonur qozaları budaqlarda uzun müddət qalır. Mədəni şəraitdə 1863-cü ildə becərilir. Qərbi Avropada çox vaxt dekorativ bitki olaraq parklarda, bəzən meşələrdə də təsadüf edilir. Mərdəkan Dendrarisində introduksiya olunmuşdur. İlk toxumvermə vaxtı 10 yaşından başlayır, toxumları sentyabrın əvvəllərində yetişir və tez tökülür. Qışa və kölgəyədavamlıdır, tez böyüyür, torpağa isə az tələbkardır. Göbələk xəstəliklərinə dözümlüdür.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Pinus excelsa var. peuce (Griseb.) Beissn.
- Strobus peuce (Griseb.) Moldenke
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Pinus cembra var. fruticosa Griseb.