Avqur

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əlində lituus tutan avqur.

Avqur (lat. augur; an avis – quş) — Qədim Romada keşiş və məmur. O, quşların uçuşu, ötməsi və ya qar-qar etməsi ilə gələcəyi proqnozlaşdırırdı – auspisiya ilə məşğul olurdu.

Qədim Romada açıq falçılıq yalnız avqurlar kollecinin üzvlərinə icazə verilirdi. O, birinci Roma çarı Romul tərəfindən himayə üçün təsis edilmişdir. Kahinlərin tutduqları vəzifə ömürlük idi. Əvvəlcə onların sayı 3 ilə məhdudlaşdı. Yuli Sezar onların sayını 16-ya çatdırmışdır. Onlara işarələr əsasında məmurlara və hərbi xadimlərə məsləhət vermək vəzifəsi qoyulmuşdu. Heç bir hərbi müəssisə və ya islahat avqurlara ilkin müraciət olmadan tamamlanmırdı. Eramızdan əvvəl IV əsrə qədər yalnız patrisilər avqur ola bilərdilər. Avqurlara mənsub olmaq zadəganlıq əlaməti hesab olunurdu, ona görə də kollecin bütün üzvlərinin proqnoz vermək qabiliyyəti yox idi. Kollecdə gerçəkləşən bütün proqnozların qeydlərinin aparıldığı xüsusi bir arxiv var idi.[1]

  1. Телицын, В. Л.; Багдасарян, В. Э.; Орлов, И. Б., redaktorlar АВГУРЫ // Символы, знаки, эмблемы. Энциклопедия (rus). М.: ЛОКИД-ПРЕСС. 2005.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]