Antonov An-70

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antonov An-70
Tipi Hərbi təyyarə
Hazırlayan Antonov (şirkət)
İstehsalçı Antonov (zavod)
İlk uçuş 16 dekabr 1994
İstismara verilmə tarixi 19 yanvar 2015
İstismarçılar
Buraxılış sayı 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonov "AN-70" hərbi nəqliyyat təyyarəsi (Ukraynaca: Антонов Ан-70) Antonov şirkəti tərəfindən istehsal olunan Ukrayna mənşəli orta mənzilli turbopərvanəli (turboprop) hərbi nəqliyyat təyyarəsidir. 1980-ci illərin sonunda SSRİ dönəmində Antonov Layihə Bürosu tərəfindən Antonov An-12 təyyarələrinin yerini almaq məqsədilə yaradılmışdır. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra, layihə RusiyaUkrayna arasında müştərək oldu. İlk prototipin uçuşu 1994-cü ilin dekabr ayında baş tutmuşdur. Təyyarənin çoxsaylı problemləri səbəbindən istehsalını yenidən həyata keçirmək üçün baş tutan cəhdləri uğursuzluğa düçar olmuşdur.

Mənşə: əvvəlcə  SSRİ, sonra isə  Rusiya ilə  Ukrayna

İstehsalçı:  Ukrayna

İstehsalçı firma: ANTK Antonov

Tip: Hərbi nəqliyyat təyyarəsi

İlk uçuş: 16 dekabr 1994

İstismar verilib: 19 yanvar 2015

İstismar müddətinin sonu: davam edir

İstehsal sayı: 3 ədəd

Qiyməti: 67–70 milyon dollar

İstehsal müddəti: 1991–1996; 2012–2015

Proqram dəyəri: 5 milyard US$ (2006)

Texniki göstəriciləri

[redaktə | vikimətni redaktə et]

Heyət üzvü: 3–5 nəfər

Uzunluğu: 40.73 m

Qanad eni: 44.06 m

Hündürlüyü: 16.38 m

Qanadın sahəsi: 204 m²

Boş kütlə: 73.000 kq

Qalxma zamanı normal kütlə: 111.000 kq

Qalxma zamanı maksimal kütlə: 135.000 kq

Yük götürmə kütləsi: 47.000 kq

Sərnişin tutumu: 300 nəfər tam təchizatlı əsgər və ya 206 ədəd xərək

Daxili yanacaq çənlərin tutumu: 38.000 kq

Mühərrik : 4 ədəd Progress D-27 cüt turbopərvanəli (turboprop) mühərrik

Mühərrikin itələmə qüvvəsi: hər biri Güc: 4 ədəd 10.440 kW (14.000 at gücü)

Maksimal sürəti: 780 km/saat

Kreyser sürəti: 700–750 km/saat

Yüksəkliyə qalxma sürəti: 24.9 metr/saniyə

Uçuş məsafəsi yük olmadan: 8.000 km ;47 ton yük ilə: 3.000 km; 35 ton yük ilə: 5.100 km; 20 ton yük ilə: 6.600 km

Uçuş yüksəkliyi: 12.000 m

Qalma və enmə məsafəsi: Asfalt-beton örtüklü zolaqdan: 1550–1800 m; Torpaq zolaqdan: 600–700 m