Androginiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Androginiya(q.yun. ἀνήρ, kişi + q.yun. γυνή, qadın) — insanın həm qadın, həm də kişi keyffiyyətlərini eyni vaxtda (mütləq bərabər deyil) təzahür etdirdiyi bir xüsusiyyətdir; psixi androginiya kişilik (kişiyə bənzərlik) və qadınlıq (qadın oxşarlığı) baxımından eyni vaxtda yüksək göstəricilərlə aşkar edilir; zahiri androginiya isə kişi və qadın xüsusiyyətlərinin insanın xarici görünüşündə birləşməsidir. Cəmiyyətdə formalaşmış kişi və ya qadın cinsi rolu tərifinə uyğun gəlməyən şəxsə androgin deyilir. Bir çox androginlər özlərini kişi və qadın arasında və ya aseksual olaraq tanıyırlar.[1]

Əvvəllər "androgin" sözü " hermafrodit " sözünün sinonimi kimi istifadə olunurdu. Xüsusən də qədim yunanlar androginiyanı bir orqanizmdə həm kişi, həm də qadın xüsusiyyətlərinin olması kimi başa düşürdülər. İndi isə Sandra Bemin araşdırmalarına əsasən "androginiya" termini fizioloji və ya anatomik xüsusiyyətləri deyil, psixososial xüsusiyyətləri təsvir edir.[2][3]

  • Красова Е. Ю. Андрогиния // Словарь гендерных терминов / Под ред. А. А. Денисовой. — М. : Региональная общественная организация "Восток-Запад: Женские Инновационные Проекты": Информация XXI век, 2002. — 256 с. — 1000 экз. — ISBN 5-86391-002-4.
  • Андрогиния  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  1. "Androgyne". Gender Wiki (ingilis). 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-24.
  2. Bem S., Martyna W., Watson C. Sex typing and androgyny. — Journal of Personality and Social Psychology, 31, 1975. P. 634–643.
  3. Bem, Sandra L.; Martyna, Wendy; Watson, Carol. Sex typing and androgyny: Further explorations of the expressive domain // Journal of Personality and Social Psychology . 34 (journal) (ingilis). № 5. 1976. doi:10.1037/0022-3514.34.5.1016. ISSN 0022-3514.