Ambulans
Görünüş

Təcili tibbi yardım maşını və ya ambulans— xəstələri xəstəxanalara nəql edən tibbi cəhətdən təchiz olunmuş nəqliyyat vasitəsi. Bəzi hallarda xəstəyə xəstəxanadan kənar tibbi yardım göstərmək üçün istifadə olunur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Ambulans ilk dəfə təcili nəqliyyat vasitəsi kimi 1487-ci ildə İspaniyada istifadə olunmuşdur.[1] XIX və XX əsrdə müasir variantları yaranmışdır.
Nəqliyyat vasitələri
[redaktə | vikimətni redaktə et]Ambulans kimi əsasən furqonlu maşınlardan istifadə olunsa da, motosiklet, velosiped, vertolyot, qayıq, avtobus, at qoşqusu formasında olan ambulans növləri də mövcuddur. Qayıq ambulanslar ada ərazilərində istifadə olunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Katherine T. Barkley. The Ambulance. Exposition Press. 1990.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Vikianbarda Ambulans ilə əlaqəli mediafayllar var.