Allofon
Naviqasiyaya keç
Axtarışa keç
Allofan ilə səhv salmayın.
Allofon (ing. Allophone) – fonemin sözdəki yerindən, digər səslərlə qonşu olmasından, saitin vurğulu və ya vurğusuz olmasından asılı olaraq tələffüz variantıdır. Azərbaycan dilində bir neçə allofon səs var.
"K k" hərfi söz başında /c/ səsini göstərir, amma sözün ortasında və axrında /ç/ səsi kimi tələffüz olunur.
Başda: kömür [cʰœmyɾ]
Ortada: məktəb [mæçt̪æb]
Axırda: inək [in̪æç]
"Ğ ğ" hərfi /ʁ/ fonemini gostərir, lakin bəzi sözlərdə çox hadisələrdə bu hərf /ʕ/ kimi tələffüz olunur.
Boğaz [bɔʕɑz̪]
Bəlğəm [bæl̪ˤʕæm]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.