41°09′59″ şm. e. 80°15′00″ ş. u.HGYO

Aksu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aksu
41°09′59″ şm. e. 80°15′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 14.415,16 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 715.319 nəf. (2020)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +86 997
Poçt indeksi 843000
Nəqliyyat kodu 新N
Digər
aks.gov.cn
Xəritəni göstər/gizlə
Aksu xəritədə
Aksu
Aksu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər.

Qəsəbə və kəndlər

[redaktə | vikimətni redaktə et]

Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir.

Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City.[2]

502–550-ci illər arasında Hunlar, 552–648-ci illər arasında Göytürklər, 648–649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 — təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032–1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227–1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370–1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur.

Yarkənd xanlığı dönəmi

[redaktə | vikimətni redaktə et]

Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur.

XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci[3] ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı[4].

Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır.

  • Hill, John E. 2003. "Annotated Translation of the Chapter on the Western Regions according to the Hou Hanshu." 2nd Draft Edition. [1]  (ing.)
  • Puri, B. N. Buddhism in Central Asia, Motilal Banarsidass Publishers Private Limited, Delhi, 1987. (2000 reprint).
  • Stein, Aurel M. 1907. Ancient Khotan: Detailed report of archaeological explorations in Chinese Turkestan, 2 vols. Clarendon Press. Oxford. [2]  (ing.)
  1. 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9
  2. Aksu, China Page Arxivləşdirilib 2008-06-14 at the Wayback Machine  (ing.)
  3. F. Younghusband, The Heart of a Continent, London, 1896. p. 154.
  4. E. Reclus, Nouvelle Géographie universelle, vol. 7, L’Asie centrale, Paris, 1882. p. 140.