Adi acıqıjı
Adi acıqıjı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Adi acıqıjı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Dərman acı qıjı boreal coğrafi tipinin avropa sinfinə aiddir. Avropa, Qərbi Asiyadan Hindistana kimi olan ölkələrdə, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanın əksər rayonlarında (Quba, Qusar, Şabran, Qax, Zaqataladan başqa) arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.
Ekoloji qrup və bitdiyi yerlər
[redaktə | mənbəni redaktə et]Hidrohiqrofitdir, su-bataqlıq və çalçəmən bitkilik tiplərində rast gəlir. Əsasən bataqlıq, nəmli yerlərdə, çay kənarlarında və sakit axan sularda ləkələr əmələ gətirir.
Kimyəvi tərkibi
[redaktə | mənbəni redaktə et]Saponin, alkaloid, C və E vitaminləri, karotin, piyli yağlar və qlikozidlərlə zəngindir.
Təsiri və tətbiqi
[redaktə | mənbəni redaktə et]Elmi, xalq təbabətində, homeopatiyada, Fransa, İtaliya və Braziliyada geniş tətbiq edilir. Azərbaycanın orta əsrlər tibbində istifadə olunmuşdur. Əsasən qaraciyər, böyrək, böyrək və öd kisəsi daşı, dəri, sinqa, revmatizm, xoş və bəd xassəli şişlər, şəkərli diabet, yuxarı tənəffüs yolları xəstəlikləri, podaqra, yanıqlar, anemiya, ziyil və döyənək zamanı istifadə olunur. Diuretik, işlədici, abortiv, maddələr mübadiləsini yaxşılaşdıran təsirə malikdir.
İstifadə olunan hissələri
[redaktə | mənbəni redaktə et]Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, toxumları və kökü istifadə edilir.
İstifadə formaları
[redaktə | mənbəni redaktə et]Cövhər və şirələr.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
[redaktə | mənbəni redaktə et]Yeməlidir, toxumları xardal dadlı ədviyyə kimi istifadə olunur. Fransa, İngiltərə və Amerikada tərəvəz bitkisi kimi yetişdirilir. Bal və çiçək tozu verən bitkidir. Ev heyvanları və quşları üçün yem kimi istifadə olunur.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Arabis nasturtium Clairv.
- Baeumerta nasturtium P.Gaertn., B.Mey. & Schreb.
- Baeumerta nasturtium-aquaticum (L.) Hayek
- Cardamine aquatica (Garsault) Nieuwl.
- Cardamine fontana Lam.
- Cardamine nasturtium (Moench) Kuntze
- Cardamine nasturtium-aquaticum (L.) Borbás
- Cardaminum nasturtium Moench
- Crucifera fontana E.H.L.Krause
- Nasturtium aquaticum Wahlenb. [Illegitimate]
- Nasturtium fontanum Asch.
- Nasturtium fontanum var. longisiliquum Irmisch
- Nasturtium nasturtium-aquaticum (L.) H. Karst.
- Nasturtium officinale var. officinale officinale
- Nasturtium siifolium Rchb.
- Nasturtium siifolium Phil. [Illegitimate]
- Radicula nasturtium (Moench) Druce
- Radicula nasturtium-aquaticum (L.) Britten & Rendle
- Rorippa nasturtium (Moench) Beck
- Rorippa nasturtium-aquaticum (L.) Hayek
- Rorippa nasturtium-aquaticum var. longisiliqua (Irmisch) B.Boivin
- Rorippa officinalis (W.T. Aiton) P. Royen
- Sisymbrium nasturtium (Moench) Willd.
- Sisymbrium nasturtium-aquaticum L.
Təbabətdə
[redaktə | mənbəni redaktə et]Hacı Sülеyman İrəvani (XVIII əsr) yazır ki, acıqıcı həlimindən vanna bədəndəki şlakları (tullantı maddələri) çıxardır, dərini yumşaldır, mədə-bağırsaq traktı və rеvmatizm xəstəliklərində xеyiirlidir. Acıqıjı həlimini içmək insanı gumrah еdir, daxili orqanları, bеyin və ürəyi möhkəmləndirir, aybaşını və sidiyi qovur, bağırsağdakı qurdları çıxarıdır. Acıqıjının həliminin sirkə və qızılgül ilə qarışığı baş ağrılarında, sinə və mədə ağrılarında, qara ciyər və ələş xəstəliyində xеyirlidir. Acıqıjı sarığı bal ilə əqrəb sancmasında, iskəncəbin ilə (su və balın qaynanmış qarışığı) isə arı sancdıqda istifadə еdilir. Bundan əlavə, acıqıjı həlimini içmək sidik kisəsində daşları parçalıyır.
Acıqıcı ilə sirkə qanqusmada xеyirlidir. Həddindən artıq qəbul еtdikdə ağ ciyərlərə ziyandır. Bu halı kеşniş aradan qaldırır. Quru halda acıqıjının dozası – 4,5 q. Onu mərzə əvəz еdir. Acıqıcının yağı onun şirəsinin küncüt yağı ilə qaynaması vasitəsilə alınır və ya acıqıjının gülünü bitki yağında günəşdə saxlayırlar. Bu yağı sürtdükdə o, kişi cinsi orqanını qızdırır və möhkəmləndirir, saçları ətirli еdir və tökülməsinin qarşısını alır.
Xalq təbabətində krеss qurdqovan və sinqa xəstəliyinə (C vitaminin çatışmazlığı) qarşı vasitə kimi məşhurdur. Onu öd və böyrək daşları xəstəliklərində, xroniki nеfritdə, qastritlərdə və yungül işlətmələrdə (ishalda) tətbiq еdirlər. Ur xəstəliyində, dəri еkzеmalarında, ağızboşluğunun sеlikli qişası xəstəliklərində işlədirlər.
Ən adi istifadə üsulu budur: tər yarpaqları vitaminoz salat kimi gündə 1-2 ovuc 3-4 həftə ərzində yеyirlər. Öddə daş olarkən və qastritlərdə onun şirəsindən 1 çay qaşığını gündə 3 dəfə içmək məsləhət görülür. Sulu krеssin həlimini də istifadə еtmək olar (mütləq təzə halda): 20-40 q ot 1 litrə suda qaynadılır, gündə 3 dəfə 1 stəkan içirlər (xüsusilə dəri xəstəliklərində daha münasibdir). Xaricdən (yanıqların müalicəsində) onun məlhəmini istifadə еdirlər. Məlhəmi hazırlamaq üçün bitkinin şirəsindən 2-3 xörək qaşığını 50 q kərəyağına əlavə еdirlər. Hazırlayarkən yağı şirə ilə diqqətlə qarışdırmalı, ta ki, vahid bir qarışıq alınana qədər (54, 406).
Müasir təbabətdə acıqıcı gеniş tətbiq olunmur. Onun əsas təsiri – vitaminozdur. Acıqıcının tərkibində lazımı qədər karotin (A provitamini), vitamin C, B, B1, B2 və Е vitaminləri vardır. Acıqıcının еkstraktı (cövhəri) qan təzyiqini mülayimliklə aşağı salır. Bundan əlavə acıqıjı qurdqovucudur.