Adi şam
Adi şam | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Meşə şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi şam (lat. Pinus sylvestris) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Arealı
[redaktə | vikimətni redaktə et]Skandinaviya, Avropa, İspaniya, İtaliya və Balkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır.
Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır. Toxumları ağımtıl, bozumtul rəngdə olub, diametri 3–4 mm-dir, 1000 ədəd toxumun çəkisi orat hesabla 6,3 qr-dır. Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir. Şaxtaya və quraqlığa davamlıdır. Şəhərin qeyri-münasib mühitinə (qaza, tüstüyə və s.) dözmür. Oduncağı qiymətlidir, sənayenin müxtəlif sahələrində istifadə edilir. Adi şamın oduncağından metil və etil spirti, qatran, skipidar, fenol, kanifol və digər kimyəvi maddələr alınır.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Azərbaycanda Bakı və Xankəndi şəhərlərinin, Tovuz, Ağstafa, Quba, Şamaxı, Qax, Şəki, Zaqatala, Balakən, Oğuz, Xaçmaz və Göygöl rayonlarının park və bağlarında təsadüf olunur.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Pinus borealis Salisb.
Yarımnövləri
[redaktə | vikimətni redaktə et]- Pinus sylvestris var. elicinii Kandemir & Mataraci
- Qarmaqvarı şam (Pinus sylvestris var. hamata Steven)
- Pinus sylvestris var. lapponica Hartm.
- Pinus sylvestris var. mongholica Litv.
- Pinus sylvestris var. sylvestris
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1000.