Abel Aqanbekyan
Abel Aqanbekyan | |
---|---|
erm. Աբել Գյոզի Աղանբեկյան | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, SSRİ |
Milliyyəti | erməni |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, universitet müəllimi[d], professor |
Elmi dərəcəsi | |
Elmi adları | |
Partiyası | |
Üzvlüyü | |
![]() |
Abel Aqanbekyan[5] və ya Abel Aqanbeqyan[6] (erm. Աբել Գյոզի Աղանբեկյան, rus. Абел Гезевич Аганбегян; 8 oktyabr 1932[7][1][…], Tiflis[7][1]) — Ermənistan və Rusiya alimi, iqtisadiyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, yenidənqurma illərində Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri.
Abel Aqanbekyan 8 oktyabr 1932-ci ildə Tbilisidə anadan olmuşdur. 1955-ci ildə Moskva dövlət iqtisadiyyat institutunu bitirmiş, Moskvada müxtəlif elmi vəzifələrdə çalışmışdır.
"Eko" jurnalının baş redaktoru həmçinin "Elm və Həyat" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 1989–2002-ci illər ərzində, Rusiya hökuməti nəzdində Xalq təsərrüfatı akademiyasının rektoru vəzifəsində çalışmışdır.
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Aqanbekyan 1980-ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. Abel Aqanbekyan erməni millətçilərinin 80-ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Aqanbekyan, 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir:
"Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana".
Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də dəfələrlə bəyan etmişdir.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Yuri Pompeyev "Qarabağ qan içində" Arxivləşdirilib 2010-07-15 at the Wayback Machine
- 20 Yanvar faciəsinə aparan hadisələrin XRONOLOGİYASI
- Abel Aganbegyan
- ↑ 1 2 3 4 5 6 Հայկական սովետական հանրագիտարան (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 Akadémiai Kislexikon (mac.). / red. É. László Budapest: Akadémiai Kiadó, 1989. C. 1. S. 33. 2026 s. ISBN 963-05-5279-5
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- ↑ 1 2 https://www.thebritishacademy.ac.uk/fellows/abel-aganbegyan-FBA/.
- ↑ "Abel Aqanbekyan: "Ermənistan əhalisi yoxsulluqdan ölkəni kütləvi tərk edir"". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-17.
- ↑ Аганбекјан Гөзевич Абел // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 82.
- ↑ 1 2 Аганбегян Абел Гезевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Yaşayan insanlar
- Yaşayan uzunömürlülər
- 8 oktyabrda doğulanlar
- 1932-ci ildə doğulanlar
- Plexanov adına Rusiya İqtisad Universitetinin məzunları
- İqtisad elmləri doktorları
- Professorlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- SSRİ Elmlər Akademiyasının üzvləri
- Bolqarıstan Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Tbilisidə doğulanlar
- Ermənilər