Məzmuna keç

Abdul Rahman

Vikipediya, azad ensiklopediya
Abdul Rahman
malay Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah
Şəxsi məlumatlar
Doğum tarixi 8 fevral 1903(1903-02-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 dekabr 1990(1990-12-06)[2] (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kedah Royal Mavzoleyi[d]
Partiya
Təhsili
  • Müqəddəs Ketrin Kolleci (Kembric)[d]
Fəaliyyəti siyasətçi, vəkil
Dini Əhlis-Sünnə

Təltifləri Grand Cross of the Order of the Crown (Belçika) Order of Chula Chom Klao (Rattanakosin Kingdom) National Order of Vietnam (Cənubi Vyetnam) Honorary Companion of the Order of Australia (Avstraliya) — 1987 Order of the Crown of the Realm (Malayziya) Order of the Crown of Brunei (Bruney) Order of Independence (Tunis) Companion of Honour (Birləşmiş Krallıq) Order of Sikatuna (Filippin)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[1][2][…], Alor-Setar[d], Kedah sultanlığı6 dekabr 1990[2], Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra)

Tərcümeyi-halı

[redaktə | vikimətni redaktə et]

Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur[3]. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir.

Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur.

1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır.

1961-ci ildə Malay FederasiyasınınBöyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu. (Bruney federasiyaya daxil olmadı, Sinqapur isə 9 avqust 1965-ci ildə federasiyanın tərkibindən çıxdı). 1967-ci ildə Malayziya Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyasının təsisçilərindən biri oldu.

1960-cı illərin ortalarında ölkədə icmalararası ziddiyyətlər (xüsusilə, 1967-ci ildə malay dilinin rəsmi dil elan edilməsi barədə qanun qəbul edildikdən sonra) kəskinləşdi. Bu ziddiyyərlər 1969-cu ildə etnik toqquşmalara və ölkədə fövqəladə vəziyyət elan edilməsinə səbəb oldu. Hakimiyyət faktiki olaraq hökumətdən Baş Nazirin müavini Abdul Razak Husseinın başçılıq etdiyi operativ milli şuranın əlinə keçdi. 1970-ci ildə Abdul Razak Hussein Malayziyanın Baş Naziri vəzifəsini tutdu.

1969–1973-cü illərdə Tunku Abdul Rahman İslam Konfransı Təşkilatının Baş katibi vəzifəsini tutmuşdur.

  1. 1 2 Абдул Рахман // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1 : А — Ангоб. С. 16.
  2. 1 2 3 4 Tunku Abdul Rahman Putra Alhaj // Encyclopædia Britannica (ing.).
  3. Biography.com. "Tunku Abdul Rahman biography". 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2012.