İkuo Oyama
İkuo Oyama | |
---|---|
yap. 大山郁夫 | |
Doğum tarixi | 20 oktyabr 1880 və ya 20 sentyabr 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 1955[1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | politoloq, siyasətçi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İkuo Oyama (大山 郁夫, Oyama İkuo?, 20 oktyabr 1880 və ya 20 sentyabr 1880, Hyoqo prefekturası – 30 noyabr 1955[1], Tokio[1]) – Yaponiya müəllimi, jurnalisti və siyasətçisi. Demokratiya və sülh tərəfdarı olmuşdur.[2]
İlk illəri
[redaktə | vikimətni redaktə et]1880-ci ildə Yaponiyanın Hyoqo prefekturasında Fukumoto ailəsinin ikinci oğlu kimi doğulmuşdur. 17 yaşında Oyama ailəsi tərəfindən övladlığa götürülmüşdür.[3] 1905-ci ildə Vaseda Universitetinin siyasət və iqtisadiyyat kafedrasından məzun olmuşdur.[4] Növbəti il universitetdə təlimçi kimi işləməyə başlamışdır.[3]
Çikaqo (1911) və Münxen (1913) universitetlərində sosiologiya təhsili almışdır.[5][4] Üç fərqli dövrdə Vaseda Universitetində professor olmuşdur: 1914–1917-ci illərdə dərs deyərkən fakültədəki bir həmkarının işdən çıxarılmasına etiraz etmək üçün istefa etmiş; 1920–1927-ci illərdə dərs deyərkən solçularla əlaqəsinə görə işdən çıxarılmışdır. 1947-ci ildə yenidən universitetdə dərs deməyə başlamışdır.[2]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]İkuo Oyama "Osaka Asahi Shimbun" qəzetinin yazarı olsa da, 1918-ci ildə baş verən düyü üsyanlarından sonra hökuməti tənqid etdiyi üçün qəzetdən uzaqlaşdırılmışdır. Yaponiyanın Sibir müdaxiləsinə qarşı olmuşdur.[6] Hacime Kavakami kimi marksist intellektuallarla birləşərək 1919-cu ildə demokratiyanı dəstəkləyən "Warera" jurnalını təsis etmişdir. 1926-cı ildə proletar Əmək-Fermer Partiyasının qurulmasında vacib rol oynamışdır.[7] 1928-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində iştirak etsə də, seçilə bilməmiş və 1928-ci ilin aprelində partiya hökumət tərəfindən ləğv olunmuşdur. 1929-cu ilin noyabrında partiyanı yenidən quraraq partiyanın mərkəzi komitəsinin sədri seçilmişdir.[6][4] 1930-cu ildə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmişdir.[5]
1930-cu illərin əvvəllərində milliyətçi təşkilatlar və şəxslər Oyamanı təhdid etmişdirlər. 1932-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-yə miqrasiya etmiş, İllinoys ştatının Evanston şəhərində yerləşən Şimal-Qərb Universitetinin politologiya dekanlığında və kitabxanasında işləmişdir. 1947-ci ilin oktyabrında Yaponiyaya qayıtmışdır. 1950-ci ildə Yaponiya parlamentinin Müşavirlər palatasına seçilmiş, beynəlxalq sülh hərəkatlarında aktiv olmuşdur.[7] 1951-ci ildə Stalin Sülh Mükafatına layiq görülmüşdür.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Ояма Икуо // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Huffman. səh. 199
- ↑ 1 2 Kodansha Encyclopedia of Japan. səh. 137
- ↑ 1 2 3 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1244
- ↑ 1 2 3 Frédéric. səh. 767
- ↑ 1 2 Kodansha Encyclopedia of Japan. səh. 138
- ↑ 1 2 Huffman. səh. 200
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1244. İstifadə tarixi: 21 iyul 2024.
- Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 199–200. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 21 iyul 2024.
- Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 767. ISBN 9780674017535. İstifadə tarixi: 21 iyul 2024.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 137-138. ISBN 0-87011-626-6. İstifadə tarixi: 21 iyul 2024.
- 20 oktyabrda doğulanlar
- 1880-ci ildə doğulanlar
- 20 sentyabrda doğulanlar
- Hyoqo prefekturasında doğulanlar
- 30 noyabrda vəfat edənlər
- 1955-ci ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Tokioda vəfat edənlər
- Vaseda Universitetinin məzunları
- Yaponiya siyasətçiləri
- Yaponiya pasifistləri
- Yaponiya pedaqoqları
- Yaponiya jurnalistləri
- Vaseda Universitetinin müəllimləri
- ABŞ-dəki Yaponiya qürbətçiləri