İctimai Politika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İctimai politika konsepsiya tərəfindən rəhbər tutulan və tez-tez proqramlar tərəfindən həyata keçirilən müvafiq və real dünya problemlərini həll etmək və ya həlli üçün qanunlar, qaydalar, təlimatlar və tədbirlər kimi institusionallaşdırılmış təklif və ya qərar verilmiş elementlər toplusudur. Bu politikalar təhsil, səhiyyə, məşğulluq, maliyyə, iqtisadiyyat, nəqliyyat və cəmiyyətin bütün elementləri kimi həyatın müxtəlif aspektlərini idarə edir və əhatə edir. İctimai politika həyata keçirilməsi dövlət idarəçiliyi kimi tanınır. İctimai politikanın hökumətin birbaşa və dolayı fəaliyyətinin məcmusu hesab oluna bilər və müxtəlif üsullarla konseptuallaşdırılıb.

Politikalar adətən hökumət tərəfindən ictimaiyyət adından yaradılır yaxud qüvvəyə minir. Bəzən onlar qeyri-kommersiya təşkilatları tərəfindən hazırlanır və ya icmalar və ya vətəndaşlarla birgə hazırlanır. Ona görə də “politika prosesi mürəkkəb siyasi prosesdir ki, burada bir çox aktorlar iştirak edir: seçilmiş siyasətçilər, siyasi partiya liderləri, təzyiq qrupları, dövlət qulluqçuları, ictimai işlərdə çalışan peşəkarlar, hakimlər, qeyri-hökumət təşkilatları, beynəlxalq agentliklər, akademik ekspertlər, jurnalistlər və hətta bəzən özlərini politikanın passiv alıcısı kimi görən vətəndaşlar da olur”.

Siyasət və politika terminlərinin Azərbaycancada oxşar mənaları vardır. Bugünkü elmi ədəbiyyatda "politika" termini ingiliscə "policy" olan başqa bir fenomeni təsvir etmək üçün də istifadə olunur. Bu məqalədə "Policy" fenomeninin Azərbaycanca qarşılığı üçün "politika" ifadəsinin işlədilməsi də təklif olunur. Bu qeyri-müəyyənliyin səbəbi odur ki, "politics" ifadəsinin ingiliscə qarşılığını "politics" və "policy" kimi iki mənada tərcümə etmək mümkündür. Çünki Qərb mənbələrində siyasi analiz ikili xarakter daşıyır. Birincisi nəzəri siyasi analiz "Political analysis" (daha çox siyasət sözünə yaxındır), ikincisi isə tətbiqli siyasi (politik olaraq deyəbiləcəyimiz) analiz olan "policy analysis"dir. Buna baxmayaraq bu analiz növləri birbiriylə əlaqəli və təyin edicidir. Eyni mənanı xarakterizə edən "policy", Türkiyə türkçəsində "siyasa" və "politika" və Azərbaycanca "siyasət" və "politika" deyimləri istifadə edilir. Bu anlayış, prinsip izah edən, tutulan yol, hədəf təyin edən, istiqamət göstərən, üsul, proqram və qərarlar kimi mənalar verilməkdədir. Bu çalışmada iki mənalı "siyasət" sözünün yerinə "politika" termini istifadə olunanacaqdır. Çünki politika deyimi istifadə olunduğu mövzu baxımından öz keyfiyyətini müəyyən etmək xüsusiyyətinə malikdir. Bundan əlavə, Türk dilli elmi ədəbiyyatlarda da, siyasət və politika deyimləri qəti şəkildə fərqləndirilərək, "policy" sözünə qarşılıq politika deyiminin istifadə olunması vərdiş halına gəlmişdir. Beləliklə, dövlətin suverenliyi, özəl sektor, fərdlərin, qrupların və qeyri-hökumət təşkilatlarmın fəaliyyəti "politika" termininin mövzusudur.[1]

Politika analizi

[redaktə | mənbəni redaktə et]

Müasir dövrdə politika analizi (təhlili) kütləvi axını olmuşdur. Bununla belə, bu axının politika məsələlərinin həllinə kömək etdiyini göstərən heç bir sübut yoxdur. Dağıtım nəzəriyyəsi iddia edir ki, əslində qanunverici orqanlar səs verdikləri siyasətə aid olan məlumatdan çox az istifadə edirlər.

Müəyyən edilmişdir ki, informasiya və təhlilin daha yüksək konsentrasiyası olan müəyyən sahələr əvəzinə, daha çox rəqabətli məsələlərə diqqət yetirilir. Eyni hesabatda müəyyən edilmişdir ki, məlumat və təhlil yalnız uzunmüddətli dövr ərzində problemlərə təsir göstərir və beləliklə, mürtəce hərəkətlərdə təsirsizdir.

  1. Bağırzadə, Manaf. İctimai Politikanin Etimoloji və Metodoloji Əsaslarinin Təhlil (az.) (Journal Of Baku Engineering University- Economics And Administration). Bakı: Bakı Mühəndislik Universiteti. 2002. 96–106. ISBN 2521-6341.