Çörək və tamaşa
Çörək və tamaşa (lat. panem et circenses) — Qədim Roma satirik şairi Yuvenalın 10-cu satirasından Roma xalqının müasir arzularını təsvir etmək üçün istifadə etdiyi ifadə.
Təməl
[redaktə | mənbəni redaktə et]Yuvenal burada Romada siyasi hakimiyyəti qazanmaq vasitəsi kimi vətəndaşlara pulsuz taxıl, habelə bahalı sirk tamaşalarını və digər əyləncə formalarını verməyə istinad edir. Bu ənənə e.ə. 123-cü ildə Qay Semproni Qrakx tərəfindən başlamışdır. Bu təcrübə Roma imperatorları tərəfindən nəzarət altına alınana qədər siyasi mübahisə mövzusu olaraq qalmışdır.[1]
"Çörək və tamaşa" ifadəsi pleblərə pul və yemək paylamaqla, həmçinin sirk tamaşaları ilə şirnikləşdirlə Qədim Romada hakimiyyəti ələ keçirən və əlində saxlayan dövlət xadimlərinin siyasətini təsvir etmək üçün istifadə olunurdu. Siyasi kontekstdə bu ifadə dövlət qulluğunda və ya dövlət siyasətində üstün olmaq yolu ilə deyil, diqqəti yayındırmaq və əhalinin ən aktual ehtiyaclarını ödəmək yolu ilə ictimaiyyətin rəğbətini qazanmaq deməkdir. Yuvenal bu ifadəni adi insanların eqoizmini, onların daha geniş maraqlardan xəbərsizliyini və prioritetlər arasında vətəndaşlıq borcunun olmamasını pisləmək üçün istifadə edir.
İfadə həm də müasir siyasətdə mənfi seçici alışını və populizmi təsvir etmək üçün istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Rickman, G. E. (1980). «The Grain Trade Under the Roman Empire». Memoirs from the American Academy in Rome. 36: 263.. Downloaded from JSTOR. .
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //