Ana səhifə
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 203.868 məqalə mövcuddur.
![]() Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu – XX əsrin əvvəllərində ədəbi-mədəni mühitin aparıcı simalarından biri olmuşdur. Mirzə Fətəli Axundzadə və Nəcəf bəy Vəzirovun yaradıcılıq ənənələrini davam etdirən Haqverdiyev eyni zamanda satirik və psixoloji dram janrlarında yazdığı əsərlərlə milli ədəbiyyatın inkişafına töhfə vermişdir. Haqverdiyev öz yaradıcılığında dövrün sosial və mənəvi problemlərini əks etdirmiş, maarifçilik ideyalarının yayılmasına xidmət etmişdir. "Dağılan tifaq", "Ac həriflər", "Bəxtsiz cavan", "Pəri cadu" kimi pyeslərində milli məişət həyatının tənqidi təsviri, insan xarakterlərinin açılması və satirik dil xüsusilə ön plana çıxır. O, həmçinin klassik Şərq və Qərb ədəbiyyatından tərcümələr etmiş, dramaturgiyanın inkişafı üçün pedaqoji və publisistik fəaliyyət göstərmişdir. |
![]() Mübarizəddin Məhəmməddən sonra hakimiyyətə gələn Şah Şüca paytaxtı Şiraza köçürdü. Onun hakimiyyətinin ilk illərində hakimiyyətdaxili mübarizə və Cəlairilər ilə hərbi qarşıdurmalar yaşandı. Lakin rəqiblərini məğlub edərək Müzəffəri ərazilərində tam nəzarəti təmin edə bildi. Şah Şüca bir neçə dəfə Azərbaycanı ələ keçirmək üçün Cəlairilər üzərinə yürüşlər təşkil etsə də, bu yürüşlər nəticəsiz oldu. XIV əsrin 80-ci illərindən etibarən Xorasanı tamamilə ələ keçirən Teymurilər Müzəffəri sərhədlərinə çatdılar. Bu dövrdə Əmir Teymur Şah Şücaya tabe olması üşün ultimatum göndərdi. Şah Şüca Teymurilərin vassallığını qəbul etdi. |
![]() Qızıl Arslanın ölümündən sonra dağılma dövrünə qədəm qoyan Eldənizlər, Nüsrəddin Əbubəkrin hakimiyyətinin əvvəlindən başlayaraq ara müharibələri və xarici müdaxilələr ilə müşayiət olunan süqut dövrünü 1225-ci ildə son hökmdar Özbəyin ölümü ilə tamamladılar. Müzəffərəddin Özbək dövründən etibarən Eldənizlər təkcə Azərbaycandakı hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər. 1225-ci ildə Cəlaləddin Mənguberdinin yürüşü ilə Azərbaycan da tamamilə Eldənizlərin tabeliyindən çıxdı. Özbəyin ölümündən sonra məmlükləri və nəvəsi II Əbubəkr Eldəniz hakimiyyətini bərpa etməyə cəhd göstərsə də, bu üsyanlar Xarəzmşahlar tərəfindən yatırıldı. |


- Roma Papası Fransisk (şəkildə) 88 yaşında ölüb.
- Cənubi Koreya Konstitusiya Məhkəməsi prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etməsindən sonra onun impiçmentini təsdiqləyib.
- İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasının ardından ölkədə hökumət əleyhinə etirazlar başlayıb.
Aktual hadisələr: HƏMAS–İsrail müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi


- Hyu Qlass (şəkildə) qrizli ayısının hücumuna məruz qalmasına baxmayaraq 200 mil (320 km) məsafə qət edərək sağ qala bilmişdir.
- Azərbaycan polyaklarından olan mexanik və mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətlərinə görə Bakıda "Polşalı Nobel" kimi tanınırdı.
- Behbud Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
- 1930-cu illərin əfsanəvi mafiya rəhbərlərindən olan Al Kapone bir müddət Kaliforniya ştatının San Fransisko şəhərində yerləşən Alkatraz həbsxanasında saxlanılmışdır.
- Rus mistik Qriqori Rasputinin ölümündən sonra evində tapılmış məktublarında onun sui-qəsd yolu ilə öldürüləcəyini yazmışdır.

Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikidata Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi