Məzmuna keç

qorxu

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı qorxu qorxular
Yiyəlik halı qorxunun qorxulara
Yönlük halı qorxuya qorxuları
Təsirlik halı qorxunu qorxulara
Yerlik halı qorxuda qorxularda
Çıxışlıq halı qorxudan qorxulardan
  • azərbaycanca: qorxu
  • Əski əlifba:

Mənalar :[1]https://web.archive.org/web/20140113093126/http://azerdict.com/izahli-luget/qorxu

    1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Ölüm qorxusu. Qorxudan əsmək. – Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə. Qapının səsi onu [Xavəri] gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. M.İbrahimov. Qalmamış bu bizim azad diyarda; Nə zindan qorxusu, nə çörək dərdi. S.Vurğun. // Həyəcan, iztirab, təşviş, təlaş. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. M.S.Ordubadi. Şəmsiyyənin utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. M.İbrahimov. İnsan qorxu deyil, qardaşlıq duyur; Körpələr beşikdə rahat uyuyur. S.Vurğun. _ Qorxuya düşmək – təşvişə düşmək, həyəcana düşmək, qorxmaq. ..Atalarından bir xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. S.S.Axundov. Katib .. bərk qorxuya düşdü, bir neçə vərəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov. Qorxuya salmaq – təşvişə salmaq, qorxutmaq, həyəcana salmaq.
    2. Təhlükə, fəlakət, qəza və başqa qorxulu hadisə ehtimalı. Müharibə qorxusu. Bu gün yağış qorxusu vardır. Daşqın qorxusu azalmışdır. Quraqlıq qorxusu keçdi. – İndi yay günü Mil düzündə azan yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. İ.Əfəndiyev.
    3. Ehtiyat. Qorxum budur əsər qıla, ey şəh, bu ahlar. S.Ə.Şirvani.
    4. Zərf mənasında: qorxudan. Qorxudan elə bağırdı ki. Qorxudan az qala ürəyi partladı.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]