İbtidai cəmiyyətdə: bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri tayfa, nəsil; əşirət, oymaq. Qəbilə birlikləri. Qəbilə quruluşu. – [Skiflər] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. A.Bakıxanov. [Müdir səyahətçiləri üçüncü otağa gətirdi:] Məlumunuz olmalıdır ki, bunların əksəriyyəti cərimə, vergi və hərb təminatı müqabilində alınan qızlardır; çünki qəbilələr bir-birini məğlub etdiyi zaman ələ keçirdikləri qızları və oğlanları satırlar. M.S.Ordubadi. // məc. Tayfa, xalq, millət mənasında. Qəbiləmiz burda qurub ocağı; İndi olmuş qurd-quşların yatağı.. Şəhriyar.