forma
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | forma | formalar |
Yiyəlik halı | formanın | formaların |
Yönlük halı | formaya | formalara |
Təsirlik halı | formanı | formaları |
Yerlik halı | formada | formalarda |
Çıxışlıq halı | formadan | formalardan |
- Bir şeyin xarici görünüşü, şəkli. Yarpağın forması. – Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına necə ki lazımdır, əyandır... C.Məmmədquluzadə. // İnsan bədəni hissələrinin, fiqurunun çevrəsi. Uzun zaman əzələlər fəaliyyətsiz qaldıqda və fiziki hərəkətlər çatışmadıqda insan bədəninin forması dəyişir. (Qəzetlərdən).
- Tip, quruluş, təşkilat sistemi; struktur. Yeni dövlət forması. İdarə forması. Təşkilat forması. // Növ müxtəlifliyi. Revmatizmin ağır forması. // İfadə üsulu, qaydası. Danışıq forması.
- Bədii əsərin növü, janrı. Müxtəlif forma və janrda çoxlu musiqi əsəri yaradılmışdır. – İkinci dövrün xüsusiyyəti mündəricənin genişlənməsində, müxtəlif dramatik formaların (melodram, faciə) meydana çıxmasındadır. M.İbrahimov.
- Ülgü, biçim, şablon, nümunə. Milli xalq geyimlərinin tədqiq edilib öyrənilməsi yeni modaların biçim və formalarının zənginləşməsinə kömək edər. (Qəzetlərdən). // Mətbəə naborunun qoyulduğu çərçivə, habelə çərçivəyə qoyulmuş naborun özü.
- Bir şeyin müəyyən olunmuş nümunəsi, tipi. Bülleten forması. Hesabat forması. Anketin forması.
- Rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. Hərbi forma. Məktəbli forması. Dəmiryolçu forması. – Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Ə.Haqverdiyev. Milis işçilərinin özləri də forma deyil, adi paltar geymişdilər. H.Seyidbəyli.
- dilç. Qrammatik kateqoriyaların, söz və cümlələrin qarşılıqlı əlaqəsini zahirən ifadə edən vasitə. Sözün forması. Felin qeyrimüəyyən forması.
- inc. ədəb. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi. Bayatının müxtəlif formaları. – Hindistan indi də müxtəlif və zəngin rəqs formalarının xəzinəsi hesab olunur. “Azərb.”.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]

|