Pakistan (پاکِستان), rəsmi olaraq Pakistan İslam Respublikası (اسلامی جمہوریہ پاکِستان) — Ölkə cənubdan Ərəb dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir.
|