Məzmuna keç

Stanislav Eji Lets

Stanislav Eji Lets
Doğum tarixi 6 mart 1909
Doğum yeri Lvov
Vəfat tarixi 7 may 1966
Vəfat yeri Varşava
Dəfn yeri Povonzki hərbi qəbiristanlığı
Vikipediya məqaləsi

Stanislav Eji Lets (6 mart 1909 – 7 may 1966) — yəhudi mənşəli görkəmli Polşa şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abidələri yıxdığınız zaman onların əsaslarını dağıtmayın. Onlar həmişə lazımlı ola bilər.
  • Adamlar qanunla hüququ tez-tez qarışıq salırlar.
  • Adamyeyən bıçaq və çəngəl ilə yemək yeyirsə, bu, irəliləyişdirmi?
  • Adamyeyənlər elmin tamına baxmaq istəyəndə alimlərin dilini qoparırlar.
  • Ah, əgər düşmənlərimin ölümündən sonra yenidən dünyaya gələ bilsəydim.
  • Axında kimin könüllü üzdüyünü təyin etmək çox çətin işdir.
  • Axmaqlıq — insanı düşünmək zərurətindən xilas etmir.
  • Amerika yolunu kəsməsəydi, kim bilir Kolumb nə kəşf edəcəkdi!
  • Anonim yazı yalnız o halda məqbuldur ki, onu yazanın özü həqiqətən mövcud olmasın.
  • Artıq labirintlərə də lövhə vurublar: "Yolu azmaq qadağandır"
  • Ateistlər İsa peyğəmbərin anadan olduğu ddövrdən sonrakı zaman haqqında — "bizim era" deyirlər. Qəribədir.
  • Azadlığı seçən bumeranqlar geri qayıtmırlar.
  • "Başını dik tut" — deyə cəllad ilgəyi məhbusun boynuna keçirdi.
  • Bataqlıq bəzən dərinlik təsəvvürü yaradır.
  • Bayrağı elə yüksəkdə tutmuşdu ki, deyəsən, onu görən gözü yoxdur
  • Bəzi adamların heç vaxt ümidləri olmayıb, bəziləri də elə hey onu itirirlər.
  • Bir çox hallarda çıxış girişin olduğu yerdədir.
  • Biz hökumət barədə nə qədər pis düşünürüksə, o bizim barəmizdə bundan da pis düşünür.
  • Boğazdan asılanın evində kəndirdən danışmazlar. Bəs cəlladın evində necə?
  • Boş başlarda əks-səda qoparmaq çox çətin işdir.
  • Buqələmun hökumət başçısı olanda, yan-yörəsindəkilər rənglərini tez-tez dəyişirlər.
  • Bütün allahlar ölümsüz olmuşlar.
  • Bütün düşüncələr beyindən keçmir, bəziləri yalnız senzuradan keçir.
Cənnətə gedən yolu Allahdan istəmə; o sizə ən çətinini göstərəcək.
  • Cəlladı məzəmmət etdilər ki, o bütün siyasi quruluşlarda cəlladlıq edib və sonralar əvvəl sərəncamı ilə edamları yerinə yetirdiyi şəxslərin özlərini edam edib. Cəllad deyir: Siyasi baxışların mənə dəxli yoxdur. Mən qarşımda yalnız insanı görürəm.
  • Cənnətdə hər şey olmalıdır. Hətta cəhənnəm də.
  • Cənnətə gedən yolu Allahdan istəmə; o sizə ən çətinini göstərəcək.
  • Çörək istənilən ağzı açır.
Dünyanın sonu ilə bağlı çox şey gözləməyin.
  • Desələr müqəddəs adam yoxdur, hətta ateistlər də inciyər.
  • Dəlilər haqqındakı lətifələri dəlilərin öz dilindən eşitmək təşviş doğurur: onlar kifayət qədər ağıllı deyillərmi?
  • Dissertasiya mövzusu: "İnsanlığın tarixində insanın rolu"
  • Dişlər töküləndən sonra dil ağızda böyük azadlıq qazanır.
  • Dövlətin konstitusiyası elə olmalıdır ki, vətəndaşın konstitusiyasını pozmasın.
  • Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha da hiss etmirdi.
  • Dünyanın sonu ilə bağlı çox şey gözləməyin.
  • Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü söyləyə bilməməyim ucbatından yazıçı oldum.
  • Ehtiyatlı olun, hər mifdə bir dəfə də gündəlik çörəyimizə çevrilə biləcək bir həqiqət var.
  • Elə adamlar var ki, adam öldürməyə əlləri qalxmır, ona görə məcbur olurlar ki, öldürməzdən qabaq adamı adamlıqdan çıxartsınlar.
  • Əcnəbi dili bilmədən əcnəbilərin susmağını heç vaxt başa düşə bilməzsən.
  • Əgər qəlb özünü hər dəfə bədənin hesabına xilas etməyə çalışırsa, onda qəlb ilə bədəni harmoniyasına necə nail ola bilərik ki?
  • Əgər o ölübsə, bu hələ sübut etmir ki, həqiqətən yaşayıb.
  • Əgər tarixdən bütün yalanları silsəniz, bu o demək deyil ki, yalnız həqiqət qalacaq — nəticədə ümumiyyətlə heç nə qalmaya bilər.
  • Ən çətin iş – cəhənnəmi yandıra bilməkdir.
  • Ən sərrast atəş – atıb insana dəyməməkdir.
  • Ən yüksək mərtəbəyə ucalanlar özlərinə asanlıqla bəraət qazandıra bilərlər ki, daha bundan o yana yol yoxdur.
  • Əsatir həqiqətə çevriləndə, bu, kimin qələbəsi olacaq: materialistlərin, yoxa idealistlərin?
  • Əsl düşmən heç vaxt səni tərk etməyəcək.
  • Əsl əzabkeş o adamdır ki, ona əzabkeş olmağı da çox görüblər.
  • Əsl təlxək əsl təlxəyi ələ salırsa, deməli, onlardan hansısa əsl təlxək deyil.
  • Fakt son dəblə geyinsə belə, yenə həmişə çılpaqdır.
  • Gələcəyin elmi üçün bu dövrün axmaqlığı onun müdrikliyi qədər dəyərlidir.
  • Gənclik təbiətin hədiyyəsidir, yaş isə sənət əsəridir.
  • Görəsən, adamlar özgəsinin xatirəsində kimin hesabına yaşayırlar?
  • Gücün zəif tərəfləri dəhşətlidir.
  • Gülməyə səbəb olmayanda satiriklər doğulur.
  • Gülməyin qadağan edildiyi yerdə, adətən, ağlamağa da içazə vermirlər.
Hər şey İnsanın əlindədir.
  • Hakimiyyət tacı əksər halda bir başdan digər başa deyil, bir əldən digər ələ keçir.
  • Heykəlləri uçuranda postamentlərini saxlayın. Lazımınız ola bilər.
  • Həqiqi düşmən heç vaxt səni atmır.
  • Həqiqətdə hər şey əslində olduğu kimi deyil.
  • Hər bir əsrin öz orta əsrləri var.
  • Hər hansı dövrün səfehliyi də müdrikliyi kimi növbəti dövr üçün qiymətli dərsdir.
  • Hər şey çoxdan yazılıb qurtarıb. Ancaq xoşbəxtlikdən hamısının üzərində düşünülməyib.
  • Hər şey İnsanın əlindədir.
  • Hər şeyə göz yummaq üçün adamın gərək yüz gözü olsun.
  • Hərdən kobudluq eləmək lazımdır ki, nəzakətli adam olduğunu qiymətləndirsinlər.
  • Hərdən susmaq da lazımdır ki, sənə qulaq assınlar.
  • Hətta bir dəyənək də yol göstərə bilər.
  • Həyatın rəngsizliyi təhlükəsiz deyil, bəzən insanlar onu qanla rəngləndirmək arzusunda olurlar.
  • Xalqımızın çəkdiyi əzablar sırasına icbari məktəb mütaliəsi də daxil edilməlidir.
  • Xalqın bir qəlbi, bir ürəyi, bir köksü ola bilər. Bədbəxtlik orasındadır ki, onun bir beyni olsun.
  • İblisin gücü onun mələk səbrindədir.
  • İblislər iki cür olur: cəzalandırılmış mələklər və özünə karyera qazanmış adamlar.
  • İnsan dal ayaqları üzərində yeriməyə başlayandan hələ də öz tarazılığını düzəldə bilməyib.
  • İnsan haqqında biliklərin zirvəsi — gizli polis arxividir.
  • İnsanın fantaziyası nə qədər güclü olsa, özü öz gözündə bir o qədər acizləşəcək.
  • İnsanları sevirəm. Elə ona görə də heç vaxt onları yaratmazdım.
  • İştah yemək vaxtı gəlir, amma soyuq olan vaxt getmir.
  • Kahinlərə bircə dəfə baş əymək, Allaha yüz dəfə baş əyməkdən daha çox fayda verir.
  • Karyeranın eşafota aparan pillələri də var.
  • Kiminlə yatdığını mənə de, yuxuda kimi gördüyünü sənə deyim
  • Külək hardan əsdiyini hardan bilsin?
  • Qadın üçün Hitleri doğmaq Bethoven və Dostoyevskini doğmaq qədər əzablı idi.
  • Qorxaqlığından öz fikirlərini də özgələrin başında gizlədib saxlayırdı.
  • Meymunun insana çevrilməsi prosesi nə qədər çox çəksəydi, insan qanı bir o qədər az axardı.
  • Mələklərdən qorxuram. Onlar o dərəcədə mərhəmətlidirlər ki, şeytan olmaq üçün hamısını asanlıqla yola gətirmək mümkündür.
  • "Mən sabahın şairiyəm", — o dedi. "Bu barədə birisi gün danışarıq", — cavab verdim.
  • Mənbəyə çatmaq üçün — axına qarşı üzmək lazımdır![1]
  • Mif bir miflə toqquşduqda çox real toqquşma olur.
  • Mif qədim qeybətdən başqa bir şey deyil.
  • Mif şüuru müəyyənləşdirir.
  • Mifologiyada insanlar tanrı olsaydılar nə edəcəkləri barədə düşüncələrini bir kənara qoyurlar.
  • Möhtərəm yazıçılar! Mürəkkəblə yox, qanla yazmaq lazımdır — bir şərtlə ki, özgə qanı olmasın.
  • Müsibətə bax ki, adamın qəddi yalnız çarmıxda düzəlir.
  • Müsibətə bax ki, Prometeyin allahlardan oğurladığı odda Cordano Bruno da yandırılmışdır!
  • Nə qədər ki elm bizim nəsə ayrı bir şey olduğumuzu sübut etməyib – bəlkə o vaxta qədər adam olaq?
  • Nə qədər ki yel əsmir – yelqovanın da xarakteri var.
  • Nəsillərin zəif yaddaşını yalnız əfsanələr mühafizə edir.
  • Onu yalnız çılpaq gördüyüm üçün haqqında heç nə danışa bilmərəm.
  • Onun günahla dolu xeyirxah arzuları var idi.
  • Onun üzərinə şübhə kölgəsi düşmüşdü və o bu kölgədə gizlənirdi.
  • Optimistlər və pessimistlər yalnız dünyanın sonu tarixinə görə fərqlənirlər.
  • Ot tayası sevgililər üçün bir cür, atlar üçün tamam başqa cür qoxuyur.
  • Ölümdən sonra yaşamaq asan məsələ deyil: bəzən bundan ötrü bütün ömrü sərf etmək lazım gəlir.
  • Ölümsüzlüyün birinci şərti – ölməkdir.
  • Öz zamanını qabaqlamış adamlar onu hər cür rahatlıqdan məhrum sığınacaqlarda gözləməli olmuşdular.
  • Özünüz haqqında miflər yaradın. Allahlar yalnız bu cür başlamışlar.
  • Özünüz öyrənin — həyatın sizə öyrətməsini gözləməyin.
  • Palçıq bəzən dərinlik təəssüratı yaradır.
  • Realist ol – həqiqəti söyləmə!
  • Sirrin özünü gizlətməyə ehtiyacı yoxdur.
  • Sıfırlardan zəncir düzəltmək asan işdir.
  • Sözsüz rolda da aktyorun deməyə sözü olmalıdır
  • Şairlər də uşaqlar kimidir: yazı masasının arxasında oturanda ayaqları yerə çatmır.
  • Şayiələr köhnələndə rəvayətlərə çevrilir.
  • Şeytan – cəhənnəmdə müsbət surətdir.
  • Şovinizm o qədər dayazdır ki, hər yerdə sürünür.
  • Texnika elə bir inkişaf mərhələsinə yetişəcək ki, adam özü olmadan da keçinə biləcək.
  • Uşaq valideynləri doğurur.
  • Ürəklə baş arasında gedən mübarizədə ən son qazanan mədədir.
  • Vətəndaşlarının ölüm tarixlərini əvvəlcədən bilən dövlət yüksək planlı iqtisadiyyat apara bilər.
  • Yadda saxlamaq lazımdır ki, insanın insan olmaqdan başqa özgə seçimi yoxdur.
  • Yaxşı, tutaq ki, başınla vurub divarı deşdin. Bəs qonşu kamerada nə edəcəksən?
  • Yalan doğrudan bircə şeylə fərqlənir: doğru olmamasıyla.
  • Yalan həqiqət kimi ortaya çıxanda yalana çevrilir.
  • Yalnız öllülər dirilə bilərlər. Dirilər üçün bu çətin işdir.
  • Yaşamaq zərərli şeydir — yaşayanlar ölürlər.
  • Yazıçılara məsləhət: son nöqtəni qoymağa heç vaxt gecikməyin. Bunu yazmağa başlamadan da etmək olar.
  • Yer üzündə cənnəti axtaran coğrafiya dərsində yuxuya gedib.
  • Yuxusuzluq o dövrlərin xəstəliyidir ki, insanlara bir çox şeyə gözlərini yummaq deyilir.
  • Yüksək sürət götürüb bir ömrü bir günə də yaşamaq olar. Amma bəs qalan vaxtda neyləyəcəksən?
  • Zamanla ayaqlaşmağa çalış, yoxsa arxadan gələnləri basıb əzərsən.

İstinadlar

[redaktə]
  1. [1] Мудрые мысли: МОТИВАЦИЯ